Saatlıda avtomobil ağaca çırpılıb, xəsarət alan var

Saatlıda avtomobil ağaca çırpılıb, xəsarət alan varSaatlıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində Qaranuru kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Roman Səfər oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 394   Tarix: 24 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Xidmetler