Gələn aydan Rusiyaya pomidor ixracına icazə AQTA-nın zəmanətinə əsasən veriləcək

Gələn aydan Rusiyaya pomidor ixracına icazə AQTA-nın zəmanətinə əsasən veriləcəkAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında Moskva şəhərində keçirilən görüşdə bir sıra məhdudiyyətlərin aradan qaldırılması və idxal-ixrac prosedurlarının sadələşdirilməsi istiqamətində qərarlar qəbul edilib.

Agentlikdən BiG.AZ-a verilən məlumata görə, AQTA tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər yüksək qiymətləndirilərək bununla əlaqədar, pomidor istehsalı təsərrüfatlarına ixrac icazəsinin verilməsi ilə əlaqədar Rusiya tərəfindən aparılan videomonitorinqlər ləğv olunub. Bununla da cari ilin 1 dekabr tarixindən etibarən pomidor istehsalı müəssisələrinə Rosselxoznadzorun ixrac icazəsi birbaşa AQTA-nın zəmanət məktubuna əsasən veriləcək.

Həmçinin aşağı riskli bitkiçilik məhsulları müəyyən edilərək, Rusiyaya ixrac zamanı fitosanitar nəzarəti baxımından yaşıl dəhlizə salınması təmin olunacaq.

Bununla yanaşı, Agentlik tərəfindən həyata keçirilmiş ekspertizalar nəzərə alınaraq, cari il dekabr ayının 1-dən etibarən ixrac olunan bitkiçilik məhsullarının hər partiyasının virus və bakteriya mənşəli xəstəliklərə görə yoxlanılması dayandırılmaqla yalnız fitosanitar zərurət yarandığı halda laborator müayinələrə cəlb olunacaq. Agentlik mütəxəssisləri tərəfindən təsərrüfatlarda həyata keçirilən monitorinqlər və ilkin laborator ekspertiza nəticələri yetərli hesab ediləcək ki, bu da sahibkarların əlavə vaxt və vəsait itkisinin qarşısını alacaq.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında sərhəddə müşahidə olunan sıxlığın aradan qaldırılması məqsədilə cari il dekabr ayının 1-nə qədər müvafiq qurumların sədr müavinləri səviyyəsində Dağıstan Respublikasının "Yaraq-Kazmalar" keçid məntəqəsində görüşlər keçiriləcək.

Aparılmış danışıqlar nəticəsində dəmir yolu vasitəsilə pomidor və alma məhsullarının daşınmasının 2022-ci il aprel ayının 1-dək uzadılmasına baxmayaraq, AQTA tərəfindən həyata keçirilən fitosanitar tədbirləri nəzərə alaraq, həmin müddətin Azərbaycan tərəfindən təqdim edilən zamanadək artırılmasına dair razılığa gəlinib. Bu yanaşma "Azərbaycan Dəmir Yolları" QSC-nin bitki mənşəli məhsulların beynəlxalq standartlara cavab verən konteynerlər vasitəsilə daşınmasını təmin etməyə imkan verəcək.

Qeyd edək ki, indiyədək Rusiya Federasiyasına 205 pomidor (ixrac proqnozu 360,133 ton), 70 alma (ixrac proqnozu 153,397 ton) təsərrüfatından məhsul ixracına icazə verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 691   Tarix: 21 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini avqustda 14 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 28,467 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır. Avqustda isə Türkiyə Azərbaycan

05.09.2026 105
.

Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik MƏLUMAT YAYDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib. "Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Övladlığa verilən uşaqlardan 45-i qız, 44-

00:19 129
.

Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO

Şuşaya səfər edən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər. Bu barədə Baku TV süjet hazırlayıb. Süjetdə bildirilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi belə halların ilk olmadığını, maarifləndirmə və cərimələrin nəticə vermədiyini qeyd edir

05.09.2026 211
.

Fərid Şəfiyevin "The Guardian"a məktubu: Ermənistan-Azərbaycan münaqişəsi birtərəfli təqdim edilib

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev erməni rejissor tərəfindən çəkilmiş "The Black Garden" sənədli filminə dair "The Guardian" qəzetində dərc olunmuş rəyə münasibət bildirərək həmin nəşrə məktub ünvanlayıb. B

05.09.2026 154
.

Bakı metrosunun 4 stansiyası ilə bağlı ŞAD XƏBƏR- RƏSMİ

Sentyabrın 15-dən Bakıda nəqliyyat məsələsi yenidən gündəmə gələcək. Yeni tədris ilinin başlaması ilə paytaxt yollarında avtomobil və sərnişin sıxlığının artacağı gözlənilir. Üstəlik, metroda tətbiq olunan yeni hərəkət sxeminin də yerüstü nəqliyyata əlavə yük yaradacağı ehtimal edilir. Bununla bağl

00:23 101
.

İntensiv yağışlardan daha təhlükəli havalar başlayır - Azərbaycan hazır olmalıdır

İqlim dəyişiklikləri ilə bağlı yeni araşdırma narahatedici nəticələr ortaya qoyub. Məlumata görə, son 40 ildə "El-Nino" hadisəsinin intensivliyi təxminən 40 faiz artıb və bunun əsas səbəblərindən biri qlobal istiləşmədir. Planetimizi və Azərbaycanı nə gözləyir?. Bu barədə -a "Səma və Eko"

00:25 106
.

Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb

Moskvada Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edək ki, Putin Uitkoffla artıq səkkizinci dəfə üzbəüz görüşür, Kuşner isə Ukrayna məsələsinin nizamlanması ilə bağlı müzakirələrd

05.09.2026 134
.

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Naxçıvan Muxtar Respublikasında (MR) 150 sosial xidmətdən 73-ü elektron, 50-si proaktiv qaydada təqdim olunur. "Report"un yerli bürosu xəbər verir ki, bunu muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib. O bildirib ki, Naxçıvanda sosial müdafiə sahəsind

05.09.2026 156
.

Ötən gün borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 149 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

05.09.2026 164
.