Yol polisi səhər saatlarında bəzi yolları niyə bağlayır? - Vaqif Əsədov səbəbini açıqladı
Son günlər Bakı şəhəri Mikayıl Əliyev küçəsində Heydər Əliyev dairəsi hissəsində səhər saatlarında DYP əməkdaşları tərəfindən yollar bağlanır və avtomobillərin hərəkətində məhdudiyyətlər yaranır. Bu da həmin ərazidə tıxaca səbəb olur.
BiG.AZ xəbər verir ki, bu fikirləri "azxeber.com"a gündəlik adı çəkilən yoldan istifadə edən sürücülər bildirib. Sürücülər iddia edir ki, səhər saatlarında yol bir-iki saat müddətində bağlı qalır.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov iddialara bu cür aydınlıq gətirib:
"Burada söhbət Mikayıl Əliyev küçəsinin başlanğıcında olan Heydər Əliyev dairəsi ətrafında, "Madonna" şadlıq sarayının qarşısındakı hərəkətlə bağlı vəziyyətdən gedir. Yalnız iş günləri, 1-5-ci günlər səhər saatlarında, yəni pik saatlarda metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranır.
Bu da tıxaclara səbəb olur. Ona görə də aidiyyəti üzrə əməkdaşlarımız orada bir-iki saat yox, təxminən 20-30 dəqiqə müddətində xidmət aparmaqla keçmə növbəliliyini hissə-hissə tənzimləyir.
Əgər həmin ərazidə əməkdaşlar dayanıb xidmət aparmasa, istər Mikayıl Əliyev küçəsindən, istər "Neftçilər" metrostansiyası tərəfdən gələn nəqliyyat vasitələrinin hissə-hissə ardıcıl, növbəli şəkildə buraxılmasını təmin etməsələr, "Koroğlu" metrostansiyası istiqamətində körpünün üstündə maşınlar saatlarla tərpənməz vəziyyətdə qalar və hərəkət dayanar.
Ona görə də bu istiqamətlər üzrə hərəkət edən sürücülərə bildirirəm ki, burada narahatlığa səbəb yoxdur. Eynilə, paytaxtın 20 Yanvar dairəsində, Biləcəri enişində, Avtovağzal dairəsində, Babək prospektinin Yusif Səfərov istiqamətində də bizim azı iki əməkdaşımız dayanıb xidmət aparır və keçmə növbəliliyi təmin olunur".
Vaqif Əsədov bu cür vəziyyətdə sürücülərə təmkinli olmağı və tələsməməyi tövsiyə edib:
"Bu cür vəziyyətdə sürücülərə təmkinli olmağı və tələsməməyi tövsiyə edirik. Hər kəs öz zolağı üzrə hərəkət etsin, hər bir sürücü getdiyi istiqaməti əvvəlcədən dəqiqləşdirib həmin zolağı tutsun, qarşı hərəkət zolağına çıxmasın. Yol kəsişmələrində sarı rəngli, tor tipli xətlərə diqqət yetirsinlər.
Bəzən sürücülər öz getdikləri istiqamətlərdə bir-birlərinin hərəkətinə maneə yaradırlar, başqasını qarşısına keçib onun yolunu kəsirlər.
Bu da istər-istəməz həmin istiqamətdə süni sıxlığa səbəb olur. Xüsusilə, gedilən istiqamətdə dayanma, durma tələbləri düzgün yerinə yetirilməlidir.
Əgər ərazidə avtomobilin dayanması, durması qadağandırsa, ümumiyyətlə, o ərazidə avtomobil saxlanılmamalıdır.
Bu tələblərə riayət edilmədiyi təqdirdə həmin ərazidə hərəkət istiqaməti üzrə sıx cərgələnmə yaranır. Bu da tıxaclara və sürücülərin ləngiməsinə səbəb olur. Ona görə də sürücülər bütün bu tələblərə əməl etməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1261 Tarix: 07 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsrail HƏMAS-ın daha bir komandirini məhv etdi
İsrail hərbçiləri HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin komandiri Məhəmməd Mahmud Mirşad əl-Qadini zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, öldürülən şəxs 7 oktyabr 2023-cü ildə İsrail ordusunun Sufa postuna hücuma rəhbərlik edib
04.09.2026 267 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar
Əmək müqaviləsi ilə çalışan şəxslərin illik əmək məzuniyyətinin müddəti onların tutduğu vəzifə, əmək şəraiti və iş stajından asılı olaraq dəyişir. Qaynarinfo xəbər verir ki, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Bəz
04.09.2026 287 "Liverpul" 18 yaşlı hücumçunu aldı
Fransalı hücumçu Cilian Ngessan İngiltərənin "Liverpul" klubu ilə müqavilə imzalayıb. xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata əsasən, "Liverpul" "Sent-Etyen"in futbolçusu Cilian Ngessanın transferi ilə bağlı razılığa gəlib. Fransalı hücumçu yanva
04.09.2026 231 Elgizin verilişi bu tarixdə başlayacaq
Tanınmış teleaparıcı Elgiz Əkbər yeni verilişinin nə vaxt başlayacağını açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, aparıcının "Şadlıq olsun" adlı yeni layihəsinin ilk buraxılışı sentyabrın 7-si saat 15:00-da təqdim olunacaq. Aparıcı verilişin bütün sosial platformalarda yayımlanacağın
04.09.2026 359 Avstraliya digər qitələrdən daha sürətlə hərəkət edir: Qitə hara gedir?
Avstraliya xəritələrdə göstərilən mövqeyində sabit qalmır. Qlobal istinad sisteminə əsasən ölçüldükdə, qitə və onu daşıyan tektonik plitə ildə təxminən 7 santimetr şimal-şimal-şərq istiqamətində hərəkət edir. Qaynarinfo "Science Blog"ə istinadən xəbər verir ki, bu göstərici Avstraliyanı Ye
04.09.2026 239 Fransanın Ermənistandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb
Fransanın Ermənistandakı yeni səfiri Florian Eskyudye bu gün vəzifəsinin icrasına başlayıb. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyi məlumat yayıb. F.Eskyudye 2026-cı il avqustun 18-də Fransanın Ermənistandakı səfiri təyin edilib. Bu postd
17:30 121 Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 182,54 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,6 % çoxdur. Avqust ayında Türkiyə Azərbaycana 22,183 milyo
19:30 8 Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb. -ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya qoşunları Donetsk vilayətində Kurtovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
17:20 127 Xaçaturyan: Türkiyə ilə sərhədlərin açılması Ermənistana Aralıq dənizi limanlarına çıxış imkanı verəcək
Türkiyə ilə sərhədin açılması Ermənistana Aralıq dənizindəki Türkiyə limanlarından istifadə etməyə imkan verəcək. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan jurnalistlərə bildirib. "Biz həm sərhədlərin (Türkiyə ilə - red.
17:40 114