Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA
Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər.
Bu barədə The Daily Telegraph qəzeti yazır.
Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəfə 2014-cü ildə işlədilib. Həmin vaxt Amerika Psixiatriya Mərkəzi bu meyli xəstəlik kimi qiymətləndirməyi təklif edib.
Nottingham Trent Universiteti və Hindistandakı Thiagarajar İnstitutu da bu vərdişin xəstəliyə çevrilib-çevrilmədiyini araşdırıb.
Aparılan araşdırmalar nəticəsində Selfitis-in ruhi pozuntu olması nəticəsinə gəlinib və xəstəliyin ciddiliyinin qiymətləndirilməsi üçün Selfitis Davranış Şkalası yaradılıb.
Şkala 1-100 arası dəyişir. Araşdırmada 200 nəfər iştirak edib və göstəricilər daha sonra 400 nəfərdə sınaqdan keçirilib.
İştirakçılar Hindistandan olub. Çünki, ən çox selfi çəkən və təhlükəli yerlərdə selfi çəkərkən ölənlərin çoxu Hindistandandır.
Beynəlxalq Ağıl Sağlamlığı və Asılılıq jurnalında dərc olunan nəticələrə görə, Selfitis-in üç səviyyəsi müəyyən edilib:
Sərhəddə olanlar: gündə ən az 3 dəfə selfi çəkənlər, amma hamısını sosial mediaya qoymayanlar.
Kəskin: Gündə ən az 3 selfi çəkib hər birini sosial mediaya qoyanlar.
Xroniki: Selfi çəkmək üçün nəzarət edilə bilməyən bir istək duyan, həddən artıq selfi çəkən və gündə ən az 6 dəfə sosial mediada bölüşənlər.
Özünəinam əskikliyi, diqqətçəkmə istəyi
Notthingham Trent Universitetinin Psixologiya fakültəsindən Dr. Janarthanan Balakrishnan deyir ki, "Adətən bu vəziyyətdə [Selfitis] olanlarda özünəinam əskikliyi olur və öz çevrələrində qəbul edilmə istəyi yaranır".
Dr. Balakrishnan əlavə edib ki, "Bu narahatlığın varlığı təsdiq edilib, indi insanların nə üçün və necə belə davrandıqlarını və bu vəziyyətdən ən çox əziyyət çəkənlərə necə kömək ediləcəyini tapmaq lazımdır".
Lakin Londondakı Kings College Universitetinin Psixologiya Fakültəsinin professoru Simon Wessely isə selfi çəkməyin xəstəlik olması ideyasına şübhə ilə baxır:
"Araşdırma selfi çəkənlərin ruhi durumlarının yaxşılaşdığını, diqqətləri üzərilərinə çəkdiklərini, özünəinamlarını artırdığını və ətraf mühit ilə əlaqə qurduqlarını göstərir".
The Royal College Psixiatriya qurumundan Dr. Mark Slater da "Selfitis deyə bir şey yoxdur və olmamalıdır" deyir:
"Qarışıq və mürəkkəb insan davranışlarını tək bir kəlmə ilə yarlıqlama meyli var. Amma bu təhlükəli və həqiqi olmayan bir şeyə həqiqət kimi bir məna yükləyə bilər"./ Lent.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 707 Tarix: 13 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Samuxda zəlzələ oldu
Samux rayonu ərazisində zəlzələ baş verib. BİG.AZ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ Gəncə stansiyasından 21 km şimalda Samux rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb
10:27 266 Evindən 9 insan başı tapılan şəxs edam edildi
Yaponiyada polis 27 yaşlı Takahiro adlı şəxsin evində 9 insan başı və 240 ədəd insan sümüyü aşkarlayıb. xarici mediaya istinadən xəbər verir ki, saxlanılan Takahiro barəsində məhkəmə tərəfindən edam hökmü çıxarılıb. Bu hadisə Yaponiyada ölüm hökmlərinin icrası üzrə üç ilə yaxın davam edən fasiləni d
15:27 230 Ailə münaqişəsində atasını qətlə yetirdi
Türkiyənin Bodrum şəhərində ailə münaqişəsi faciə ilə nəticələnib. Mübahisə zamanı oğul atasını qətlə yetirib. xarici mediaya istinadən xəbər verir ki, ətrafda olan şəxslər dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayəti törədən şəxs saxlanılı
14.07.2025 305 Mağarada yaşayan qadının həyatı gündəm oldu
Rusiyalı Nina Kutina iki qızı ilə birlikdə son 7 ilini Hindistanın meşəlik ərazisindəki bir mağarada keçirib. xarici mediaya istinadən xəbər verir ki, Kutina 2017-ci ildə Hindistana iş vizası ilə gəlib, lakin vizasının müddəti başa çatdıqdan sonra ölkədə qeyri-qanuni şəkildə qalmağa davam edib. Ail
11:44 362 Beyləqan xəstəxanasında baş verənlər…Bayram Muradovun idarəsizliyi ...
Xəbər verdiyimiz kimi ötən həftə ölkə gündəmini Beyləqan rayon Mərkəzi Xəstəxanasında poliknika müdiri F. Quliyevin iş vaxtı otağında əxlaqsız görüntüsünün yayılması zəbt etdi. XALQ xəbər verir ki, sosial şəbəkələrdə görüntüsü yayılan klinika müdirinin bu hərəkəti həm beyləqanlıların həm də ölkə vətəndaşlarını
16:59 103 Qızmar günəş altında işçi işlədən müəssisələr BU HALDA CƏRİMƏLƏNƏ BİLƏR
Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, havanın temperaturu 41 dərəcədən yüksək olanda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlar və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Milli Hidrometeorologiya Xidmətindən yaydığı məlumata əsasən ölkəd
10:32 247 Fon der Lyayen: "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi düşmənçiliyə son qoyacaq"
"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsinin razılaşdırılması onilliklər boyu davam edən düşmənçiliyə son qoyan dönüş nöqtəsidir və Avropa İttifaqı onun tezliklə imzalanacağına ümid edir". "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədr
14.07.2025 235 Gülşən səhnə geyimi ilə yenidən gündəmdə
Türkiyənin məşhur estrada müğənnisi Gülşən səhnə geyimi ilə yenidən sosial medianın gündəm mövzusuna çevrilib. türk mediasına istinadən xəbər verir ki, müğənninin dekolteli və beldən ombaya qədər uzanan yüksək yarıqlı libası birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər Gülşənin səhnə obrazını bəyənərə
14.07.2025 500 Xalq Artisti Aleksandr Mitta vəfat edib
Rusiya Federasiyasının xalq artisti, tanınmış kinorejissor Aleksandr Mitta vəfat edib. xəbər verir ki, sovet dövründə çəkdiyi filmlərlə tanınan və yüksək kino mükafatlarına layiq görülən Mitta kino sənətinə böyük töhfələr verib. Aktrisa Olqa Budina mərhum rejissorla bağlı bildirib: "Aleksandr Naumovi
14.07.2025 281