Həyəcan təbili çalınır! - Azərbaycanda su ehtiyatları azalır - VİDEO
İndi tez-tez eşidirik, deyirlər ki, əvvəlki qar artıq yoxdur. Nəinki şəhər yerlərində, hətta dağlarda da qar azalıb. Qış aylarında hər zaman başı qarlı görməyə alışdığımız dağlar indi dekabr ayında belə qarsız və bombozdur. Bu da təbii ki, su ehtiyatlarının toplanmasına mənfi təsir edir. Ancaq su ehtiyatlarından səmərəli istifadə ilə bağlı tədbirlər görülür. Dağ çaylarındaki suların toplanması üçün 10 su anbarının tikilməsi nəzərdə tutulub.
Bu qarlı mənzərə bir neçə il əvvələ aiddir. Bu kadrlar isə yeni çəkilib.
Görüntülər Oğuzun Xaçmaz kəndi ətrafındakı dağlıq ərazidəndir. Sakinlərin sözlərinə görə, son illərdə dağlarda və ətraf ərazilərdə qar müşahidə edilmir.
Dağçılar da bildirirlər ki, əvvəlki illərdə bütün fəsillərdə zirvələrdə bir neçə metr qalınlığında qar olurdu. Son 2-3 ildə isə qar tam əriyərək yoxa çıxıb.
Son illərdə hətta zirvələrdəki bulaqlar da quruyub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyir ki, son illərdə iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımızda azalmalar müşahidə olunur. Hətta son 20 ildə Xəzər dənizinin səviyyəsi 2 metrədək enib.
Su ehtiyatlarından səmərəli istifadəni təmin etmək məqsədilə bir neçə qurumun nümayəndələrindən ibarət komissiya yaradılıb. Komissiya ötən ilin iyul ayından fəaliyyətə başlayıb və su ehtiyatlarından istifadə ilə bağlı tədbirlər planı da hazırlanıb.
Dağ çaylarında suların toplanması məqsədilə də 10 su anbarının tikintisi nəzərdə tutulub. Qəbələ, Oğuz, Şəki və Masallı rayonlarının ərazilərində su anbarlarının tikilməsi ilə bağlı sənədləşmə işlərinə də başlanıb.(xəzərxəbər)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 961 Tarix: 25 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
10:48 220 İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi
İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş
10.11.2026 314 Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı
Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb
10.11.2026 379 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı
10:13 167 İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"
10.11.2026 353 Prezident həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas
12:32 154 Zelenski bugünkü görüşdən yazdı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti
10.11.2026 294 Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11:48 175 Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v
12:41 133