Azərbaycan Prezidentinin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması tarixi Zəfərimizin təsdiqidir
Azərbaycan Prezidenti İlham Əliyevin Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə "Türk Dünyasının Ali Ordeni" ilə təltif olunması mühüm tarixi hadisədir. Bu, dövlətimizin başçısının böyük şəxsiyyətinə, Türk dünyasında tutduğu mövqeyə, liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında yüksək nüfuz qazanmasına, ən başlıcası isə 30 il işğal altında saxlanılan ərazilərimizin yağı tapdağından azad edilməsini və beləliklə, ərazi bütövlüyünün bərpasını reallaşdıraraq, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Zəfərin qazanılmasındakı misilsiz xidmətlərinə verilən layiqli dəyərdir.
Azərbaycanın Qarabağ Zəfəri ilə işğal altındakı torpaqlarımız düşməndən təmizlənməklə uzun illər ərzində yurd-yuvasından didərgin salınan insanların Vətən həsrətinə son qoyulub. Bu isə Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik sərkərdə fəaliyyəti nəticəsində reallaşıb. Eyni zamanda, Vətən savaşında əldə edilən parlaq Zəfərlə bölgəmizə uzanan davamlı sülh, sabitlik və əməkdaşlıq yolunun önü açılıb.
Prezident İlham Əliyev uzaqgörən siyasəti ilə Türk dünyasında böyük nüfuz əldə edib, prinsipial lider kimi şöhrət qazanıb. Qarabağ döyüşlərində Azərbaycanın tarixi Qələbəsi də ölkə rəhbərini qətiyyətli, müdrik dövlət başçısı kimi bütün dünyada tanıdıb. Türkdilli dövlət başçılarının on iki il bundan əvvəl Naxçıvan Zirvə görüşündə Prezident İlham Əliyevin dediyi sözlər də ötən müddətdə onun qarşıya qoyduğu məqsədə doğru getdiyi yolda əzmkarlığını, uzaqgörənliyini, müdrikliyini göstərib: "Vaxtilə Azərbaycanın tarixi, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır".
44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə ilə Prezident İlham Əliyev bütün türk dünyasına böyük, misilsiz bir töhfə verdi. Bölgədə sülhün, əmin-amanlığın əsası qoyuldu, Zəngəzur dəhlizinin açılmasını şərtləndirən şərait yaradıldı. Bu sülh, bu yol bütün Türk dünyasını sevindirdi. Bu sülh şəraiti, bu yol-dəhliz ilə türk dövlətləri arasında mövcud bağlılığın, əməkdaşlığın daha da möhkəmlənməsinə, daha da inkişafına zəmin yarandı.
Azərbaycan Prezidenti İlham Əliyevin "Türk Dünyasının Ali Ordeni" ilə təltif olunması məhz bu fəaliyyətinə verilən yüksək qiymətdir, Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda dövlətimizin başçısının fədakar əməyinin dəyərləndirilməsidir. Bu, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təşkilatın inkişafına, onun sıralarının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və əlaqələrinin artmasına, əgər belə demək mümkündürsə, minnətdarlıq ifadəsidir.
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 523 Tarix: 14 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMilli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
12:15 226 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
12:11 253 İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib
İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl
20:45 1 Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11:04 259 Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11:28 271 Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək
"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər
21:00 1 Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir
Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric
18:45 0 Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə
20:15 1 Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını
21:15 1