Hərbi xidmətə gedəcək şəxslərin NƏZƏRİNƏ

Hərbi xidmətə gedəcək şəxslərin NƏZƏRİNƏAzərbaycanda 2022-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar.

Bu barədə SHXÇDX-dan məlumat verilib.

Vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının "Elektron xidmət" bölməsinin "Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar" alt bölməsində tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Bununla yanaşı müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə edə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur. Qeyd edək ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan öncə - dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında noyabrın 23-də Sərəncam imzalayıb. 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrimizdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşlarımız 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1090   Tarix: 25 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 220
.

İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi

İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş

10.11.2026 314
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 379
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

10:13 167
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 353
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

12:32 154
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 294
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 175
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

12:41 133
.