Valideynin edəcəyi seçim: Uşaqların peyvəndlənməsi mütləqdir? - ARAŞDIRMA

Valideynin edəcəyi seçim: Uşaqların peyvəndlənməsi mütləqdir? - ARAŞDIRMA"Omikron"nla "tanışlığımızdan" sonra yoluxmaların sayında artım müşahidə edilir. Təəssüf ki, yoluxanların sayı sağalanları üstələyir. Hazırda karantin şərtləri yumşaq olduğu üçün virusla mübarizədə yeganə güclü vasitə peyvənddir. Dünyada "buster" doza ilə yanaşı, peyvənd yaşı azaldılıb, uşaqların da vaksinasiyasına başlanılıb. Böyük Britaniya, Amerika, İtaliya, Malayziya, qonşu İranda artıq 5-12 yaşlı uşaqlar peyvəndlənmə prosesinə cəlb edilir. Ölkəmizdə isə 12 yaşdan yuxarı uşaqların peyvənd olunması tövsiyə edilir.

Bu barədə "Kaspi" qəzetinin hazırladığı məqalədə qeyd olunur.

Təəssüf ki, son vaxtlar uşaqlar virusun yayılmasında əsas hərəkətverici qüvvəyə çevrilirlər. Pandemiya başlayandan bu günə kimi uşaqlar xəstəliyin xüsusi daşıyıcıları idi. Yəni onlar virusu yüngül keçirsələr də, xüsusi risk qrupuna daxil olan şəxslərə ötürərək, onların xəstəliyi ağır keçirməsinə, hətta ölməsinə səbəb ola bilərlər.

Bundan əlavə, mütəxəssislər bildirir ki, uşaqlarda piylənmə, anadangəlmə ürək qüsurları, xroniki ağciyər və böyrək xəstəlikləri koronavirus üçün risklidir. Ona görə də, belə uşaqların peyvəndlənməsi tövsiyə olunur. Azərbaycanda da aşağı yaş qruplarının peyvənd olunması gözlənilirmi?

İnfeksionist Mərdan Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, bu mübarizədə peyvənd əsas silahdır və tətbiq edilməlidir:

"Uşaqlar toplu yerlərdə - bağçalarda, məktəblərdə daha çox olurlar. Əgər bir uşaqda virus varsa, bu, epidemiya formasını alır. Hətta məktəblərin bağlanmasına gətirib çıxarır. Düzdür, uşaqlarda müəyyən tənəffüs yollarının kəskin iltihabına səbəb olsa da, ağırlaşmalar qeyd olunmur. Demək olar ki, əksəriyyəti yüngül keçirir.

Lakin virusun yayılmasında rol oynayırlar. Uşaqlar xəstəliyi ağır keçirməsələr də, valideynlərə keçirər və ölümlə nəticələnə bilər. Nəzərə almalıyıq ki, peyvənd araşdırmalardan sonra vurulur. Dünyada da bu proses gedir. Hələ ki, yan təsirləri və təhlükəsi görülməyib. Bu səbəbdən uşaqlar da koronavirusa qarşı peyvənd olunmalıdır. Peyvəndin tətbiqi ilə uşaqlar həm özlərini, həm də digər risk qrupuna daxil olan yaşlıları virusa yoluxmaqdan qoruyurlar".

Məlum məsələdir ki, peyvəndə münasibət birmənalı deyil. Yaşlı insanlarda peyvənd mədəniyyəti formalaşsa da, uşaqların peyvəndi valideynləri narahat edir. Həkim deyir ki, tövsiyə olunan peyvəndlər üzərində araşdırmalar aparılıb və öz təsdiqini tapıb:

"Təhlükəli deyil. Bu peyvəndlərin üzərində çalışmalar olub və qorxulu deyil. Biz də yeni başlayanda qorxurduq, amma gördük ki, ziyanımıza deyil, xeyrimizə işlədi. Xəstəliklə mübarizədə peyvənd ən güclü silahımızdır.

Biz həmişə viruslardan qorumaq üçün uşaqlara peyvənd vurdurmuşuq. Hətta daha güclü təsirə malik peyvəndlərdən istifadə olunub və bunun müsbət nəticələrini görmüşük. Koronavirusa qarşı vurulan peyvənd isə bu peyvəndlərin içində ən zərərsizidir".

Azərbaycanda peyvənd yaşının azaldılmasına gəldikdə, həmsöhbətimiz vurğulayır ki, bu, ölkəmizdə pandemiyanın gedişindən asılıdır:

"Peyvəndlənmə yaşının daha aşağı enməsi təcrübəsindən artıq digər ölkələrdə istifadə olunub. Əgər yoluxma sayında azalma olmasa, epidemik vəziyyət kritik olarsa, yəqin ki, peyvənd daha da aşağı yaş qruplarına vurula bilər. Lakin pandemiya birdən-birə yox olmayacaq. Mövsümi formaya keçəcək və hər il davam edəcək. Ona görə də, uşaqların peyvəndlənməsi lazımdır və yəqin ki, biz də bunu edəcəyik. Peyvənd olunmalıyıq ki, xəstəliyə qalib gələk".

Pediatr Vaqif Qarayev bildirir ki, valideynlərin əksəriyyəti koronovirusdan öncə də peyvəndə qarşı olub:

"Məktəbdə, bağçada uşaqlar arasında viruslar yayılıb. Bu, daha çox qripdir, amma koronovirusu da istisna etmək olmaz. "Omikron"un yoluxuculuq qabiliyyəti kifayət qədər yüksəkdir. Bu səbəbdən yoluxma sayının artması gözlənilən idi. Uşaqların peyvəndi məsələsinə gəldikdə, bir çox ölkələrdə bu proses başlayıb, amma könüllüdür.

Əvvəllər peyvəndlənmə zamanı valideynin mövqeyi öyrənilmirdi. Uşaqlara vurulan peyvəndlər dövlətin səhiyyədə strateji istiqamətlərindən biri idi. İndi isə valideyn öz dilindən kağız yazır ki, istəmirəm uşağım peyvənd olunsun. Məsuliyyət valideynin boynunda qalır. Amma bu, çox qorxuludur. Sən istəmirsən, lakin sənin uşağın yoluxanda mənimkini də yoluxdurur. Mən istəyirəm axı...

Məsələn, müharibə vaxtı uşaqlar peyvənd olunmadığı üçün Azərbaycanda difteriya adlı çox təhlükəli xəstəlik tüğyan etməyə başladı. Qızılcanın pnevmoniyası koronovirusdan da ağırdır. Biz bunlara peyvəndlərlə qalib gəldik. Peyvəndə qarşı kampaniya onsuz da var idi, koronovirusla da bağlı eyni reaksiyanı gördük. Amma maraqlansaq, görərik ki, peyvəndə qarşı çıxan ən radikal insanlar məhz həmin virusa yoluxub və ölüblər".

Həkim vurğulayır ki, "Pfizer" vaksininin 12 yaşdan yuxarı, xüsusən risk qrupunda olan uşaqlara vurulması tövsiyə olunur. Amma buna baxmayaraq, genişmiqyaslı araşdırma aparılmayıb:

"Bu səbəbdən valideynlər narahatlıq keçirir. Yoluxucu infeksiyalardan qorunmağın iki yolu var. Biri təcriddir, ikincisi peyvənddir. Peyvənd qoruyur. Təcrübəmdə də bununla bağlı faktlarla rastlaşmışam. Peyvənd olunanlar arasında kütləvi yoluxma görməmişəm.

Uşaqlara gəldikdə, bu seçimi valideyn etməlidir. Uşaqların qapanmasının qəti əleyhinəyəm. Bu, həm fiziki, həm psixoloji baxımdan onlara çox təsir edir. İnanmıram ki, uşaqların peyvənd olunması məcburi olsun. Amma könüllü şəkildə kim istəsə, uşağını vaksinasiya etdirə bilər. Bu, artıq valideynin öz seçimidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 734   Tarix: 29 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir

NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü

10.11.2026 194
.

Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur

Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın

10.11.2026 152
.

Rusiya 4 nəhəng şirkəti cərimələdi - SƏBƏB

Rusiyada "Apple", "Google", "Telegram" və "Wikipedia"a 26,3 milyon rubl cərimə kəsilib. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib. Məhkəməni

10.11.2026 192
.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses

10.11.2026 210
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 222
.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

10.11.2026 304
.

Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy

10.11.2026 210
.

İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi

İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş

10.11.2026 162
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 162
.