Azərbaycanda ŞOK: Məktəb direktoru şagirdləri 600 manata SATIR?-VİDEO

Azərbaycanda ŞOK: Məktəb direktoru şagirdləri 600 manata SATIR?-VİDEOAzərbaycanda məktəb direktorunun əqli qüsurlu şagirdləri müəllimlərə 600 manata satdığı iddia olunur.

BiG.AZ xəbər verir ki, bu barədə Sonxeber.az-a müraciət edən 3 saylı xüsusi təhsil məktəbinin müəlliməsi S.Əhmədova (red. - ad şərtidir) məlumat verib.

O, qeyd edib ki, 3 saylı xüsusi təhsil məktəbinin direktoru Nüşabə Heydərova əqli qüsurlu şagirdləri müəllimlərə pul qarşılığında satır:

"Hətta bəzən bir şagirdi iki müəllimə satır. Əslində dövlət məktəblərində şagirdlərin satılmasının özü belə, biabırçılıqdır. Pul verməyəndə də valideynlərin əli ilə bizə müxtəlif oyunlar oynayır.

Belə ki, Nüşabə Heydərova əgər bizə 3 uşaq satırsa, birini elə seçir ki, 2-3 ildən sonra onun valideynini öyrədib oyunlar oynaya bilsin. Valideyni bizə qarşı öyrədib, əleyhimizə çıxarır. Sonuncu dəfə də Binə qəsəbəsində yaşayan şagirdimlə bağlı mənə problem yaratdı. Məktəbə Bakı Şəhəri Təhsil İdarəsindən yeni işçi gəlib. O, Binə qəsəbəsində yaşayan bir şagird istəyirmiş. Nüşabə Heydərova da mənim Binə qəsəbəsində yaşayan şagirdimin valideynini öyrədir ki, haqqımda şikayət ərizəsi yazsın. Nüşabə Heydərova qurduğu belə bir oyunla şagirdimi alıb Bakı Şəhəri Təhsil İdarəsindən göndərilən müəlliməyə verdi.

Bundan əlavə, Binə qəsəbəsində yaşayan digər şagirdimin valideyninə də komissiya üzvü kimi zəng edərək mənə qarşı çıxarmağa çalışıb. O valideynin öyrədilməsi ilə bağlı əlimdə sübutlar da var.

Mən də direktorun qəbuluna gedib söylədim ki, bu şagirdi mənə pulla satıb, amma hazırda valideyni öyrətdiyinə görə mənə evə girməyə icazə vermir.

"Sən tək tərəfi dinləyib qərar vermisən. Məni dinləməmiş şagirdi məndən alıb, həmin müəlliməyə vermisən. Belədirsə, mənim 600 manatımı qaytar ki, mən yeni uşaq götürüm", - deyə etirazımı açıq şəkildə bildirdim.

Nüşabə Heydərova bizdən hər 2-3 ildən bir hər şagirdə görə 600 manat pul alır. Əvvəl 500 manata satırdı. Amma son dövrlər qiyməti 600 manata qaldırdı.

Pulumu geri istəyəndə isə direktor məni hədələməyə başladı. Nüşabə Heydərova əlindəki şikayəti Təhsil Nazirliyinə göndərəcəyini deyərək məni qorxutmaq istədi. Mən də şikayətin Təhsil Nazirliyinə göndərilməsini istədiyimi bildirdim. Söylədim ki, Təhsil Nazirliyi gəlib, şikayəti araşdırsın.

Eyni zamanda, Nüşabə Heydərova dəfələrlə qadına yaraşmayan, əxlaqsız ifadələrlə məni təhqir edib, kobudcasına otağından qovub. Ən önəmlisi isə, hər dəfə məni 18 saat dərslə saxlayacağı ilə hədələyir. Harınlamış bu insan əqli qüsurlu şagirdləri satması və müəllimələrlə qul kimi davranması ilə fəxr edir.

Nüşabə Heydərova məktəbi özünün biznesinə çevirib. Dövlətin məktəbində şagirdləri pulla müəllimlərə satır. Direktorun ətrafında olan Təranə və Zümrüd adlı müəllimlər poliklinikalarla danışıb, o uşaqları alırlar. Biz özümüz o uşaqları almaq istəsək, qiymət 600 manatdan baha çıxır. Yəni hərtərəfli biz müəllimlərin qarşısını kəsirlər.

Nüşabə Heydərova mənim dərs saatımı yarıbayarı azaltdı. Məni təhqir edir, tərbiyəsiz olduğumu bildirir. Mənim tərbiyəsiz olduğumu hardan görüb?! Mən işinə bağlı, iki uşaq anasıyam.

Nüşabə Heydərova barəsində Nizami Rayon Məhkəməsinə müraciət etmişəm. Bununla yanaşı, Bakı Şəhəri Təhsil İdarəsinə də şikayət ərizəsi göndərmişəm. Amma təəssüf ki, hələ də şikayətimə baxan yoxdur. Nüşabə Heydərova mənə heç kimdən qorxmadığını, onun arxasında, qardaşı ilə yanaşı, vəzifəli şəxslərin dayandığını və şagirdləri "əcəb edib" satdığını deyir. Mən sadəcə ədalətin bərpa olunmasını və məktəbi, şagirdləri öz şəxsi biznesinə çevirdiyinə görə direktorun qanunla cəzalandırılmasını istəyirəm. Bu gün Nüşabə Heydərova məndən başqa, digər müəllimləri də incidir, şagirdlərini əllərindən alaraq, dərs saatlarını azaltmaqla hədələyir.

Vəzifə səlahiyyətlərini aşaraq, dövlətin məktəbini özünün biznesinə çevirən Nüşabə Heydərova müəllimlərlə öz qulu kimi davranır və əqli qüsurlu şagirdlərin üzərində pul qazanır. Əqli qüsurlu şagirdlərdən bu formada istifadə etməsi və əşya kimi satması insan hüquqlarına ziddir. Dövlətin himayəsində olan uşaqların satılması yolverilməzdir!

Əminəm ki, qüsurlu uşaqlara daim xüsusi diqqət göstərən cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, eləcə də digər səlahiyyətli strukturlar təhsilimizə ləkə olan Nüşabə Heydərovanın cəzalandırılması istiqamətində xüsusi göstərişlər verəcəklər və ədalət bərpa olunacaq".

Azərbaycanda ŞOK: Məktəb direktoru şagirdləri 600 manata SATIR?-VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4065   Tarix: 01 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 155
.

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Noyabrın 11-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini

10.11.2026 209
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 151
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 181
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 222
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 162
.

Faciəvi partlayışa görə saxlanılanların sayı artdı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind

10.11.2026 266
.

Gürcüstan 91 əcnəbini deportasiya edib

Məlumata görə, deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İraq, Konqo, Çin, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Tailand, Tacikistan, Özbəkistan, Uqanda, Filippin və digər ölkələrin vətəndaşları var. Deportasiya edilən şəxslərin Gürcüstan

10.11.2026 221
.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 281
.