Güclü dövlətin güclü mediası olmalıdır
Dekabrın 10-da Milli Məclisin Hüquq siyasəti, Dövlət quruculuğu və İnsan Hüquqları komitələrinin birgə keçirilən iclasında komitə rəhbərləri, media qurumlarının rəhbərləri və digər qonaqların iştirakı ilə "Media haqqında" qanun layihəsinin müzakirəsi ölkədə böyük rezonansa səbəb oldu. 1999-cu ildən bəri 79 dəfə düzəliş və əlavələr edilən "KİV haqda" köhnə qanunun yenilənməsinə doğru daha bir addım atıldı.
Vətən müharibəsindən sonra dövlət başçısının fundamental olaraq islahatların yeni mərhələsini açdığı sahə məhz mediadır. Prezidentin postmüharibə dövrünün köklü islahatlarını mediadan başlaması təsadüf deyil. Belə ki, media proseslərini tənzimləyən yeni dövlət qurumu yaradıldı, yeni qanunun hazırlanması üçün tapşırıq verildi və sair. Bu arqumentlər milli informasiya məkanımızda dərin və dinamik inkişafın nə qədər prioritet olduğunu bir daha təsdiqləyir.
Azərbaycan öz beynəlxalq mövqeyini və daxili dayanıqlılığını daha da möhkəmləndirdi. Bu da güclənmiş dövlətin daha güclü mediası yaradılmasını tələb edir.
Yeni Media qanununda yenilik və dəyişikliklər çoxdur. Media və informasiya nədir? sualından tutmuş jurnalist kimdir sualına qədər indiyədək görünməyən çox şeylərin tərifi verilir. Çap və onlayn media orqanı qurmaq üçün rəsmi icazə proseduru aradan qalxır, internet TV-lər üçün lisenziya tələbi yoxdur, jurnalist anlayışı xidməti müqavilə ilə işləyənlərə də şamil edilir, "vətəndaş jurnalistikası" deyilən ölçü-biçi tanımayan məşğuliyyət növü peşə fəaliyyəti yox, bir xobbi işi olaraq qanundan kənarda saxlanılır.
Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcəkdir. Medianın İnkişafı Agentliyi tərəfindən veriləcək jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər.
Medianın intellektual məhsulu üzərində müəlliflik hüququnun daha etibarlı hüquqi müdafiə mexanizminin təsbit edildiyi, əsil jurnalistlərin və əsil media orqanlarının real sayının dəqiq bilinmədiyi bir şəraitdə onların etibarlı himayə və müdafiə problemlərini yüksək səviyyədə həll etmək də yeni qanunun hədəfidir. Bu da özünü jurlalist kimi təqdim edənlərin hüquqdan kənar fəaliyyətlərinə maneə olacaqdır.
Yeni qanun layihəsində nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, milli media məhsulunun istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 496 Tarix: 12 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQapıdan uzaqda belə uğur qazanan Harri Keyn - 73 qolu var
İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn meydanda daha geridə oynamasına baxmayaraq, ötən mövsüm klub və yığma səviyyəsində 73 qol vurub. xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunun kənardan göründüyü qədər ziddiyyətli olmadığını bildirib. Keynin sözlərin
04.09.2026 263 Rusiyanın Avropaya qarşı hibrid müharibəsi: Təhlükə böyüyür - POLİTOLOQDAN AÇIQLAMA
Rusiyanın Avropaya qarşı hibrid müharibə apardığı ilə bağlı narahatlıqlar getdikcə artır. Sabotaj, kiberhücumlar, casusluq, kritik infrastruktura müdaxilə, pilotsuz uçuş aparatlarından istifadə və dezinformasiya kampaniyaları Avropa ölkələrinin təhlükəsizlik gündəmində əsas məsələlərdən birinə çevrilib
04.09.2026 380 Ən populyar dərmanı üstələyən yeni xərçəng preparatı hazırlandı
"Akeso" və "Summit Therapeutics" biotexnologiya şirkətləri onların hazırladığı yeni ivonesimab preparatının qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrin ömrünü əhəmiyyətli dərəcədə uzatdığını açıqlayıb. xəbər verir ki, klinik sınaqların üçüncü mərhələsində preparat təxminə
04.09.2026 249 "Samsung"un yeni qatlanan telefonu testdə: Ekranı dırnaqla cızılır
Qatlanan smartfonlar əvvəlki kimi kifayət qədər həssas və kövrək cihazlar olaraq qalır. xarici mediaya istinadən xəbər verir ki, bu barədə "JerryRigEverything" adı ilə tanınan texnologiya bloqeri "YouTube" kanalında bildirib. Müxtəlif elektron cihazların möhkəmliyini sınaqdan keçirməs
04.09.2026 246 İsraildə seçki yarışı qızışır: Netanyahu hakimiyyəti itirə bilər? - POLİTOLOQDAN AÇIQLAMA
İsraildə keçiriləcək parlament seçkilərinə sayılı həftələr qalmış siyasi mənzərə yenidən dəyişməyə başlayıb. Baş nazir Benyamin Netanyahunun hakimiyyətdə qalmaq mübarizəsi fonunda son rəy sorğuları həm iqtidar, həm də müxalifət blokunun parlamentdə çoxluq əldə etmək üçün kifayət qədər mandat toplay
04.09.2026 248 SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
Hizbullahın 100-ə yaxın döyüşçüsü, o cümlədən SEPAH-ın Qüds Qüvvələrindən olan iranlı məsləhətçilər iyun ayından etibarən Əli Tahir dağ silsiləsi ərazisindəki tunellərdə mühasirədə qalıb. xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti SEPAH-dakı mənbəyə istinadla məlumat yayıb. "Bi
04.09.2026 280 HƏMAS-ın əks-kəşfiyyat rəhbəri belə ələ keçirildi
İsrail qüvvələri Qəzzada keçirilən reydlər zamanı HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin (əks-kəşfiyyat) rəhbəri Muain Əl-Arabidi ələ keçiriblər. xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrail Katz məlumat verib. Məlumata görə, Arabid Qəzzanın Əl-Katib rayonunda ÇAXAL və ŞABAK-ın xüsusi təyinatl
04.09.2026 245 Pay torpaqları vətəndaşlardan alınacaq? - VACİB AÇIQLAMA
"Son illər üzrə Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni ayrı-ayrı kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulub". BİG.AZ -ə istinadla xəbər veri
15:53 82 Elgizin verilişi bu tarixdə başlayacaq
Tanınmış teleaparıcı Elgiz Əkbər yeni verilişinin nə vaxt başlayacağını açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, aparıcının "Şadlıq olsun" adlı yeni layihəsinin ilk buraxılışı sentyabrın 7-si saat 15:00-da təqdim olunacaq. Aparıcı verilişin bütün sosial platformalarda yayımlanacağın
04.09.2026 331