Şəhriyar del Gerani: "Azərbaycanlılar Qurana inanmır"

Şəhriyar del Gerani: "Azərbaycanlılar Qurana inanmır"Kulis.az-ın şair Şəhriyar del Geranidən müsahibə alıb.

Müsahibənin maraqlı məqamlarını təqdim edirik:

- Mənə elə gəlir ki, Azərbaycanda yazarlar arasında ən çox linçə məruz qalan sən idin. Bu da mətbuatdan, sosial şəbəkələrdən uzaqlaşmağın üçün səbəb ola bilərdimi?

- Haqlısan. Bir yerə qədər, gənclik çılğınlığı dövründə o linçin ləzzətini tuta bilirsən hardasa. Amma zaman keçdikcə görürsən ən akademik bir mövzunu da gətirib ucuzlaşdırırlar, ətin tökülür. Tutalım, 90-larda Həmid Herisçiylə başlamış, 2000-lərin əvvəlində Rafiq Tağı ilə davam edən Mirzə Cəlil söhbətinə tamam ayrı kontekstdə, irihəcmli, konseptual bir məqaləylə yanaşmışdım. Onu da dartıb gətirdilər şouya, toyxanaya.

- O müzakirədə səni qane eləməyən nə oldu?

- Mən onda Kiyev Dövlət Universitetində magistr təhsili alırdım, Ukraynada yaşayırdım yəni, burdakı müzakirələrdə canlı iştirak edə bilmirdim. Arxivlərlə işləyir, Krım tatarlarını, türkoloqları, türklərə dair müəllifləri araşdırırdım. Bilirsən, Yusif Vəzir Çəmənzəminlinin də taleyindən keçib Kiyev ali və orta məktəbləri. Ciddi fəaliyyəti olub bu profildə. Xeyli əlyazması keçdi əlimə, nüsxələrini çıxartmışam. Mirzə Cəlilə də məktubları var. Uzun söhbətdir. Maraqlananlar o məqaləmi tapıb oxusunlar. Xülasə, o kontekstdə yazı yazmışdım. Bu da bilavasitə mənim magistr mövzuma aid idi deyə qabartdım. Açığı, qəsdim başqa idi. Yazım çıxdı, saytlarda, televiziyalarda, hətta radiolarda belə müzakirəsi oldu. Di gəl, fikir verdim, toxunduğum mövzuya münasibət o deyil.

- Yəni yazının mahiyyətini anlamayıblar?

- Hə, başa düşməmişdilər. Düzü, heç adamlara nə demək istədiyim lazım da deyildi. Onlara şou lazım imiş. Söhbətin üstündən üç-dörd ay keçmişdi, Bakıya qayıtmışdım, maşınla rayona gedirdim. Radioların hansındasa Mirzə Cəlil mövzusu müzakirə olunurdu. Sənə deyim, təxminən 6, 7, bəlkə də 8-ci sort professorları yığmışdılar ora. Gördüm, məni də çox lazımsız şəkildə tənqid edirlər. O-bu, sıtqım sıyrıldı AMEA-dan da. Adamlar, ümumiyyətlə, söhbətin nədən getdiyini qanmağa belə cəhd etməmişdilər.

- İndi dəyişdi Mirzə Cəlilə qarşı fikirlərin?

- Haqq qazandırdım ona. Mirzə Cəlil ədəbiyyatımızın "vor"udur. Ələ saldığı xalq onun arxasında axıra kimi durur. Başa düşdüm ki, Mirzə Cəlilin "qəhrəmanları" ilə mübarizə aparmaq sadəcə mümkün deyil. Ona görə də mən Mirzə Cəlildən üzr istədim. Başa düşdüm, gerçək sənətkar, dahi elə məhz Mirzə Cəlildir. Lağa qoyduğu, ələ saldığı, şəbədə qoşduğu qəhrəmanlar gəlib onu haqsız olduğu cəbhədə müdafiə edirlər. Paradoksaldır. Bu xalqa Mirzə Cəlil də azdır!

- Tək bu mövzuda yox, bir neçə mövzuda daimi şəkildə linçə məruz qalmısan. Hətta deyirdilər ki, Şəhriyara bu xoş gəlir, ona görə də qalmaqallı fikirlər səsləndirir. O vaxtı sanki Kəramət Böyükçöllə sənin aranda yarış gedirdi: gah Kəramət gündəm olurdu, gah sən. İndi bu cür gündəmdən uzaq həyat Şəhriyar üçün çətin deyil ki?

- Gündəm-in Gün-ünü özümə götürdüm, Dəm-ini Kərəmiyə saxlayıb çıxdım aradan (gülür). Zarafat bir yana, bezdim. Ləzzət eləmədi. O - adiliyin təntənəsi var haa, illərdir çənə döyürəm ondan, bax, mən onu tapa bilmədim. Halbuki nəinki Azərbaycanda, bütün dünyada çoxdandır adiliyin təntənəsi dövrüdür. Onu tapmaq lazımdır necəsə, nə cürsə. Lap açığı, Azərbaycanda sosial şəbəkələr əttökəndir. Nə qədər uzaq olsan, bir o qədər lüksün diyetində yaşayarsan.

- O vaxtları bir status yazmışdın ki, mən "moyşik"in, fəhlənin şairi deyiləm. Özünü elit təbəqənin şairi hesab etmişdin. Və bu da çox qınanılmışdı. Həmin status son vaxtlar yenidən gündəmə gəldi. Bu dəfə də səni möhkəm qınadılar...

- O, status deyildi, şərh idi. Kimlərsə "screen" edib saxlayıb. Allah köməkləri olsun. Diqqət etsən, şərh olduğu görünür. Onu da bir avara şərhə yanıt olaraq yazmışdım, ironik. Yəqin Şuşada - Vaqif Poeziya günlərində çıxış elədiyim üçün təzədən gündəmə gəlib. Xəbərim yoxdu.

- Azərbaycan məişəti konteksində yaxşı oğul olmaq üçün addım atmısanmı? Tutaq ki, işlə bağlı. Səni bir yerdə çox qalmayan biri kimi tanıyırıq, tez-tez iş yeri dəyişirdin, sonuncu iş yerindən də ayrıldın. Bu nə ilə bağlıdır? Şair ruhu, ya başqa səbəb?

- Mən heç vaxt bu mövzuda publik danışmadım, publik danışmağı da sevən deyiləm. Deyək ki, bu kontekstdə mən günahkaram, onlar haqlıdırlar. Qoy o qurumlarda işləyə bilməməyim, müəyyən yerə qədər işləyib sonra çıxmağım şair ruhuma görə olsun. Olsun belə.

- Bizim xalqın təfəkküründə yazıçı, şair obrazı həmişə kasıb olub. Onlara elə gəlib ki, yazıçı, şair ac olanda daha yaxşı yazır...

- Ən faciəvi tərəfi, bizdə kitaba inam yoxdur. Belə danışanda da mənə deyirlər, dinə sataşırsan. Dinə sataşmıram e, deyirəm, Azərbaycan xalqı kitaba inanmır, yəni Qurana inanmır. Qurana inanan adam onu oxuyar. Oxumayıb axı. Azərbaycanda dindarlar belə Quranı oxumur. Quran mənim ən çox oxuduğum kitabdır, düz doqquz dəfə oxumuşam. Amma dindarlar oxumur. Şüursuz şəkildə inanırlar. Ona görə də Azərbaycan xalqı kitaba inanmır. Kitab da Qurandır. And olsun kitaba deyəndə ilk başda Quranı nəzərdə tuturuq. Ancaq digər kitablar da kitabdır axı. Kitab elə-belə məfhum olsaydı, Allah bəşəriyyətlə kitabla danışmazdı. Kitaba inanmadığı üçün bizim xalq yazıçıya da, şairə də inanmır. O inanır müğənniyə. Niyə? Çünki səsini eşidir. Eşitdiyinə inanır. Ona görə hansısa üçüncü sort müğənnini çağırır toyuna, 10 min verir. Amma Rəvan Cavidə, Ayxan Ayvaza, Seymur Baycana 3 min, 5 min manat vermir ki, get kitabını çıxart.

- Şəhriyar, 35 yaşa yaxınlaşırsan. Evlilik barədə nə düşünürsən? Ailə qurmaq planın varmı?

- Bilirsən, yəqin ki, evlilik də tale məsələsidir.

- Sən o vaxt bir status yazmışdın ki, mənim evlənəcəyim qadın bu, bu kriteriyalara uymalıdır. Müəyyən sərhədlərin, qəliblərin var...

- İstənilən bir yaradıcı adamın həyat yoldaşı onu tanımalıdır, mahiyyətini dərk edib sevməlidir. Sevmədən yaradıcı adama dözmək çətin məsələdir.

- Həm də yaradıcılığını sevməlidir...

- Dəqiq. O bilməlidir ki, sənin çörək almağı unutmağın hansı hekayənin süjetinə və ya hansı misraya görədir. Evlilik gününü yada salmamağın hansı filmin təsirindəndir? Yəni sənin mahiyyətinə bələd olmalıdır. Bələd olmadıqca da problemlər yaranır. Hər qadın da bir neçə taledir axı. Kişi bir taledirsə, qadın beş taledir, on taledir. Azərbaycan cəmiyyətində xüsusilə belədir. Qadın atasının, qardaşının, anasının, bacısının, oğlunun, qızının taleyini yaşayır. Kişi isə bircə taledir, o da öz taleyi. Bu qədər çox taleyi olan qadını niyə üzəsən, niyə qırasan ki? Mən bunu istəməmişəm heç vaxt.

- Yəni bədbəxt olar səninlə evlənsə?

- Bədbəxt deməyək. Sarsılar sadəcə. Yəni onun sarsıntısını istəməmişəm. Öz taleyimin arxasınca düşüb gedən adamam. Taleyi idarə etməyə cəhd edənlər axmaqlardır. Ancaq qadınlara qarşı çox həssasam. İstəmərəm ki, o qadın məndə sarsılsın.

- Səninlə bacara bilməz? Onu deyirsən?

- Yorular yəni. Amma bu o demək deyil ki, məni başa düşən qadın yoxdur, filan-bəsməkan. Elə deyil. Azərbaycanda kifayət qədər möhtəşəm qadınlar var. Bəlkə də Azərbaycan qadını qədər sevməyi bacaran, fəda ola bilən qadın yoxdur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1231   Tarix: 18 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses

10.11.2026 210
.

Prezident və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10.11.2026 256
.

Rusiya 4 nəhəng şirkəti cərimələdi - SƏBƏB

Rusiyada "Apple", "Google", "Telegram" və "Wikipedia"a 26,3 milyon rubl cərimə kəsilib. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib. Məhkəməni

10.11.2026 192
.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

10.11.2026 238
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

10.11.2026 204
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10.11.2026 233
.

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı

10.11.2026 209
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 222
.

NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir

NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü

10.11.2026 194
.