"Hörümçək" sözünə görə Orfoqrafiya lüğəti yenidən nəşr olunacaq

"Hörümçək" sözünə görə Orfoqrafiya lüğəti yenidən nəşr olunacaq"Azərbaycan dilinin Orfoqrafiya lüğəti bu il yenidən nəşr olunacaq".

BiG.AZ xəbər verir ki, bunu "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, təkmilləşdirilmiş formada yeni lüğətin 2022-ci il ərzində çap olunması nəzərdə tutulub:

"Bu il Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinin təkmilləşdirilmiş formada ikinci nəşrinin çap olunması nəzərdə tutulub və bu, elm və nəşriyyatın planına daxil edilib. Yəni, lüğəti bu il təkrar nəşr edəcəyik, çünki buna tələbat da böyükdür. Artıq bütün sözləri bir daha diqqətlə oxumaq və digər məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib. Dilçilik İnstitutuna da bununla bağlı tapşırıq və göstərişlər verilib. Yeni lüğətdə bu və ya digər nöqsanlar varsa, hamısı aradan qaldırılacaq".

Qeyd edək ki, Azərbaycan dilinin son Orfoqrafiya lüğətinə "hörümçək" sözü salınmayıb və bu, ictimaiyyət arasında etirazla qarşılanıb. AMEA prezidenti Ramiz Mehdiyev yanvarın 19-da Rəyasət Heyətinin iclasında lüğətin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlardan razı olmadığını və onlardan daha ciddi və əsaslı izahatlar gözlədiyini bildirib. Dilçilik İnstitutu və digər məsul şəxslər isə həmin sözün lüğətə salınmamasını sırf texniki qüsur kimi dəyərləndirir.

Xatırladaq ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 5 ildən bir hazırlanır. Lüğət sonuncu dəfə ötən il çap olunmuşdu.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1051   Tarix: 21 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Besant İrana köməklik edən dövlətləri hədələdi

ABŞ-ın Maliyyə Naziri Skott Besant İrana dəstək verən və ya ona yardım edən ölkələri hədələyən bəyanatla çıxış edib. xəbər verir ki, o, ABŞ İranı dəstəkləyən bütün ölkələrə qarşı sistematik şəkildə sanksiyalar tətbiq etmək niyyətindədir. Besant bildirib İranla münaqişənin başa çatmasında maraqlıdırlar

03.09.2026 220
.

5 yaşlı qızın mədəsindən qızıl külçə çıxarıldı

Çinin paytaxtı Pekində 5 yaşlı qız qızıl külçə udduqdan sonra xəstəxanaya çatdırılaraq xilas edilib. xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb. Hadisə zamanı qızın təxminən 4 santimetr uzunluğunda və 50 qram ağırlığında olan qızıl külçəni oynayarkən udduğu bildirilib

03.09.2026 261
.

Azərbaycanda uşaq kitabxanaları azalır: "Valideyn kitab oxumursa, uşaq da oxumayacaq"

Azərbaycanda son illərdə uşaq kitabxanalarının və onların kitab fondunun sayında azalma müşahidə olunur. 2001-ci ilin əvvəlinə ölkədə Mədəniyyət Nazirliyi sistemi üzrə 112 uşaq kitabxanası fəaliyyət göstərib. 2006-cı ildə onların sayı 103-ə, 2011-ci ildə 102-yə, 2016-cı ildə 97-yə, 2021-ci ildə isə 87-y

03.09.2026 244
.

"Azərsun Holdinq" "Süni intellekt dövründə effektiv sayt idarəetməsi" mövzusunda təlim keçirib

"Azərsun Holdinq" media nümayəndələrinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və müasir texnologiyaların media fəaliyyətində tətbiqi məqsədilə təlim təşkil edib. "Süni intellekt dövründə effektiv sayt idarəetməsi" mövzusunda təşkil olunun təlim "Proxima Tech Solutions"

10:49 75
.

Şəhid anaları "Loqos"da - Qənirə Paşayevanın xatirəsi ehtiramla yad edildi

Şəhid anaları ilə keçirilən görüş mənəvi dəyərlərin, Vətən sevgisinin və insanlıq duyğularının bir araya gəldiyi xüsusi bir tədbir kimi yadda qaldı. Azərbaycan cəmiyyətində şəhid ailələrinin, xüsusilə şəhid analarının özünəməxsus və müqəddəs yeri var. Onlar Vətən yolunda ən ağır itkilərdən birini yaşasala

03.09.2026 237
.

Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

Bakcell abunəçilərinə səyahətdə, işdə, evdə və müxtəlif məkanlarda internetdən rahat istifadə etməyə imkan verən portativ Mi-Fi modemini təqdim edir. Kompakt ölçüləri sayəsində rahat daşına bilən modem mobil şəbəkənin əhatə dairəsində internetə qoşulmağa imkan verir. Mi-Fi modemə eyni anda 10-dək smartfon

03.09.2026 243
.

Sabah hava necə olacaq?

Azərbaycanda sentyabrın 4-də 33 dərəcə isti gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperatur

03.09.2026 217
.

Rusiya ordusu 4 yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı

Rusiya ordusu Ukraynanın Donetsk və Xarkov vilayətlərində 4 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini iddia edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Donetsk vilayətinin İjevka, Xarkov vilayətinin isə Vasilevka, Doljanka və Blaqovatnoye yaşayış məntəqələr

03.09.2026 204
.

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki, həmin şəxslər Xaçmaz rayonunun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdə

03.09.2026 381
.