Xumar Qədimovanın yeni mahnısının təqdimatı keçirilib - FOTO/VİDEO

Xumar Qədimovanın yeni mahnısının təqdimatı keçirilib - FOTO/VİDEODünən Əməkdar artist Xumar Qədimovanın yeni mahnısının təqdimatı olub.

BiG.AZ xəbər verir ki, müğənni bu dəfə "Şuşa" adlı yeni əsər ifa edib. Mahnının sözləri yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə, musiqisi Xumar Qədimovanın özünə məxsusdur.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, millət vəkili Aqil Abbas, Əməkdar jurnalist İradə Tuncay, akademik Könül Bünyadzadə, jurnalist Zemfira Məhərrəmli, bəstəkar-şair Xanım İsmayılqızı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və bir çox tanınmış simalar, eləcə də media mənsubları iştirak ediblər.

Tədbiri açılış nitqi ilə şeirin müəllifi Rəşad Məcid çıxış edib. O bildirib ki, 1979-cu ildə 15 yaşında olarkən Şuşaya həsr etdiyi "Cıdır düzü" şeirini yazıb. 12-13 may 2021-ci il tarixlərində Şuada keçirilən "Xarıbülbül" musiqi festivalında olarkən isə şair, 42 ildən sonra Şuşa haqqında yeni şeir yazıb. Müəllif şeiri səsləndirib.

Daha sonra mahnının təqdimatı keçirilib. Tədbirdə Xumar Qədimova da çıxış edib. O bildirib ki, ilk dəfə sənətə Şuşaya həsr etdiyi "İsa bulağı" mahnısı ilə gəlib:

"Ona görə də möhtəşəm zəfərdən sonra Şuşaya mahnı həsr etməyə bilməzdim. Əziz dostum Rəşad Məcid mənə bu şeiri oxuyanda çox xoşuma gəldi. İçdən, səmimi hisslərlə yazılmışdı. Qərara gəldim ki, şeirə musiqi bəstələyib ifa edim. Fikrimcə, bu bəstə Şuşaya həsr olunmuş mahnıların tacıdır. Mahnıda sevgi, həsrət, çoşqu, çağırış və qələbə var".

Xumar Qədimovanın yeni mahnısının təqdimatı keçirilib - FOTO/VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1170   Tarix: 15 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

TOP MP3