Fəzail Ağamalının qızının bağçasında uşağı döyüblər?

Fəzail Ağamalının qızının bağçasında uşağı döyüblər?Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızı Günay Ağamalının rəhbəri olduğu "Buta" bağçasında 7 yaşlı daun sindromlu uşağın döyülməsi ilə bağlı polisə şikayət daxil olub.

Əldə etdiyimiz məlumata görə, Bakı şəhər sakini A.K Nərimanov RPİ 16-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, bu ilin iyun ayından sentyabrın 14-dək olan müddətdə 2014-cü il təvəllüdlü qızı təhsil aldığı "Buta" bağçasının müəllimləri tərəfindən döyülüb.

.

"Qafqazinfo" həmin bağçanın sahibi Günay Ağamalı ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, həmin valideyn uşağını son 3 ay ərzində bağçaya göndərsə də, sonra ödənişləri geri istəyib: "Üç ay üçün aylıq 270 manat ödəniş edib, loqoped müəllimə isə 200 manat vermişdi. Son günlər isə bağçada uşağına yaxşı baxılmadığını deyərək həmin pulu geri istəyir. Əgər bu aylar ərzində uşağı bağçaya qoyub narazı idisə, nəyə görə övladını dərsə gətirməyə davam edirdi? Həmin valideyn bizi təhdid etdiyi üçün mən polisə müraciət etdim. Bizim müraciətimiz əsasında polis həmin qadını izahat almaq üçün dəvət edəndə o, bizimlə bağlı şikayət yazıb. Əgər onun övladı döyülmüşdüsə, bundan öncə niyə polisə müraciət etməyib? O xanımın məqsədi bizim bağçanın nüfuzuna xələl gətirmək və ödədiyi pulu geri almaqdır".

Fəzail Ağamalının qızının bağçasında uşağı döyüblər?G.Ağamalının sözlərinə görə, xanımın iddiası ilə bağlı araşdırma aparıb: "Həmin uşaq daun sindromludur və xüsusi qayğıya ehtiyacı olan kateqoriyaya aiddir. Buna görə də o uşağa xüsusi qayğı göstərilib və döyülmə barədə hər hansı söhbət gedə bilməz".

"Buta" bağçasının sahibi Günay Ağamalı valideynin narazılığı ilə bağlı onunla yazışmalarını da redaksiyaya təqdim edib.

Yazışmalardan görünür ki, 7 yaşlı qızın valideyni A.K bildirib ki, bağçada uşağı cırmaqlayıblar: "Nəzarətsizlikdən yıxılıb, üstünə qışqırıblar. Saatlarla tualetdə oturdub qorxudublar. Müəllimləri sınaq müddəti adı ilə işə götürüb hər 15 gündən bir çıxarırsınız. Ona görə də nəticə belə olur. Cədvəldə yemək saatı 17:45 göstərsə də, qızım saat 5-də evə göndərilir.

Siz yəqin vəzifədə olan kiməsə güvənib belə rahat danışırsız. Amma mən deyirəm ki, bu ölkənin qayda-qanunları var".

Tərəflərin müraciətləri ilə bağlı polis bölməsində araşdırmalara başlanılıb.

Qeyd edək ki, G.Ağamalı eyni zamanda Fəzail Ağamalının müşaviridir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2122   Tarix: 16 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İyulun 15-də əhali üçün əlverişsiz hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə sabahkı hava əhali üçün əlverişsizdir. "Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil", - məlumatda qeyd olunub

14.07.2025 525
.

Yol polisi də hava ilə bağlı müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Hazırda ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Məlumdur ki, isti hava insanlarda əzginlik, yorğunluq hissi yaradır ki

12:14 269
.

İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş

Hindistanda hüquq-mühafizə orqanlarının əməkdaşları iki uşağı qurban verən və digər azyaşlı uşaqları da öldürməyi planlaşdıran özünü cadugər adlandıran 20 yaşlı gənci saxlayıblar. xarici KİV-ə istinadla bildirir ki, həmin şəxs iyulun 12-də Uttar Pradeş ştatında həbs edilib. Cinayətkar öldürdüyü 14 yaşl

20:00 1
.

Xəstəxanaya yerləşdirilən məktəbli vəfat etdi

Akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi Mehdi Səmədli dünyasını dəyişib. Qaynarinfo xəbər verir ki, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Mehdinin həyatını xilas etmək mümkün olmayıb. Onun ölüm səbəbi açıqlanmayıb

10:22 650
.

Sinem Kobal Və Kenan İmirzalıoğlundan maraqlı paylaşım

Evlilik böhranı yaşadıqları ilə bağlı yayılan xəbərlərə Kenan İmirzalıoğlu və Sinem Kobal romantik fotoları ilə cavab veriblər. türk mediasına istinadən xəbər verir ki, cütlüyün uzun müddət birgə görüntülənməməsi ayrılıq şayiələrini gücləndirmişdi. Lakin sahil kənarında, ay işığında çəkilmiş mənalı fot

11:00 365
.

78 nəfərin öldüyü yanğında müdir ailəsi ilə hoteldən belə çıxıbmış - Video

Türkiyədə hoteldə xeyli sayda insanın ölümü ilə nəticələnmiş yanğınla bağlı yeni görüntülər ortaya çıxıb. "Qafqazinfo" İHA-ya istinadən xəbər verir ki, yanğın baş verən gün təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdən hotel müdiri ilə ailəsinin qonaqlara xəbər vermədən binanı sakitc

11:09 474
.

Ana internetdə canlı yayım açanları dəstəkləmək üçün uşaqlarını satdı

Çində ana iki oğlunu 11600 dollara satıb və pulu strimerlərə ( internetdə canlı yayım (strimi) aparan şəxs) ianə və paltar almağa xərcləyib. xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb. Məlumata görə, 26 yaşlı Huanq əvvəllər övladlığa götürülmüş qız olub və qayğısızlı

14.07.2025 434
.

Evindən 9 insan başı tapılan şəxs edam edildi

Yaponiyada polis 27 yaşlı Takahiro adlı şəxsin evində 9 insan başı və 240 ədəd insan sümüyü aşkarlayıb. xarici mediaya istinadən xəbər verir ki, saxlanılan Takahiro barəsində məhkəmə tərəfindən edam hökmü çıxarılıb. Bu hadisə Yaponiyada ölüm hökmlərinin icrası üzrə üç ilə yaxın davam edən fasiləni d

15:27 307
.

"İşgəncələr nəticəsində övladımın adını da yadımdan çıxartmışdım" - Məhkəmə+Fotolar

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorl

14.07.2025 647
.

TOP MP3