Bakıda məktəbli qızı küçədə vurub qaçan kimdir? - Video
Bakıda, "İnşaatçılar" metrostansiyasının çıxışında 2005-ci il təvəllüdlü məktəbli qıza naməlum şəxs tərəfindən hücum olunub.
"Qafqazinfo"ya müraciət edən qızın atası Musa Quliyev hadisənin qəsdən törədildiyini iddia edib.
O, 5 gün keçməsinə baxmayaraq hələ də hadisəni törədən şəxsin tapılmadığını deyir: "Məncə, bu hadisə təsadüfi deyil. Çünki son vaxtlar bir neçə dəfə maşınıma naməlum şəxslər tərəfindən xəsarət yetirilib. Yəqin ki, yenə eyni adamlardır. İndi də ailəmə keçiblər. Hadisənin videogörüntülərini polisə təqdim etmişəm. Hadisə zamanı qızım burun və ağız nahiyəsindən xəsarət alıb, qanayıb. Ekspertizadan rəy də almışam. Məsələ ilə bağlı "102"yə məlumat verdim. Məni 29-cu polis şöbəsinə dəvət etdilər, izahatım alındı. 5 gündür şəxsin tapılması ilə bağlı tədbir görülmür".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumdan "Qafqazinfo"nun müraciətinə cavab olaraq bildirilib ki, hadisə ilə bağlı vətəndaşın şikayəti əsasında Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsində araşdırma aparılır:
"Uşağın atası bölməyə dəvət edilib. Hadisənin videogörüntüləri əldə edilib. Görüntülərdə azyaşlının küçədə hərəkət edən zaman naməlum şəxsin əli ilə ona zərbə vurduğu görünür. Həmin şəxsin tapılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Onun şəxsiyyətinin müəyyən olunması və saxlanılması ilə bağlı müvafiq əməliyyat tapşırığı verilib".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3457 Tarix: 10 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMiras yolu ilə əmlak əldə edənlər bunu bilməlidir
"Vərəsəlik qaydasında miras kimi qəbul edilən əmlak daşınmaz əmlakdırsa, həmin əmlakı qəbul edən şəxs mülkiyyətçi hesab olunur. Bu baxımdan, daşınmaz əmlakın vərəsəlik yolu ilə əldə edilməsi onunla bağlı mülkiyyət hüququndan irəli gələn vergi öhdəliklərini aradan qaldırmır". Bunu BİG.AZ-a Vəkillə
12:51 203 Üç uşaqlı ailələrə MÜAVİNƏT VERİLƏCƏK: Valideynlərin pensiya yaşı AZALDILACAQ
Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı müxtəlif təkliflər zaman-zaman gündəmə gəlir. Xüsusilə üç və daha çox uşağı olan ailələr üçün ayrıca aylıq müavinətin tətbiqi məsələsi ailələrin maddi yükünün azaldılması baxımında
12:39 277 Torpaq mübahisələrində mediasiya: "Məqsəd tərəflərdən birini qalib çıxarmaq deyil, problemi həll etməkdir"
Torpaq sahələri ilə bağlı mübahisələr cəmiyyətdə ən çox rast gəlinən hüquqi münaqişələr sırasında yer alır. Torpağın mülkiyyət hüququ, sərhədlərin müəyyənləşdirilməsi, istifadə və icarə münasibətləri, vərəsəlik, alqı-satqı və digər məsələlər tərəflər arasında uzunmüddətli fikir ayrılıqlarına səbəb ol
11:33 190 "Ermənistan uzun illər regional kommunikasiyaların məhdudluğundan əziyyət çəkib" - BƏHRUZ QULİYEV
"Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən son görüşü göstərdi ki, Azərbaycan-Ermənistan münasibətlərində proses artıq yalnız klassik sülh müqaviləsi çərçivəsində müzakirə olunmur. Söhbət getdikcə daha çox sülhün iqtisadi və nəqliyyat infrastruktur
12:10 306 Şuşada turistlər qaya daşlarının üzərini yazıblar
Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar. Axşam.az xəbər verir ki, bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova məlumat yayıb. Onun sözlərinə görə, bu kimi hallar ilk deyil:. "Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni n
15:16 167 Şəhid anaları "Loqos"da - Qənirə Paşayevanın xatirəsi ehtiramla yad edildi
Şəhid anaları ilə keçirilən görüş mənəvi dəyərlərin, Vətən sevgisinin və insanlıq duyğularının bir araya gəldiyi xüsusi bir tədbir kimi yadda qaldı. Azərbaycan cəmiyyətində şəhid ailələrinin, xüsusilə şəhid analarının özünəməxsus və müqəddəs yeri var. Onlar Vətən yolunda ən ağır itkilərdən birini yaşasala
11:56 197 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - Siyahı
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Nəticələrə əsasən, 124 özəl məktəbəqədər təhsi
14:49 168 Süni intellekt təhlükədir, yoxsa imkan? - İnsan nə vaxt düşünməyi dayandırır?
"Süni intellektin insanın təfəkkürünü zəiflədəcəyi ilə bağlı narahatlıqları müəyyən qədər başa düşmək mümkündür. Çünki həqiqətən də insanlar bəzi hallarda düşünmək və araşdırmaq əvəzinə hazır cavabdan istifadə etməyə üstünlük verməyə başlayırlar. Burada əsas məsələ isə süni intellektin özü deyil
12:39 145 Azərbaycanda uşaq kitabxanaları azalır: "Valideyn kitab oxumursa, uşaq da oxumayacaq"
Azərbaycanda son illərdə uşaq kitabxanalarının və onların kitab fondunun sayında azalma müşahidə olunur. 2001-ci ilin əvvəlinə ölkədə Mədəniyyət Nazirliyi sistemi üzrə 112 uşaq kitabxanası fəaliyyət göstərib. 2006-cı ildə onların sayı 103-ə, 2011-ci ildə 102-yə, 2016-cı ildə 97-yə, 2021-ci ildə isə 87-y
15:48 130