Jerom Lamber Fransa prezidentliyinə namizədin Xankəndiyə qanunsuz səfərinə etiraz edib
Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası ölkə prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin fransalı deputatlar Bruno Riteiro və Mişel Barnye ilə birlikdə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə etirazını bildirib.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamberin imzaladığı bəyanatda birmənalı şəkildə bildirilib ki, xanım Pekrezin bu addımı təxribat xarakterlidir, çünki Xankəndi şəhəri beynəlxalq qurumlar tərəfindən Azərbaycan ərazisinin bir hissəsi kimi tanınır: "Bu əraziyə səfər Azərbaycanın suveren hakimiyyət orqanları olmadan təsəvvür edilə bilməz. Əgər xanım Pekrez sülhü müdafiə etmək istəyirsə, tarix dərslərini yenidən nəzərdən keçirməklə başlamalıdır. Qarabağa səfər etməklə Azərbaycanın suverenliyini pozaraq, təxribat törədir və sülh quruculuğunda hər hansısa rolu oynamaq hüququndan özünü məhrum edir".
Qeyd edilib ki, Azərbaycan da Fransa kimi dünyəvi ölkədir: "Buna görə də biz başa düşə bilmirik ki, bu seçkiqabağı kampaniya zamanı edilən bəyanatlar niyə şərqi xristianlara qarşı qondarma bir dini təhlükənin qabardılmasına doğru yönəldilir. Papa həzrətlərinin son illərdə bir neçə dəfə səfər etdiyi Azərbaycan ərazisində xristianlar tam əmin-amanlıq şəraitində yaşayırlar".
Assosiasiya nəzərə çatdırıb ki, Qarabağ münaqişəsi iki dövlət arasında sırf ərazi münaqişəsi olub: "Ermənistan otuz il ərzində BMT Təhlükəsizlik Şurasının qınaqlarına baxmayaraq, Azərbaycan ərazisinin demək olar ki, 20%-ni hərbi yolla işğal altında saxlayıb. Ötən il atəşkəsin bərpa olunmasından sonra bu ərazilərin qanuni yolla geri alınması Fransanın 1918-ci ildə Elzas-Lotaringiyanı alman işğalçı qüvvələrindən azad etməsi kimi beynəlxalq hüququn qələbəsi kimi qiymətləndirilməlidir".
Azərbaycanın Dostları Assosiasiyası hesab edir ki, "Fransa və onun nümayəndələri davamlı sülhə doğru çalışmaq üçün beynəlxalq hüququn elementar normalarına hörmət edərək qərəzsiz olduqlarını nümayiş etdirməlidirlər. Xanım Pekrez xırda siyasi hesablamalarında bunu bilərəkdən unudub və o, iddia etdiyi sülh tapmaq məsuliyyətini nəzərdə tutan mövqeyə layiq olmaqdan uzaqdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 763 Tarix: 25 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
10:48 220 İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi
İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş
10.11.2026 314 Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı
Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb
10.11.2026 379 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı
10:13 167 İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"
10.11.2026 353 Prezident həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas
12:32 154 Zelenski bugünkü görüşdən yazdı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti
10.11.2026 294 Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11:48 175 Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v
12:41 133