Soyuq havada çayınızı BELƏ DƏMLƏYİN - VİDEO
Xalq olaraq, əksəriyyətimiz çay içməyi sevirik, xüsusən də soyuq havalarda. Lakin içdiyimiz çayı daha faydalı etməyin yolları var və əslndə bir çox xəstəliklərin dərmanı əlimizin altındakı təbii və çox da baha olmayan məhsullardadır.
Bu səbəbdən BiG.AZ həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlunun məsləhət gördüyü çayın reseptini oxucularla paylaşmaq istəyir.
Hipotonusu olan adamlara, xroniki yorğunluqdan əziyyət çəkənlərə, teztez xəstələnənlərə, eləcə də pandemiya yarada biləcək virus xəstəliklərindən qorunmaq istəyənlərə həkim zəncəfildən istifadə etməyi tövsiyə edir. Bu bitki iltihab əleyhinə təsir göstərir, qan dövranını yaxşılaşdırır, qanı durulaşdırır. Lakin onun da istifadə qaydası var. Gün ərzində şirəsindən 5ml-dən çox istifadə etmək məsləhət deyil, kökündən istifadə edirsinizsə, qoz boyda olması kifayətdir. Zəncəfil kökü bir neçə bitkilərlə birlikdə istifadə olunduqda, məhsullar bir-birinin təsir gücünü artırır. Məsələn, itburnu bitkisiylə dəmləmək məsləhətdir.
İtburnu meyvəsini seçərkən, çox kiçik olmamasına (azı 2 sm böyüklükdə olmasına) diqqət edilməlidir. Günlük 10-15 ədədi keçməmək şərtilə istifadə olunur.
İtburnu və zəncəfil çayını hazırlamaq üçün 200 ml qaynar suya 10-15 ədəd qırmızı itburnu meyvəsi xırda doğranılır. Belə etdikdə tərkibindəki bütün faydalı elementləri qəbul etmiş oluruq. Üzərinə qoz boyda zəncəfil kökü doğranılır. 20 dəqiqə dəmlənilir. Alınan məhlul süzülür və gün ərzində 2-3 dəfə yeməkdən sonra içilir. İtburnunun tərkibindəki "Vitamin C"ni saxlamaq üçün dəmləmə 12 saatdan çox qalmamalıdır.
İtburnu və zəncəfil kökü dəmləndikdən sonra alınmış məhlula bir çay qaşığı ud hindi əlavə etmək də olar.
Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1898 Tarix: 21 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19.10.2026 1088 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
01.11.2026 1010 İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12.10.2026 995 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
06.11.2026 475 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
29.10.2026 3240 Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28.10.2026 852 Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
25.10.2026 810 100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə
27.10.2026 933 Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil
31.10.2026 631