ÜST-dən xəbərdarlıq: Fırtınadan əvvəlki sakitlikdir, daha bir qorxulu epidemiya gəlir
COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə 22 milyondan çox uşaq qızılcaya qarşı iki peyvəndin birincisini buraxıb, bu isə xəstəliyin yayılma riskini artırıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yaydığı birgə hesabatda deyilir.
"2020-ci ildə 22 milyondan çox uşaq qızılcaya qarşı peyvəndin ilk dozasını buraxıb. Bu, 2019-cu illə müqayisədə 3 milyon nəfər çoxdur, hansı ki, son iki onillikdə ən böyük artımdır və epidemiyaların yayılması üçün təhlükəli şərait yaradır", - deyə ekspertlər bildiriblər.
Hesaba görə, uşaqların yalnız 70%-i peyvəndin ikinci dozasını alıb ki, bu da əhalini qorumaq üçün tələb olunan 95%-lik immunizasiya əhatəsindən xeyli azdır.
Hesabat müəlliflərinin fikrincə, 2020-ci ildə 2019-cu illə müqayisədə 80% az hal qeydə alınsa da, dünyada qızılcaya qarşı ümumi epidemioloji nəzarət zəifləyib. Bu, xüsusən də ötən il biomaterial nümunələrinin analiz üçün laboratoriyaya göndərilməsində özünü göstərdi (son 10 ildə ən az).
"Qızılca xəstəliyinin monitorinqinin və testinin zəif olması ölkələrin bu yüksək yoluxucu xəstəliyin yayılmasının qarşısını almaq qabiliyyətini təhlükə altına qoyur", - deyə qurumlardan bildirilib.
Qeyd edək ki, xəstəlik 26 ölkədə yayılıb, bu 2020-ci ildə bütün qızılca hadisələrinin 84%-ni təşkil edib. COVID-19 pandemiyası səbəbindən 23 ölkədə peyvənd kampaniyaları təxirə salınıb. ÜST-ün İmmunizasiya departamentinin rəhbəri Keyt O'Brayn son bir ildə xəstəliklə bağlı daha az məlumat olduğunu deyərək, epidemiya riskinin qlobal miqyasda artmaqda davam etdiyni və hazırda fırtınadan əvvəlki sakitliyin müşahidə olunduğu barədə xəbərdarlıq edib.
"Planlı peyvəndlər qorunmalı və gücləndirilməlidir. Əks halda biz bir ölümcül xəstəliyi digəri ilə əvəzləmə riski ilə üzləşirik", - deyə O'Brayn əlavə edib.
Qeyd edək ki, qızılca - ən yoluxucu viral xəstəliklərdən biridir. Bu uşaq xəstəliyi hesab olunsa da, böyüklər də həssasdırlar. Hava-damcı yolu ilə ötürülən infeksiya otit, meningit və ensefalit kimi fəsadlarına görə ölümcül təhlükəlidir. Mütəxəssislərin fikrincə, son 20 ildə dünyada peyvənd vasitəsilə qızılcadan 30 milyondan çox ölümün qarşısı alınıb.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1222 Tarix: 14 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMilli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
12:15 226 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
12:11 253 İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib
İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl
20:45 1 Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11:04 259 Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11:28 271 Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək
"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər
21:00 1 Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir
Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric
18:45 0 Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə
20:15 1 Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını
21:15 1