Azərbaycan-İran sərhədində atışma: Ölən var

Azərbaycan-İran sərhədində atışma: Ölən varAzərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DXS) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-dən bildirilib ki, dekabrın 7-si saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstə­si­nin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq ölkə ərazisinə gəlməyə cəhd etmələri aşkar olunub.

Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, sərhəd nar­yadı tərəfindən "Dayan" əmri verilərək sər­həd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərindəki 2 ədəd bağlamanı ataraq hadisə yerindən geriyə qaçmağa cəhd göstəriblər.

"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbay­can Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucularına qarşı silah tətbiq olunub və onlardan biri zərərsiz­ləşdirilib. Hazırda həmin sərhəd pozucusunun şəxsiy­yətinin müəyyənləş­diril­məsi üzrə tədbirlər görülür.

Digər sərhəd pozu­cusunun axtarışı üzrə daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir.

Hadisə yerində aşkarlanmış 2 ədəd bağlamada 4270 ədəd "Marl­boro", "Kent", "More" markalı siqaret qutusunun olması müəyyən edilib.

Hadisə barədə İran tərəfi məlumatlandırılıb.

Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli zabitləri hadisə yerinə ezam olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3603   Tarix: 07 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə əməliyyat: Əcnəbi sərnişinlərin mədəsindən 2.7 kiloqram narkotik aşkarlandı

Türkiyənin Batman vilayətində sərnişin avtobusunda narkotik daşımaqda şübhəli bilinən dörd xarici vətəndaş ələ keçirilib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, nəqliyyat vasitəsində olan sözügedən dörd əcnəbi sərnişinin davranışları asayiş keşikçilərində şübh

22.06.2026 190
.

Bethovenin DNT analizi əcdadları ilə bağlı gözlənilməz sirri ortaya çıxardı

Təxminən iki əsr əvvəl vəfat edən dahi alman bəstəkarı Lüdviq van Bethovenin çoxsaylı xəstəliklərinin səbəblərini müəyyənləşdirmək üçün alimlər onun DNT-sini analiz ediblər. xarici mediaya istinadla xəbər verir ki, araşdırma nəticəsində təkcə bəstəkarın sağlamlığı ilə bağlı yeni faktlar deyil, həm d

22.06.2026 191
.

E5 liderləri Ukrayna məsələsini müzakirə etmək üçün Berlində bir araya gələcək

İyunun 24-də Almaniyanın paytaxtı Berlində Avropanın aparıcı beş ölkəsinin - Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Polşa liderlərinin görüşü keçiriləcək. Toplantının əsas mövzusu Ukraynadakı müharibə və regionda yaranmış təhlükəsizlik vəziyyəti olacaq. BİG.AZ Le Monde-a istinadən xəbər veri

22.06.2026 175
.

KDR-də Ebola virusuna yoluxanların sayı mini keçdi - ÖLƏNLƏRİN SAYI AÇIQLANDI

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı mini ötüb. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi sosial şəbəkə hesabında açıqlama yayıb. Ən son göstəricilərə görə, 1003 yoluxma halı rəsmən təsdiqlənib. Ölənlərin sayı 254-ə çatıb, 10

22.06.2026 172
.

Kahin arvadlarının sirləri: onları necə düzgün adlandırmaq və vəzifələri nədir?

Bir çox insan kahinlərin həyat yoldaşlarının yalnız kilsədə xidmət etdiyini və bütün həyatlarını dini fəaliyyətə həsr etdiyini düşünür. Əslində isə müasir dövrdə onlar həm peşə sahibi ola, həm də ailə və kilsə həyatını paralel şəkildə davam etdirə bilirlər. xarici mediaya istinadən xəbər verir ki, b

22.06.2026 150
.

Azərbaycanda direktor müəllimlərin kartlarını mənimsədi: 71 min manatlıq yeyinti

Xocavənd rayon Əmirallar kənd tam orta məktəbinin direktoru Mərkəz Hüseynovun büdcədən müəllimlərə ayrılmış külli miqdarda vəsaiti ələ keçirdiyi məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıtda məskunlaşmış məktəb direktorunun 2023-cü ilədək ümumilikdə 71 301 manat vəsaiti mənimsədiy

22.06.2026 193
.

Şəhid ailəsinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi

Cəlilabadda Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə istehlaka yararsız qurban ətinin göndərilməsi faktı ilə bağlı rayon icra hakimiyyətinin vəzifəli şəxsi cəzalandırılıb. -a istinadən xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunu

22.06.2026 148
.

Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi

Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati

22.06.2026 172
.

"Qarabağ" iki qapıçısı ilə yollarını ayırdı

"Qarabağ" futbol klubu heyətində dəyişiklik edib. xəbər verir ki, Ağdam təmsilçisi qapıçılar Fabiyan Buntiç və Amin Ramazanovla yollarını ayırıb. Klubdan verilən məlumata görə, Fabiyan Buntiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Amin Ramazanovun isə müqavilə müddəti baş

22.06.2026 184
.

TOP MP3