Şəhid Daşqının "səni alacam" dediyi gürcü qızı: "Soruşdum ki, burada üşümürsən?" - FOTO

Şəhid Daşqının "səni alacam" dediyi gürcü qızı: "Soruşdum ki, burada üşümürsən?" - FOTOOnlar 44 günlük Vətən müharibəsində tanındılar. Qısa müddətdə sosial şəbəkələrdə yayılan videolarını hər kəs izlədi. Qovuşmaları üçün dualar edildi. Amma Daşqın Şəfiyev 5 noyabrda Laçının işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid oldu.

Müharibə zamanı əsgərlərə zarafatla video çəkən və "30 ildir həsrətində olduğumuz torpaqlar alındı, məni alan olmadı", - deyən gürcü qızı Nana Davidaşivili ilə Modern.az-ın əməkdaşı söhbətləşib.

Nana yeddi yaşında ikən qəza nəticəsində ata və anasını itirir. Altı yaşlı bacısı ilə tək qalırlar. Qısa müddətdən sonra Gürcüstanda yaşayan Azərbaycan əsilli bir qadın, Nazlı Muradova ona və bacısına sahib çıxır. 10 il onlara ana kimi baxır, böyüdür. On ildən sonra onlar ikinci dəfə anasız qalırlar...

"Nazlı anamızın oğlu həbsxanada idi. Narkotik istifadəçisi idi. Oğlu azadlığa çıxandan sonra Gürcüstandan Türkiyəyə köçdülər. İki ildir heç bir xəbər ala bilmirəm. Sosial şəbəkədə nə qədər axtarsam da, tapa bilmədim. Düşünürəm ki, bizi oğlundan qorumaq üçün bütün əlaqələri kəsdi və yenidən, ikinci dəfə anamızı itirdik".

"Ana tərəfdən kimsəmiz yoxdur. Bir əmim var, Almaniyada yaşayır, biz tanımırıq. Valideynlərimizi itirəndə babam əmimə zəng etdi ki, uşaqlara sahib çıx. Onun da həyat yoldaşı icazə vermədi. Dedi ki, mənim onlara baxmağa səbrim yoxdur, aparın uşaq evinə verin. Onlar bizi istəmədi, biz də onları həyatımızdan sildik. Babam çox yaşlı idi və üstəlik övlad dərdi vardı".

Nana Davidaşivilinin 19 yaşı var. Hazırda Tibb Universitetinin ikinci kursunda, kardiologiya üzrə oxuyur. Bacısının 17 yaşı var. 17 yaşa qədər Gürcüstan dövləti onlara maddi dəstək verib. Hazırda Nana həkim köməkçisi kimi çalışır və tələbə təqaüdü ilə maddi ehtiyaclarını ödəyir.

Çətin də olsa, məşhur videonu çəkilmə gününü xatırlayır...

"Azərbaycanı çox sevirəm. Müharibə başlayanda biz də azərbaycanlı tələbələrdən narahat idik. Sosial mediadan son xəbərləri izləməyə çalışırdıq. Bir gün dərsə gəldim ki, azərbaycanlı tələbələr sevinirlər. Həmin gün hansısa şəhər işğaldan azad olunub. Mən də sevindim. Birdən kimsə dedi ki, 30 ildən sonra Qarabağı aldılar, biz yenə evdə qaldıq, alan olmadı. Bu sözə uyğun video çəkdim və gülmək üçün sosial şəbəkədə hekayə bölümündə paylaşdım. Kimsə videonu yüklədi və yaydı.

Beləliklə, video Daşqına çatdı. Sonra o cavab videosu çəkdi. Dostlar həmin videonu mənə göndərdilər. Videolarımız bütün Azərbaycanda yayıldı. Düzü, bu qədər izləniləcəyini təsəvvür etmirdim. Əvvəli adi zarafatla başlasa da sonu göz yaşı ilə bitdi".

Videodan sonra Daşqını axtarmadığına çox peşmandır Nana. Deyir, axtarmağa, yazmağa utandım...

"Şəhid olandan sonra telefonunu qardaşı Orxana verirlər. O videonu görəndən sonra məni axtarıb, tapdı. Yazdı ki, Daşqın şəhid olub. Həmin gün dünya başıma yıxıldı... Uzun müddət özümə gələ bilmədim, ağladım. Ölümündən sonra tanıdım, çox bağlandım. Daşqına üç mahnı, iki şeir yazdım... İndi Orxanla hər gün danışıram. Anası, atası ilə danışmağa çalışdım. Heç birimiz danışa bilmədik. Qəhər, göz yaşları imkan vermədi... Orxan ən yaxın dostumdur. Və təsadüfə baxın ki, Orxanla ad günümüz də eyni gündədir. Ötən il nə o, nə də mən ad günlərimizi qeyd etmədik.

Çox səmimi, mehriban insanlardır. Daşqının ad günündə və ildönümündə evlərinə çiçək göndərdim. Onun şəhid olduğu yeri ziyarət edə bilmərəm, buna dözə bilmərəm. Amma ən böyük arzum otağını görmək və məzarını ziyarət etməkdir".

Daşqın şəhid olandan iki ay sonra onlar ilk dəfə yuxuda görüşürlər...

"Çən, duman idi. Daşqının üzünü aydın görə bilmirəm. Amma səsi açıq-aydın videolardakı səs idi. Məni dağ kimi bir yerə çağırdı: "Nana, gəl", - dedi. Böyük düzənlik, təpəliklər olan bir yer idi.

Dedi, Kəlbəcərdir. Soruşdum ki, burada üşümürsən? Yer iki hissəli idi. Bir tərəf çiçəklərlə, digər tərəf isə qarla örtülüdür. Çiçək olan tərəfi göstərib dedi ki, ən çox burada oluram. Sonra balaca bir çiçək dərdi. Əlimi uzatdım ki, götürüm, vermədi. Bir daşın üzərinə qoydu. Dedi ki, buzludur, isinsin götürərsən. Çiçəyə baxdım. Bir də gördüm dumana qarışıb gedir. Sanki taleyimə itirmək yazılıb. Bir də üzünü görə bilməyib, sevdiyim birini itirdim. Həyatda qovuşmasaq da, fotolarımızı proqramla birləşdirmək də bir təsəllidir mənə".

Şəhid Daşqının "səni alacam" dediyi gürcü qızı: "Soruşdum ki, burada üşümürsən?" - FOTOŞəhid Daşqının "səni alacam" dediyi gürcü qızı: "Soruşdum ki, burada üşümürsən?" - FOTOŞəhid Daşqının "səni alacam" dediyi gürcü qızı: "Soruşdum ki, burada üşümürsən?" - FOTOŞəhid Daşqının "səni alacam" dediyi gürcü qızı: "Soruşdum ki, burada üşümürsən?" - FOTOŞəhid Daşqının "səni alacam" dediyi gürcü qızı: "Soruşdum ki, burada üşümürsən?" - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 15471   Tarix: 22 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 228
.

Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn

10:37 197
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

10:26 234
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

10:43 263
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

17:50 83
.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

19:30 1
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 295
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 236
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

17:22 125
.