Misilsiz səs sahibi olan Əməkdar artistimiz haqqında Rusiyanın tanınmış jurnalı yazdı - FOTO

Misilsiz səs sahibi olan Əməkdar artistimiz haqqında Rusiyanın tanınmış jurnalı yazdı - FOTOAzərbaycanın ilk və yeganə kontratenoru, bir neçə səs tembri ilə Azərbaycan və dünya opera səhnələrində ən çox obraz (49 obraz) yaradan, 5 oktava həcmində səs diapazonuna malik opera müğənnisi, Əməkdar artist İlham Nəzərov haqqında Moskvanın tanınmış "Muzıka i vremya" ("Музыка и время") jurnalında məqalə dərc olunub.

BİG.AZ xəbər verir ki, məqalənin müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas-bəstəkar Aytən Oqtayqızı vokalçının yaradıcılığının səciyyəvi xüsusiyyətlərini vurğulayaraq, onun təfsirində səslənən "Tanrım" kompozisiyasını təhlil edib.

Bu kompozisiya Aytən xanım tərəfindən Gülər Əlvanqızının sözlərinə yazılıb.

"Tanrım" kompozisiyası insan duyğularını və Allaha olan məhəbbəti tərənnüm edir. Bu hisslər üç şəxsin - şair, bəstəkar və ifaçının - qəlbindən süzülərək gözəl əsərdə əksini tapıb.

Bu səbəbdən hər üçünün fikrini oxuculara çatdırmaq istəyirik.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı və "ÜNS Yaradıcılıq Səhnəsi" nin solisti, Prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı, 20 il professional səhnə fəaliyyəti ilə məşğul olan ifaçı İlham Nəzərov kompozisiya haqqında bu sözləri deyib:

""Tanrım" mahnısı insanın Allaha müraciətini özündə əks etdirən ən gözəl mahnılardan biridir. Burada insanın mənəvi dünyası, onun qəlbinin ağrıları, Tanrıya olan məhəbbəti özünəməxsusluqla çatdırılıb. Mahnıda mənim hər iki səs tembrində ifam simvolik məna daşıyır. Belə ki, kontratenor səsi ilə sanki qəlbin səsinə səs verən mələklər xarakterizə edilir. Baritonla isə insanın düşüncələri əks olunur. Əsərdə "Tanrım, sənsiz hara gedim?" ifadəsi Tanrıya, əbədiyyətə olan sonsuz eşqi ifadə edir. Mahnıda söz, melodiya və harmoniya vəhdətdə çıxış edərək gözəl sənət nümunəsinin yaranmasını şərtləndirib".

Bəstəkar Aytən Oqtayqızı isə əsər haqqında bunları deyib:

"Bu kompozisiya Azərbaycanın Əməkdar artisti İlham Nəzərov üçün yazılıb. Unikal səsə malik olan vokalçı iki müxtəlif tembrə - kontratenor və bariton səslərə malikdir. Onun özünəməxsus ifasında əsər çox gözəl səsləndirilib. Hər iki müxtəlif tembrdən istifadə edərək İ.Nəzərov sanki iki hissi, iki varlığı - mələk və insanı canlandıra bilib. Hər ikisi bir Varlığa, bir olan Yaradana dua edir. Musiqinin duyğulu sözləri gözəl şairə xanım Gülər Əlvanqızına aiddir. Namiq Zeynalovun studiyasında yazılan bu kompozisiyanın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Daim axtarışda olan möhtəşəm səs sahibi İlham Nəzərova yaradıcılığında bol-bol uğurlar diləyirəm".

Şairə Gülər Əlvanqızı da, öz növbəsində, kompozisiyanın sözləri haqqında danışıb:

"Tanrı...Allahımız... Bu bizim ən böyük ümid, inam və güvənc yerimizdir. Harada oluruqsa olaq, hər bir anımızda Tanrıya olan sevgimizi, dualarımızı, şükürlərimizi izhar edirik. Hər bir insanı həyata bağlayan, ona yaşam gücü verən bu müqəddəs sevgi, bizə elə Tanrının özü tərəfindən verilmiş böyük bir lütfdür. Sinəmdə coşub-daşan, ümmanlar kimi çağlayan " Tanrı məhəbbətimi" izhar etmək üçün "Tanrım" adlı şeirimi yazdım. Sözsüz ki, bu böyüklükdə məhəbbəti bir şeirdə cəmləmək əsla mümkün deyil. Amma yenə də, haradasa bu sevginin qığılcımlarını göstərməyə çalışmışam. Əgər buna nail ola bilmişəmsə, nə xoşbəxt mənə!.."

Misilsiz səs sahibi olan Əməkdar artistimiz haqqında Rusiyanın tanınmış jurnalı yazdı - FOTOMisilsiz səs sahibi olan Əməkdar artistimiz haqqında Rusiyanın tanınmış jurnalı yazdı - FOTONatəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1547   Tarix: 29 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 264
.

Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir

Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric

18:45 0
.

Xankəndidən səslənən Zəfər mesajı

8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni

10:40 192
.

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy

12:14 227
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11:05 318
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

18:18 0
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 300
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 236
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

18:30 1
.