Dövlət Komitəsinin əməkdaşlarının Misirin Qalubiyyə vilayətinin qubernatoru ilə görüşüb - FOTO
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları Misir Ərəb Respublikasına səfər çərçivəsində Qalubiyyə vilayətinin qubernatoru general Əbdülhəmid əl-Həccənlə görüşü keçirilib.
Görüşdən öncə qonaqlar qubernatorun iştirakı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Misir-Azərbaycan Dostluq Parkında ucaldılmış abidəsini ziyarət ediblər. Abidənin önünə əklil qoyulub və görkəmli dövlət xadiminin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Misir-Azərbaycan Dostluq Parkının inzibati binasında baş tutan görüşdə ölkəmizin Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev, DİDK-nin Aparat rəhbəri Daşqın Rəcəbli və əməkdaşları, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiyası Şurasının Misir üzrə əlaqələndiricisi, tədqiqatçı-alim Seymur Nəsirov, vilayət ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Azərbaycan səfiri və qubernator iki xalq arasında möhkəm dostluq əlaqələrindən söz açaraq, Misir-Azərbaycan Dostluq Parkının bu münasibətin rəmzi olduğunu bildiriblər. Azərbaycan tərəfinin Misirlə əməkdaşlıq əlaqələrinə çox böyük önəm verdiyi vurğulanıb. Səfirin Azərbaycana səfər dəvətini məmnuniyyətlə qəbul edən qubernator ölkələrimiz və xalqlarımız arasında münasibətlərin və əlaqələrin daha da inkişaf etməsi naminə töhfələr verməyə hər zaman hazır olduğunu söyləyib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamını qubernatora çatdıran Aparat rəhbəri xalq diplomatiyası, xalqlarımızın dostluq və qardaşlıq münasibətləri, Azərbaycan diasporunun iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfələr verməsi barədə danışıb, DİDK adından "Zəfər Salnaməsi" kitabını qubernatora təqdim edərək bildirib ki, nəşrdə Azərbaycanın II Qarabağ müharibəsindəki şanlı qələbəsi barədə tarixi məqamlar əks olunub.
Sonra qonaqlar inzibati binada təşkil olunmuş Azərbaycan guşəsi ilə tanış olublar. Guşədə ölkəmizin ərazi bütövlüyünü əks etdirən Azərbaycan xəritəsi, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotostend nümayiş etdirilib.
Qubernatorla görüş, Misir-Azərbaycan Dostluq Parkında xalqımızın ümummilli Lideri Heydər Əliyevin abidəsinin ziyarət olunması Misir mətbuatında geniş işıqlandırılıb.(oxu.az)

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 731 Tarix: 12 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
14:46 181 Fərid Şəfiyevin "The Guardian"a məktubu: Ermənistan-Azərbaycan münaqişəsi birtərəfli təqdim edilib
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev erməni rejissor tərəfindən çəkilmiş "The Black Garden" sənədli filminə dair "The Guardian" qəzetində dərc olunmuş rəyə münasibət bildirərək həmin nəşrə məktub ünvanlayıb. B
15:40 82 "Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
"Sabah" klubu uşaq futbolunun davamlı inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq. "Report" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Sabah" klubuna UEFA Çempionlar Liqasını
13:22 154 Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Şuşaya səfər edən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər. Bu barədə Baku TV süjet hazırlayıb. Süjetdə bildirilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi belə halların ilk olmadığını, maarifləndirmə və cərimələrin nəticə vermədiyini qeyd edir
16:07 110 Çində torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 11 nəfər itkin düşüb
Çinin cənub-şərqindəki Tszyansi əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, daha 11 nəfər isə itkin düşüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Bildirilib ki, "Saudel" qasırğasını
17:00 0 Tanınmış kinooperator vəfat etdi
Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Amin Novruzov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb. O, 79 yaşında dünyasını dəyişib. Qeyd edək ki, uzun illər quruluşçu operator kimi fəaliyyət göstəriən Amin Novruzov müxtəli
14:11 132 Rusiyanın Avropaya qarşı hibrid müharibəsi: Təhlükə böyüyür - POLİTOLOQDAN AÇIQLAMA
Rusiyanın Avropaya qarşı hibrid müharibə apardığı ilə bağlı narahatlıqlar getdikcə artır. Sabotaj, kiberhücumlar, casusluq, kritik infrastruktura müdaxilə, pilotsuz uçuş aparatlarından istifadə və dezinformasiya kampaniyaları Avropa ölkələrinin təhlükəsizlik gündəmində əsas məsələlərdən birinə çevrilib
04.09.2026 380 Sabah 35 dərəcə isti olacaq
Sentyabrın 6-na gözlənilən hava şəraitinin proqnozu açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhə
13:51 123 Qızıl almaq istəyənlərin nəzərinə
Sentyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, Azərbaycanda 1 unsiya qızılın qiyməti 7 544,6170 manat, 1 qram qızılın qiyməti isə 242,56 manat təşkil edib. 99 əyarlı təmiz qızılın 1 qramı 242,56 manat, 750 əyarlı İtalyan qızılının 1 qramı 182,11 manat, 585 əyarl
04.09.2026 273