İtalyan senatordan Ermənistana sərt etiraz: "Artıq yetər"

İtalyan senatordan Ermənistana sərt etiraz: "Artıq yetər"İtaliya Senatının "İrəli İtaliya" Partiyasından üzvü, senator Urania Papatheu Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan tərəfinin həyata keçirdiyi sonuncu hərbi təxribatları pisləyən və ölkəmizi dəstəkləyən açıqlamalar verib.

"Report" xəbər verir ki, senatorun açıqlamaları İtaliyanın "AgenParl", "Agenzia Nova", "LaPresse", "Askanews", "Dire", "9Colonne" xəbər agentlikləri tərəfindən yayılıb.

Azərbaycan-Ermənistan dövlət sərhədində son günlər ərzində Ermənistan tərəfinin növbəti təxribatlarını dəf edərkən Azərbaycanın 7 hərbçisinin həlak olduğunu, daha 10 nəfərin isə yaralandığını bildirən italyan senator "Artıq yetər demək vaxtıdır, Avropa İttifaqı müdaxilə etməli, irəliyə doğru addım atmalı və hələ də müharibə etmək istəyənləri qətiyyətlə pisləməlidir", - deyə son günlər ərzində baş verən erməni təxribatlarına sərt etirazını bildirib.

"Sanki keçən il noyabrın 10-da müharibə başa çatdıqdan sonra bu günə qədər mina partlayışının qurbanı olan 160-dan çox mülki azərbaycanlı azmış kimi Ermənistan tərəfi öz təxribatlarına davam edir", - o deyib. "Bu dramatik vəziyyət Ermənistan hakimiyyətinin beynəlxalq hüquqla müəyyən edilmiş normaları qəbul etmək istəməməkdə israr etməsi ucbatından daha da pisləşir", - deyə senator fikirlərinə əlavə edib.

"Bütün regionda sülh, sabitlik və əməkdaşlığı təmin etmək üçün Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətindən və ərazi iddialarından əl çəkməlidir. Azərbaycan və Ermənistan arasında münasibətlərin beynəlxalq hüquq normaları əsasında normallaşması və dövlət sərhədinin delimitasiyası və demarkasiyası üçün bu iki ölkə arasında danışıqlar prosesinin mümkün qədər tez başlaması vacibdir", - deyə Urania Papatheu fikirlərini tamamlayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 884   Tarix: 21 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir

Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric

18:45 0
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11:59 224
.

ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli ilə bağlı təzyiq göstərir

ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli məsələsini regionun təhlükəsizlik arxitekturasının, o cümlədən NATO-nun rolunun daha geniş müstəvidə müzakirəsi ilə paralel şəkildə nəzərdən keçirməsi üçün təzyiq göstərir. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. "Kiyevin müttəfiqlər

10:20 156
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 295
.

Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc

18:22 0
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

12:32 238
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 253
.

Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi

"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış

18:15 16
.

Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın

Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa

19:45 1
.