Bu gün diabetə qarşı Ümumdünya mübarizə günüdür

Bu gün diabetə qarşı Ümumdünya mübarizə günüdürNoyabrın 14-də bütün dünya Diabetə Qarşı Mübarizə Gününü qeyd edir. Bu tarix təsadüfən seçilməyib. Belə ki, bununla 1891-ci ilin bu günündə anadan olan kanadalı həkim və fizioloq Frederik Bantinqin xidmətləri əbədiləşdirilib. Axı məhz o, həkim Çarlz Best ilə birlikdə 1922-ci ildə şəkərli diabet xəstələrinin həyatını xilas edən dərmanın – insulinin kəşfində həlledici rol oynayıb.

Ümumdünya Diabetə Qarşı Mübarizə Günü insanların bu xəstəliyə diqqət ayırmasını təmin etmək üçün daha bir yoldur. Azərbaycanda da bu gündə əhalinin şəkərli diabetlə bağlı maarifləndirilməsi məqsədilə müxtəlif tədbirlər keçirilir, axı xəstəlik, təəssüf ki, bütün dünyada artmaqda davam edir və buna görə də bir çox hallarda xəstəliyin inkişafının qarşısını necə ala biləcəyinizi bilmək son dərəcə vacibdir.

2021-2023-cü illərdə Ümumdünya Diabetə Qarşı Mübarizə Gününün mövzusu şəkərli diabetin müalicəsinə çıxış əldə etmək barədədir. İnsulinin kəşfindən 100 il sonra dünyada milyonlarla insan ehtiyac duyduğu insulini əldə edə bilmir. Diabetli bir çox insan müalicəsi üçün peroral (ağızla qəbul edilən) dərmanlara ehtiyac duyur. Bir çox aşağı və orta gəlirli ölkələrdə onlar qiymətlərinə görə hələ də əlçatan deyil. Diabetli insanlar vəziyyətini idarə etmək və ağırlaşmalardan qaçmaq üçün davamlı qayğı və dəstəyə ehtiyac duyur. Buna görə də özünənəzarət (qanda qlükoza səviyyəsinin monitorinqi) də böyük əhəmiyyət kəsb edir. Biz son dərəcə çətin dövrlərdə yaşayırıq. Belə ki, diabetlə yaşayan insanlar COVID-19-un ağırlaşmalarına daha çox həssas ola bilərlər. Əldə olunan məlumatlar göstərir ki, diabet kimi başqa xəstəlikləri olan insanlar arasında ölüm halları nəzərəçarpacaq dərəcədə yüksəkdir.

ÜST-ün məlumatına görə, şəkərli diabet əhalinin ölüm faizini 2-3 dəfə artırır və ömür müddətini qısaldır. Bundan əlavə, problemin aktuallığı həm də bu xəstəliyin yayılma miqyası ilə bağlıdır. Beynəlxalq Diabet Federasiyasının (IDF) Diabet Atlasında dərc edilən son rəqəmlərə görə, dünyada təxminən yarım milyard insan diabetlə yaşayır. Ekspertlərin qiymətləndirməsinə görə, yaxın 25 il ərzində onların sayı 700 milyondan çox olacaq. Bununla belə, şəkərli diabetlə yaşayan insanların faktiki sayı əhəmiyyətli dərəcədə çoxdur. Azərbaycanda bu diaqnozla 300 minə yaxın insana qeydiyyatdadır. Amma ölkəmizdə şəkər xəstələrinin real sayı azı iki dəfə çoxdur, çünki onların bəziləri qeydiyyata düşməyib, çoxlarının isə bu xəstəliyə tutulmasından xəbəri belə yoxdur.
Diabet - mədəaltı vəzi kifayət qədər insulin ifraz etmədikdə və ya orqanzm ifraz etdiyi insulindən səmərəli istifadə edə bilmədiyi zaman meydana gələn xroniki xəstəlikdir. Bu, qanda qlükoza səviyyəsinin artmasına (hiperqlikemiya) gətirib çıxarır.

1-ci tip diabet (əvvəllər insulindən asılı olaraq bilinirdi) üçün qlükozanın enerjiyə çevrilməsindən məsul olan insulinin ifrazının olmaması xarakterikdir. Bu səbəbdən orqanizmin toxumaları onlara ötürülən şəkər üzərində işləmək qabiliyyətini itirir, qanda şəkərin səviyyəsi çox yüksək olduqda belə "aclıqdan ölməyə" və öz ehtiyatlarından istifadə etməyə başlayır. Yağ ehtiyatlarından istifadə olunur və onlar parçalandıqda toksik məhsul – aseton meydana çıxır, o da orqanizmdə yığılır və onu zəhərləyir. Orqanizmdə bütün maddələr mübadiləsi pozulur. İnsan enerji çatışmazlığı səbəbindən çox arıqlayır və zəifləyir. İnsulinin çatışmazlığını daim xüsusi preparatların inyeksiyası ilə kompensasiya etmək lazım gəlir, hansı ki, onlar olmadan insan ölə bilər. Çox vaxt xəstəlik gənc yaşda başlayır.

1-ci tip şəkərli diabet bütün şəkərli diabet hallarının 10-15 faizində rast gəlinir. Qalan 85-90 faiz isə 2-ci tip şəkərli diabetin (əvvəllər insulindən asılı olmayan və ya "yetkin" diabet adlanırdı) payına düşür. Adından da göründüyü kimi, burada insulin çatışmazlığının demək olar heç bir əlaqəsi yoxdur. Həqiqətən də 2-ci tip diabetdə mədəaltı vəzi əvvəlcə lazımi qaydada işləyir. Bu xəstəlikdə qlükozanın əsas enerji tədarükçüsü olduğu əzələ toxuması orqanizmin ifraz etdiyi insulindən istifadə edə bilmir. Onun hüceyrələri praktiki olaraq həyati vacib olan qlükozanı qəbul edə bilmir. Bu vəziyyətə insulin rezistenti (müqaviməti) deyilir.

İnsulin müqaviməti irsi, anadangəlmə qüsur ola bilər, lakin daha çox çəkisi çox olan insanlarda rast gəlinir. Statistikaya görə, şəkərli diabet xəstələrinin 80 faizindən çoxu artıq çəkidən əziyyət çəkir. 2-ci tip diabetdə ən vacib şey çəkini normallaşdırmaq və bədəndə yağ və karbohidrat mübadiləsini bərpa etməkdir. Ancaq pəhriz və fiziki məşğələlər kömək etmirsə, xəstə bütün həyatı boyu həkim nəzarətində qalmalı və qanda şəkərin miqdarını azaldan dərmanlar qəbul etməli olacaq.

Şəkərli diabet - ağırlaşmaların və vaxtından əvvəl əlilliyin qarşısını almaq üçün daimi monitorinq tələb edən xəstəlikdir. Xəstələrə özünü idarə etmə üsullarını, həkimlə sıx təmasda olmaqla xəstəliklərini idarə etməyi öyrətmək böyük əhəmiyyət kəsb edir, çünki bu, diabetli insanların həyat keyfiyyətini yaxşılaşdırır. Xəstələrin xəstəlikləri haqqında daha çox məlumatlandırılmasına kömək etmək üçün diabet məktəblərində olmaq vacibdir. Orada xəstələrə insulinin dozasını dəyişmək, qida seçmək, yüklənməni düzgün tənzimləmək, dərmanları bilmək öyrədilir. İnsan nə qədər yaxşı məlumatlı olarsa, onda fəsadlar da bir o qədər az olar.

Məsələn, Bakı Sağlamlıq Mərkəzində yeni yaradılmış endokrinologiya şöbəsində tezliklə şəkərli diabet məktəbi açılacaq. Diabetli insanların maarifləndirilməsi müalicənin ayrılmaz hissəsidir. Çox vaxt poliklinika həkimləri xəstəliyin bütün nüanslarını izah etməyə kifayət qədər vaxt tapmır və xəstə qorxuları və həyəcanı ilə baş-başa qalır. Bu məktəblər də məhz bu xəstəliklə bağlı çətinlikləri uğurla aradan qaldırmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün yaradılır. Yalnız belə birgə, komanda yanaşması diabet kimi məkrli xəstəliyə qarşı mübarizədə nəticə verə bilər.

Beynəlxalq Diabet Federasiyasının (IDF) üzvü, Bakı Sağlamlıq Mərkəzinin Endokrinologiya kafedrasının müdiri, tibb elmləri namizədi Hüseynov Oqtay Aydın oğlu


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 631   Tarix: 14 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

12:15 226
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 253
.

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl

20:45 1
.

Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:04 259
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 271
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

21:00 1
.

Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir

Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric

18:45 0
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

20:15 1
.

Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"

Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını

21:15 1
.