Dünya əhalisi daha nə qədər COVİD-lə yaşamalı olacaq? - MÜTƏXƏSSİS RƏYİ

Dünya əhalisi daha nə qədər COVİD-lə yaşamalı olacaq? - MÜTƏXƏSSİS RƏYİƏksər mütəxəssislər, o cümlədən ÜST rəsmiləri əminliklə bildirirlər ki, 2022-ci ildə pandemiya başa çatacaq. Amma o da vurğulanır ki, dünya bundan sonra da illər ərzində endemik xəstəlik kimi COVID-19 ilə yaşamalı olacaq.

2 ildir ki, pandemiya şəraitində yaşayır, koronovirusla mübarizə aparırıq. Ən böyük silahımız isə vaksinasiya, sosial məsafə, tibbi maskadan istifadə, gigiyena qaydalarına əməl etmək və kütləvi immunitetdir. Yoluxuruq, sağalırıq, məğlub olur, ətrafımızdan, ailəmizdən birini itiririk, amma ümidimiz tükənmir. Kədərimizi "unudub" digərlərini qorumaq üçün yenidən mübarizəyə atılırıq. Bəs bu mübarizə nə vaxt bitəcək?

"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırmasını təqdim edir.

Son zamanlar vaksinasiya və kütləvi immunitetin hesabına, artıq virus əvvəlki gücündə deyil. Bunu yoluxma sayından da görmək olar. Virusu tanıyır, mübarizə yollarını bilirik. Lakin hələ də pandemiya şəraitində, yumşaq da olsa, karantin qaydaları ilə yaşayırıq. Bəs pandemiya nə vaxt bitəcək? 2022-ci il dünyada pandemiyanın başa çatdığı il ola bilərmi?

Qayıdış üçün standartlar...

Millət vəkili Müşfiq Məmmədli deyir ki, gələn ilin ortalarında pandemiya bitəcək: "Pandemiya reallığının itməsi və normal həyata qayıdış üçün ÜST ( Ümumdünya Səhiyyə Təşkilatı) bir neçə müddət öncə müəyyən standartları açıqlayıb. Bu standartlara görə, əhalinin 70-80 faizi hər iki doza vaksin aldıqdan sonra artıq pandemiyanın sürəti azalır və risk faktorları böyük ölçüdə aradan qalxır. Peyvəndlə yanaşı, yoluxub sağalanların sayı da virusun gücünü zaman keçdikcə aşağı salır. Azərbaycandakı epidemioloji vəziyyəti, vaksinasiya prosesini, əhalinin bu prosesdə iştirakını nəzərə alsaq, deyə bilərik ki, qarşıdakı ilin ortalarından başlayaraq normal həyata dönəcəyik. Pandemiya bitdikdən sonra da maksimum qoruma və gigiyenik tədbirlərə riayət etməliyik".

1 il də davam edəcək?

Rus infeksionist Yevgeni Timakov isə deyir ki, pandemiya ən azı 1 il də davam edəcək:"Koronavirus pandemiyası ən azı bir il davam edəcək. Adi həyat tərzinə qayıtmağın mümkünlüyü barədə yalnız yazda xəstələnmə nisbətlərini təhlil etdikdən sonra danışmaq mümkün olacaq".

"Koronavirus mövsümi xarakter daşıyacaq"

İngiltərənin "Daily Mail" nəşri ölkənin Milli Səhiyyə Xidmətinin sənədlərinə əsasən bildirir ki, koronavirus infeksiyası yayılmaqda davam edəcək, lakin mövsümi xarakter daşıyacaq. Qeyd edilir ki, dünya illər ərzində endemik xəstəlik kimi COVID-19 ilə yaşamalı olacaq. Mütəxəssislərin fikrincə, koronavirus qrip və digər respirator infeksiyalar kimi soyuq aylarda "mövsümi epidemiyalar"la yayılma sürətini qoruyacaq. Alimlər hesab edirlər ki, xəstəlik peyvənd sayəsində sabit vəziyyətə keçəcək. Bu, pandemiyanın sona çatması deməkdir. Ekspertlərin sözlərinə görə, bütün dünyada yayılma miqyasını nəzərə alaraq, virusun mövcudluğu şəraitində necə yaşamaq və uzun illər endemik vəziyyətə necə nail olmaq barədə düşünmək lazımdır.

"Pandemiya yay aylarında bitəcək"

İnfeksionist Mərdan Əliyev isə pandemiyanın yay aylarında bitəcəyini vurğulayır: "Düşünürəm ki, pandemiya yay aylarında bitəcək. Yadınızdadırsa, keçən il çox güclü karantin qaydaları vardı. Hətta rayonlararası yollar da bağlı idi. İndi bu qadağalar yoxdur və hətta toylar keçirilir. Restoranlar açıqdır, məktəblər də açılıb. Yəni karantin qaydaları keçən illə müqayisədə yox səviyyəsindədir. Keçən yay yoluxma sayı da məhz bu səbəbdən azalmışdı. Amma indi əhali kütləvi şəkildə vaksinasiya olunub, digər hissəsi də yoluxub sağalıb, immunitet yaranıb. Düzdür, peyvənd olunanlar arasında 3-cü dozanı qəbul etməyənlərdə yoluxma sayı xeyli müşahidə edilir. Amma yoluxub sağalanlarda təkrar yoluxma nadir hallardadır. Əsasən, zəif, immuniteti aşağı olan şəxslərdə müşahidə edilir. Mənə elə gəlir ki, yay aylarında pandemiyaya son qoyulacaq, pandemiya tarix olacaq".

Xəstəxana xofu

Yoluxma azalsa da, ölüm sayında artımı müşahidə edirik. İnfeksionistin sözlərinə görə, ölüm sayının ötən illərə nisbətən çox olması, insanlar arasında xəstəliyin adiləşməsi ilə əlaqəlidir: "Əhali arasında koronavirus xəstəliyi adiləşib. Əhali artıq xəstəliyə dırnaqarası yanaşır. Sanki cəmiyyət buna öyrəşib. Əvvəllər insanlar özlərini xəstə hiss edən kimi tez həkimə gəlib müayinə olunur, müalicələr götürürdü, bu da, ağırlaşmanın qarşısını nisbətən alırdı. İndi isə belə deyil. Virusa yoluxduqda adi soyuqdəymə, qrip hesab edirlər. Xəstəxanaya, artıq evdə çarə qalmadıqda, ağırlaşma olduqda müraciət edirlər. Buna görə də, ağırlaşma və ölüm hallarının sayı çoxdur. Bunun da nəticəsində insanlar arasında xəstəxana xofu yaranır. Sanki "xəstəxanaya gedən xəstə ölür" kimi fikirlər formalaşır".

Tunelin sonu...

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatından koronavirus epidemiyası ilə bağlı diqqətçəkən açıqlamalar gəlib. ÜST epidemiyanın qlobal miqyasda azaldığını bildirib. ÜST-nin İctimai Səhiyyə, Ətraf Mühit və İqlim Dəyişikliyi Departamentinin direktoru Maria Neyra bildirib ki, artıq tunelin sonuna yaxınlaşmışıq. Təşkilatın son hesabatlarına görə, qlobal miqyasda koronavirus epidemiyasının yayılma sürəti həftələr keçdikcə azalır. Neyra bildirib ki, xəstəlik böhranı 2022-ci ilin martın sonuna qədər yekunlaşacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1495   Tarix: 28 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 264
.

Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir

Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric

18:45 0
.

Xankəndidən səslənən Zəfər mesajı

8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni

10:40 192
.

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy

12:14 227
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11:05 318
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

18:18 0
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 300
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 236
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

18:30 1
.