Əflatun Amaşov həbs edilən qohumundan danışdı: "Atamın atasının atası ilə..."
"Bir neçə gün əvvəl müxtəlif saytlarda "Əflatun Amaşovun bacısı oğlu həbs edildi" sərlövhəsinə rast gəldim. Sayları təxminən 25 olardı. Hamısında da mənim şəklim. Düzü, mənzərə maraqlı gəldi. Saytlardan yalnız biri (peşə etikasına sayğı göstərdiyinə görə sağ olsun) mənə zəng edib fikrimi öyrəndi. O da necə? Cavabımdan belə çıxdı ki, guya mən hadisəni inkar edirəm. Hərçənd nəyi inkar etdiyim də bilinmir. Bir anlıq qohumlarım barədə düşündüm. Maşallah sayları kifayət qədər çoxdur.
Gürcüstanı, Azərbaycanı demirəm, yalnız Türkiyədə 300-dən çox ailə yaxın qohumumdur və ölkənin hər yerinə səpələniblər. Ümumən Türkiyənin ictimai, mədəni, iqtisadi həyatını zənginləşdirən qohumlarım saysızdır. Bir xırda arayış da verim ki, vaxtilə mövcud olmuş Qərbi Almaniyadakı populyar rok qruplarından birinin yaradıcıları sırasında əmim oğlu da var idi. Digər əmim oğlu hazırda ABŞ-ın Klivlend şəhərindəki populyar iki xəstəxananın birində çalışır. Yarım əsrə yaxındır ki, əmim qızı Almaniyada tanınmış tibb müəssisəsini yaradıb. Hələ Rusiyadakıları demirəm. İçərilərində cızığından çıxanların ola biləcəyini də istisna etmirəm. İndi keçək həbs olunan həmin şəxsə. Allah qapısını açsın. Atasının, anasının üzüntüsü qısa olsun. Onunla həqiqətən uzaq qohumluq əlaqəm var. Deməli, atamın atasının atası ilə onun anasının atasının babası əmioğlu imişlər. Məncə, şərhə ehtiyac yoxdur".
AZXEBER.COM xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Ə.Amaşov qeyd edib ki, medianın cəmiyyətdə bu və ya digər şəkildə tanınmış kiməsə fokuslanmaq əzmini anlayışla qəbul edir: "Zənnimcə, cəmiyyətdə az-çox tanınıram. Hərçənd heç bir qohumumun, lap elə bacım oğlunun əməlinə məsuliyyət daşıya bilmərəm. Əlbəttə, məsələdə mənimlə necəsə bağlılıq yoxdursa. Amma hər bir halda media marağının da tam həqiqəti üzə çıxarmağa köklənməli olduğu düşüncəsindəyəm. Güman edirəm, məni tapmaq, məsələni dəqiqləşdirmək çətin olmazdı. Nə isə, bu qeydimi heç kəs inciklik kimi başa düşməsin. Nə də kimisə ittiham etmək niyyətindəyəm. Onsuz da gerçəklik var. Tövsiyəm budur ki, yazanda, hansısa fikri işlədəndə bir balaca düşünək. Həm də ona görə ki, gerçəkliyi və reallığı yazmaq jurnalistə daha çox zövq verir. Niyə bu ləzzətdən imtina edək?".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1272 Tarix: 15 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaşını sığortaladı, qəza oldu, pulunu ala bilmədi - "Atəşgah"la müştəri arasında QALMAQAL
"Atəşgah" sığorta şirkəti ilə bağlı redaksiyamıza şikayət daxil olub. Şikayətçi, nəqliyyat eksperti Adil Nəbiyev Bizim.Media-ya müraciətində qeyd edib ki, avtomobilini sığortalayarkən onun xüsusi təyinatlı təlim avtomobili olduğunu sənədlərdə açıq şəkildə göstərib. Lakin qəza baş verdikdə
02.09.2026 240 Ağrı dağında sirli anomaliyalar: Nuhun gəmisi ilə bağlı yeni iddia
Nuhun gəmisinin axtarışı zamanı Türkiyənin Ağrı dağının zirvəsi yaxınlığında yerləşən Durupınar qaya formasiyasında müxtəlif anomaliyalar aşkar edilib. xəbər verir ki, bu barədə TASS "Milliyet" qəzetinə istinadən məlumat yayıb. Tədqiqatçılar Durupınar formasiyasında yeraltı boşluqlar və digə
12:34 140 5 yaşlı qızın mədəsindən qızıl külçə çıxarıldı
Çinin paytaxtı Pekində 5 yaşlı qız qızıl külçə udduqdan sonra xəstəxanaya çatdırılaraq xilas edilib. xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb. Hadisə zamanı qızın təxminən 4 santimetr uzunluğunda və 50 qram ağırlığında olan qızıl külçəni oynayarkən udduğu bildirilib
14:22 86 Avropada ən bahalı evlər bu şəhərlərdədir
Avropanın böyük şəhərlərində mənzil qiymətləri rekord həddə çatıb. Xüsusilə İsveçrənin Sürix və Cenevrə şəhərlərində ev almaq bir çox insan üçün əlçatmaz səviyyəyə yüksəlib. xarici mediaya istinadən xəbər verir ki, Avropada mənzil qiymətlərinə görə ilk sırada Sürix qərarlaşıb. Şəhərin mərkəzində mənzilləri
02.09.2026 224 Kolumbiya ordusunun xüsusi əməliyyatı: Onlarla silahlı qruplaşma üzvü öldürüldü
Kolumbiya ordusu ləğv edilmiş "Kolumbiya İnqilabçı Silahlı Qüvvələri" (FARC) təşkilatının keçmiş üzvləri tərəfindən yaradılan silahlı qruplaşmalardan birinin düşərgəsinə aviazərbələr endirib. xəbər verir ki, bu barədə ölkə Prezidenti Abelardo de la Esprielya sosial şəbəkə hesabında məluma
02.09.2026 197 Çində robotlar üçün "uşaq bağçası" açıldı
Çinin paytaxtı Pekində robotlar üçün "uşaq bağçası" açılıb. Burada tədqiqatçılar maşınların öyrədilməsinə alternativ yanaşmanı araşdıracaqlar. Qaynarinfo xəbər verir ki, bu barədə Çində nəşr olunan ingilisdilli "Global Times" qəzeti məlumat yayıb. Robotların təlimi üçün mərkəz Pekini
02.09.2026 241 Üç uşaqlı ailələrə MÜAVİNƏT VERİLƏCƏK: Valideynlərin pensiya yaşı AZALDILACAQ
Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı müxtəlif təkliflər zaman-zaman gündəmə gəlir. Xüsusilə üç və daha çox uşağı olan ailələr üçün ayrıca aylıq müavinətin tətbiqi məsələsi ailələrin maddi yükünün azaldılması baxımında
12:39 180 600-dən yüksək bal toplayan bacılar müəllimliyi seçdi
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin seçim zamanı üstünlük verdiyi təhsil ocağına çevrilməkdə devam edir. Bunun bariz nümunələrindən biri də fərqli illərdə qəbul imtahanlarında yüksək nəticə göstərərək eyni ixtisası seçən Nəcəfzadə bacılarını
10:21 185 Yasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonunda dəmir konstruksiyadan qanunsuz tikinti aparıldığı iddia edilir. xəbər verir ki, bu barədə sakinlər narazılığını bildirərək, tikintinin hansı əsaslarla aparıldığı və buna kimlərin şərait yaratdığı ilə bağlı suallar ünvanlayıblar. Şikayətçilər iddia edir ki, Yasamal Rayon İcra Hakimiyyətini
14:10 92