Hüceyrələri qocaldan, ömrü qısaldan məhsul elan edildi

Hüceyrələri qocaldan, ömrü qısaldan məhsul elan edildiSan-Fransisko Kaliforniya Universitetinin (UCSF) alimləri apardığı araşdırma nəticəsində bu qənaətə gəlib ki, şirin qazlı içkilər hüceyrə səviyyəsində erkən yaşlanmaya səbəb olur.

BiG.AZ xəbər verir ki, bu barədə ABŞ İctimai Səhiyyə Assosiasiyasının jurnalında məlumat verilib. Tədqiqatda 20-65 yaş arası 5309 insan iştirak edib. Alimlər 1999-2002-ci illər Milli Sağlamlıq və Qidalanma Sorğusunun məlumatlarını təhlil edərək tez-tez qazlı su içən insanların telomerlərinin daha qısa olduğunu aşkar ediblər. Üstəlik, təzə sıxılmış şirələrə üstünlük verən insanların telomerlərinin uzun olduğu məlum olub.
Araşdırmanın müəlliflərindən biri, psixiatr, professor Elissa Epel izah edib ki, şəkərli qazlı içkilər nəinki xəstəlik riskini artırır, həm də ömrü qısaldır. O qeyd edib ki, alimlər ilk dəfədir ki, belə bir əlaqəni müəyyən ediblər. Eyni zamanda ekspertin fikrincə, bu qayda yaşından, irqindən, gəlirindən və təhsil səviyyəsindən asılı olmayaraq hər kəsə aid edilir. Epel telomer uzunluğunun dəyişməsinin xəstəliyin başlamasından çox əvvəl başladığını vurğulayıb. Tədqiqat yalnız böyükləri əhatə etsə də, nəticələr uşaqlara da şamil edilə bilər.

Telomer DNT liflərinin ucunda xromosomlarımızı qoruyan başlıqlardır. Yaşa dolduqca bu başlıqlar yeyilir və xromosomlar müdafiəsiz qalır. İnsanın yaşam tərzi və bədənin məruz qaldığı xəstəliklərə əsasən xromosomların ucunda yerləşən telomerlər zamanla qısalır. Bu telomerlər bəzilərində çox sürətlə qısalır, bəzilərində isə ləng. Telomerlər yarıya düşəndə hüceyrələrimiz avtomatik olaraq ölür və ölüm gerçəkləşir. /publika.az/


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2797   Tarix: 08 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl

20:45 1
.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

19:30 1
.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

14:46 205
.

Məktəblər üçün texniki dəstək xətti açıldı

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt

21:45 1
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

18:30 1
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 228
.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

12:15 226
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 271
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11:40 219
.