Kəlbəcərdə yol qəzasında həlak olan hərbçilərdən birinə şəhid statusu verilib
Bu il avqustun 13-də Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı həlak olan Azərbaycan ordusunun hərbi qulluqçusuna şəhid statusu verilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətindən (SHXÇDX) APA-nın sorğusuna cavab olaraq deyilib ki, SHXÇDX Yevlax rayon şöbəsinə aidiyyəti hərbi hissədən daxil olan 25.09.2021-ci il tarixli 3099 nömrəli məktubda, çavuş Cəfərov Anar Müstəqim oğlunun 13.08.2021-ci il tarixdə Kəlbəcər rayonu, Yanşaq yaşayış məntəqəsində yerləşən bölmənin döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı xidməti vəzifələrini icra edərkən yük avtomobilinin dərəyə aşması ilə nəticələnən avtomobil qəzasında "kəllə tağının sınığı, kəllə əsas sınığı, baş beynin diffuz travması"ndan hadisə yerində həlak olması bildirilib.
"Qeyd olunanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın 1.2.6-cı yarımbəndinin tələblərini nəzərə alaraq, mərhum Cəfərov Anar Müstəqim oğlu şəhid, onun ailəsi isə şəhid ailəsi hesab edilir", - deyə bildirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, qəza zamanı həlak olan çavuş Cəfərov Anar Müstəqim oğlunun ailəsinə şəhid vəsiqəsi təqdim olunub: "Hazırda ailəyə digər təminatlar verilməsi həyata keçirilir".
Qeyd olunub ki, qəza zamanı həyatını itirən leytenant Həsənli Eldar Müşfiq oğlu isə hazırda rəsmi şəhid statusu almayıb. Sözügedən hərbçimiz şəhidlik statusu aldıqdan sonra ailəsinə vəsiqə və digər təminatların verilməsi təmin olunacaq.
Xatırladaq ki, bu ilin avqust ayının 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Müdafiə Nazirliyindən bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2476 Tarix: 07 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi
ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna
10.11.2026 384 Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir
8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ
10:24 191 Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təcahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11:05 225 Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11:48 222 İspaniyada kirayə və mənzil böhranı
İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd
16:00 143 Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?
Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa
10.11.2026 299 İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi
İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş
10.11.2026 329 Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11:29 222 Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
12:17 205