Yoluxma sayı artır - MƏKTƏBLƏR BAĞLANACAQ?

Yoluxma sayı artır - MƏKTƏBLƏR BAĞLANACAQ?Son bir neçə gündə ölkəmizdə yoluxma sayında sürətli artım müşahidə olunur. Əvvəl böyüklər yoluxurdularsa, bu gün uşaqlar arasında da adı bilinməyən xəstəliklər yayılmaqdadır. Hətta bəzi təhsil ocaqlarında koronavirusa yoluxma halı baş verdiyi üçün 2 həftəlik distant təhsilə keçid edirlər. Bəs bu gün yoluxma sayı sürətlə artdığı üçün təhsil müəssisələrində qapanma gözlənilirmi?

Məsələ ilə bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov açıqlama verib.

O bildirib ki, yalnız müəyyən məhdudiyyətlər ola bilər, bu da bütün hallarda şagirdlərin vəziyyətini pisləşdirəcək.

Onun sözlərinə görə, orta təhsil məktəblərində yenidən qapanmalara gedilməsi inandırıcı deyil:

"Bilirsiniz, əslində son günlərin rəqəmlərinə baxanda sürətlə artımın olduğunu görürük. Digər tərəfdən, Dövlət İmtahan Mərkəzi də mövcud imtahanların vaxtını kifayət qədər qabağa çəkib. Amma biz qərar qəbul edən zaman hazırkı vəziyyətlə konkret bir fakt üzərində dayanmamalı, ümumi dünyadakı tendensiyanı izləməliyik.

Misal üçün bu gündən ehtibarən İngiltərə artıq bütün karantin qaydalarını ləğv edib və ümumiyyətlə pandemiyadan imtina edib. Amma Rusiya, əksinə, daha sərt qaydalara keçib.

Nəzərə alaq ki, qışdan yaz fəslinə keçid edən zaman immunitet zəifləməyə başlayır. Bu zaman xəstəlik sayı arta bilər. Biz istənilən bir xəstəliyə görə narahatıq.

Bu gün də uşaqlar və böyüklər arasında mənbəyi bilinməyən müxtəlif xəstəliklər var. Biz bunu müşahidələrimizdən və təhlillərdən görürük. Amma bu o demək deyil ki, qapanmalara gediləcək.

Məsələn, Təhsil Nazirliyi pandemiya dövründə dərsləri 2 həftə gec başladı və əvəzində tələbə köcürmələri dayandırıldı. Bu isə 1700 nəfərdən çox tələbə köçürmələrinin, ixtisasın, universitetin və təhsil formasının dəyişməsini məhdudlaşdırır.

Digər tərəfdən, artıq fevral ayıdır və tədrisin başa çatmağına çox vaxt qalmayıb. Yoluxmaların artacağı təqdirdə qapanmalara gedilə bilər. Bu, təhsil müəssisələrində də tətbiq edilə bilər.

Amma karantin müddətinin azaldılması onu göstərir ki, karantin rejiminin sərtləşdirilməsinə gedilməyəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1572   Tarix: 25 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 281
.

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir

10.11.2026 194
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 222
.

Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg

10.11.2026 215
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 168
.

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua

10.11.2026 188
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 0
.

Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu

Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak

10.11.2026 200
.