Bakıda 200 manata COVID-19 pasportu satanlar tutuldu
Qanunsuz olaraq pul müqabilində vətəndaşlara saxta "COVID-19" vaksin sertifikatı təqdim edən şəxslərə cinayət işi açılıb.
Bu barədə BiG.AZ-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Bakı şəhəri ərazisində qanunsuz olaraq pul müqabilində vətəndaşlara "COVID-19" əleyhinə peyvənd vurulmadan vaksin serifikatının və aidiyyəti qurumlara təqdim etmək üçün saxta arayışlar verilməsi barədə daxil olan məlumat əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri 20 saylı şəhər poliklinikasında həkim-terapevt Günay Hüseynovanın həmin poliklinikada tibb bacısı Nailə Musayeva, Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın Mehdiabad Ailə Sağlamlıq Mərkəzində mama-ginekoloq Esmira Xudayarova, Mərkəzi Dəmir Yol Xəstəxanasının həkim-terapevti Bəsdi Behbudova və "Paşa-K" firmasının reklam üzrə mütəxəssisi İlahə Quliyeva ilə cinayətkar əlaqəyə girərək tamah niyyəti ilə Bakı şəhəri ərazisində 100 nəfərdən artıq şəxsin hər birindən 200-250 manat məbləğdə pul alınması müqabilində "COVID-19" əleyhinə peyvənd vurulmadan vaksin sertifikatının verilməsini, qeydiyyata alınmasını, vətəndaşlar barədə "E-Təbib" portalında mövcud olan məlumatların dəyişdirilməsini təşkil etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 764 Tarix: 16 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrana hücum zamanı İsrailə gizli ekstrasenslər qrupu kömək edib - İDDİA
İsrail əsilli britaniyalı illüzionist, sehrbaz və özünü ekstrasens hesab edən Uri Qeller 2025-ci ilin iyun ayında İsrailin İranın nüvə obyektlərinə və hərbi hədəflərinə zərbə endirmək üçün "gizli hərbi ekstrasens qrupu" və süni intellektdən istifadə etdiyi iddiasıyla sensasiyalı bir açıqlam
21.07.2025 458 Bakınının bu ərazisində 10 gündür su niyə gəlmir? - RƏSMİ CAVAB
Qaraçuxur sakinləri 10 gündür su ilə imtahan olunurlar. -ın məlumatına görə, sakinlər günlərdir susuzluqdan əziyyət çəkirlər. Onlar su tələbatını qarşılamaq üçün qablarda su daşıyırlar. Məsələ barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən -ın sorğusuna cavab olaraq bildirildi ki, Bakı şəhər
15:10 256 Avtomobil yolunda dava faciə ilə nəticələndi
Türkiyənin Hatay bölgəsində avtomobil yolunda baş verən dava faciə ilə nəticələnib. türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər həyatını itirib, 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Dava ətrafdakı şəxslər tərəfindən mobil telefon vasitəsilə anbaan qeyd
12:19 374 Sabah da 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
İyulun 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26 isti, gündüz 33-37 isti olacaq. Atmosfer təzyiq
12:43 303 Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrıldı
Su polosu üzrə Azərbaycan millisinin baş məşqçisi Panayotis Xronopulos vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev məlumat verib. Z.Əliyev su polosunun Xorvatiyada daha çox inkişaf etdiyini və bu ölkənin biliklərindən yararlanmaq istədiklərin
20:00 1 Məktəbəhazırlıq qrupları üzrə məktəb və müəllim seçimi başladı
Ümumi təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, 22 iyul 2025-ci il saat 16:00-da
16:42 112 Sumqayıtda fəhlə uçqunların altında CAN VERDİ - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayonda torpaq uçqununun baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırı
14:36 316 Özbək qadının meyiti polietilenə bükülmüş halda tapıldı – sevgilisi saxlanılıb
Türkiyənin İstanbul şəhərində üç gündür axtarışda olan 63 yaşlı Özbəkistan vətəndaşı Dinara Alya Urkasimova evində ölü tapılıb. türk mediasına istinadən xəbər verir ki, qadının meyiti polietilenə bükülmüş halda polis tərəfindən aşkarlanıb. Qətldə başlıca şübhəli qismində Urkasimovanın sevgilisi Meti
14:01 226 Gecə vaxtı dənizdə özlərini təhlükəyə atanlar: "Əylənib istirahət edirik"
Yay mövsümündə ən aktual təhlükələrdən biri dəniz, çay və göllərdə boğulma hallarıdır. Bu il də dənizdə boğulma ilə bağlı çox sayda hadisə qeydə alınıb. Xüsusilə diqqətçəkən məqam budur ki, bu halların əksəriyyəti axşam saatlarında baş verir. İnsanlar məhz nəzarətçilərin olmadığı vaxtlarda dənizə girirlə
17:56 0