"Azəristiliktəchizat": "Yeni tikili binaların mərkəzi istilik sisteminə qoşulması ilə bağlı müraciət yoxdur"

"Azəristiliktəchizat": "Yeni tikili binaların mərkəzi istilik sisteminə qoşulması ilə bağlı müraciət yoxdur""Azərbaycanda dövlət tərəfindən istilik təchizatı ilə təmin edilən yaşayış binalarının böyük əksəriyyəti köhnə tikili binalardır. "Premium" sinif binalar istisna olmaqla yeni tikili binalarda isə mənzillərin istiliklə təmin edilməsi üçün daxili qazanxana sistemi olmur və sakinlər özləri kombi sistemi quraşdırmaq məcburiyyətində qalır".

"Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev "Report"a açıqlamasında MTK-ların mərkəzləşdiirlmiş istilik sisteminə qoşulmağa maraq göstərmədiklərini qeyd edib:

"Qanunda da qeyd olunub ki, yeni tikilən bina bütün texniki şərtlərini almalıdır. Yeni tikili binanın yaxınlığında bizə məxsus əlavə güc varsa, həmin binanı tikən şirkətə müəyyən texniki şərtlər daxilində hansı qazanxanaya qoşula biləcəklərini bildiririk. Bunun üçün MTK-lar özlərində istilik məntəqələri yaratmalı, məhəllədaxili xətt çəkməli, binadaxili istilik sistemi quraşdırmalıdırlar. Onlar isə bu şərtləri qəbul etmirlər. Bəzən sahibkar istəyir ki, binanın tikintisinə az vəsait xərcləsin və pul qazansın. Binadaxili istilik sistemini quraşdırmaq kifayət qədər böyük vəsait tələb etdiyinə görə, MTK-ların buna marağı olmur. Əslində isə həmin MTK "Azəristiliktəchizat"dan texniki şərt almalı və onun əsasında binadaxili istilik sistemini quraşdırmalıdır ki, sabah həmin binada mənzilə köçən vətəndaş istilik dərdi çəkməsin. Sakinlərin bəzisi evini kondensionerlə qızdırır, bəzisi gözləyir ki, qaz verilsin kombi sistemi çəkdirsin. Hər eyvandan bir kombi borusu çıxır və nəticədə həm şəhərin estetik görünüşünə xələl gəlir, həm də bu ekoloji cəhətdən zərərli olur".

R.Əliyevin sözlərinə görə, bu il yeni tikili binaların mərkəzləşdirilmiş istilik sisteminə qoşulması ilə bağlı "Azəristiliktəchizat"a heç bir müraciət edilməyib.

Qeyd edək ki, noyabrın 1-dən respublikanın dağlıq və dağətəyi rayonlarında yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsinə başlanılıb. Bu ayın 15-dən isə digər ərazilərdə, o cümlədən Bakı şəhərində istilik təchizatının təmin edilməsinə başlanılacaq. "Azəristiliktəchizat"ın məlumatına görə mövsüm ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3 871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1 980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1117   Tarix: 14 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

12:15 226
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 253
.

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl

20:45 1
.

Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:04 259
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 271
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

21:00 1
.

Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir

Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric

18:45 0
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

20:15 1
.

Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"

Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını

21:15 1
.