72 illik ənənə sona çatır: İlk dəfə baş katib postunu qadın tuta bilər

72 illik ənənə sona çatır: İlk dəfə baş katib postunu qadın tuta bilərİyunda Madriddə keçiriləcək NATO-nun növbəti sammiti təşkilatın tarixinə "ən sürprizli sammit" kimi düşə bilər. Belə ki, alyansın 72 illik tarixi ərzində ilk dəfə baş katib postunu qadın tuta bilər. Hazırkı baş katib Yens Stoltenberq səlahiyyət müddətinin başa çatması ilə əlaqədar oktyabrın 1-də vəzifəsini tərk edəcək və nə qədər qəribə səslənsə də, Norveç Mərkəzi Bankına rəhbərlik edəcək. Təşkilatda seçki proseduru olmadığından yeni baş katibin adı da onda açıqlanacaq. Belə götürəndə baş katib postu böyük önəm daşımır və hər kəsin də bildiyi kimi, təşkilatda əsas söz sahibi Birləşmiş Ştatlardır.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə yayımlayıb.

Bu dəfə prosesi maraqlı edən baş katib vəzifəsi üçün qadın namizədlərin çoxluğudur. Qadın namizədlər məsələsinin elə-belə ortaya atılmadığını deyənlər çoxdur. Özü də nədənsə qadın namizəd məsələsini daha çox rus mediası qabardır. Qərbdə isə indiyədək mövcud olan ənənənin davam etdiriləcəyinə - baş katib vəzifəsinə kişi namizədlərdən birinin seçiləcəyinə daha çox inanırlar. 72 illik tarix ərzində quruma 13 nəfər rəhbərlik edib və onlardan hamısı kişi olub. Amma iddialara görə, hazırda alyansın daxilində bu postu qadın namizədin tutması ilə bağlı konsensus mövcuddur. Baş katib postuna mümkün qadın namizədlərə gəldikdə, bu sırada Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey, Avropa İttifaqı diplomatiyasının sabiq rəhbəri Frederika Mogerini, Almaniyanın müdafiə naziri Aneqret Kramp-Karrenbauer, Litvanın eks-prezidenti Dalya Qribauskayte (dəfələrlə ölkəmizdə olub, Azərbaycanın haqq işini müdafiə edib), Estoniyanın hazırkı baş naziri Kersti Kalyulayd və Xorvatiyanın eks-prezidenti Kolinda Qrabar-Kitaroviç göstərilir.

Qadın namizədlər içində ən şanslısı kimi Estoniyanın hazırkı baş naziri Kersti Kalyulaydın adı çəkilir. Qeyd edilir ki, Rusiya ətrafındakı vəziyyət yeni baş katibin Şərqi Avropa ölkəsindən olması ehtimalını artırır. "Politico" yazır ki, Kertsi ilə yanaşı Kolinda Qrabar-Kitaroviç, Dalia Qribauskayte də şanslı ola bilərlər. Nəşr hesab edir ki, Kersti Kalyulaydın NATO-nun baş katibi postuna şansı Estoniyanın ÜDM-in 2 faizini müdafiə xərclərinə ayrılması tələbinə əməl etməsinə görə artır. Maraqlıdır ki, Estoniyanın baş naziri NATO-nun növbəti baş katibi ola biləcəyi ilə bağlı xəbərlərə özünəməxsus cavab verib. Onun sözlərinə görə, bu, anlaşılmazlıqdır. "Görünür, adım səhvən siyahıda olub" deyə baş nazir Delfi.ee-yə bildirib.

Bununla yanaşı, baş katib postuna şanslı kişi namizədlər də var. Qərb mediası yazır ki, bu dəfə İtaliyanı təmsil edəcək namizəd çox şanslı olacaq. İtaliya mətbuatı iddia edir ki, bu dəfə baş katib postuna Aralıq dənizi regionu dövlətlərindən birinin nümayəndəsi təyin edilməlidir. "İspaniya və Portuqaliya İtaliyaya rəqib hesab oluna bilməz. Çünki bu ölkələrin nümayəndələri artıq beynəlxalq siyasi iyerarxiyada mühüm mövqeləri tuturlar. İspaniyalı Josep Borrell Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarıdır, portuqaliyalı Antonio Quterreş isə BMT-yə rəhbərlik edir. Belə olarsa, diqqətlər İtaliyanın namizədinin üzərinə yönələcək.

İtaliya hökuməti isə hələlik iyunda Madriddə keçiriləcək sammitdə namizədinin kim olacağı ilə bağlı qərar verməyib. Namizədlər arasında keçmiş müdafiə naziri Robertu Pinotti və hazırkı müdafiə naziri Lorenzo Querini var.

Başqa bir versiyaya görə, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles də baş katib postuna iddialılar sırasındadır. Diplomatik mənbələr "The Times"a bildiriblər ki, keçmiş Nazirlər Kabineti katibi və milli təhlükəsizlik müşaviri Lord Sedvillin də dəstəklənə bilər.

Keçmiş baş nazir Devid Kemeronun bu vəzifəni tuta biləcəyi ilə bağlı xəbərlər də var idi, lakin onun fransızların dəstəyini alacağı ehtimalı azdır. "NATO-nun üzvlərindən bir çoxları Ben Uollesin baş katib ola biləcəyini düşünürlər", - deyə mənbə bildirib. O, Ukrayna böhranını müzakirə etmək üçün keçən həftə Stoltenberq və digər yüksək vəzifəli rəsmilərlə görüşüb. Onun özünün bu postu tutmaq istəyib-istəmədiyi hələlik məlum deyil.

Son olaraq bir məsələyə də toxunmaq istərdik. 70 ildir alyansın mühüm və etibarlı üzvü olan Türkiyə namizədinin adı bu dəfə də hallanmır. Halbuki, Ankara Kosovodan Əfqanıstana, Aralıq dənizindən Afrikaya qədər bir çox NATO missiyalarını fəal şəkildə dəstəkləyib. NATO üzvləri arasında ABŞ-dan sonra ən böyük hərbi gücə malik olan Türkiyənin bir neçə şəhərində komandanlıq fəaliyyət göstərir. 2012-ci ildə Türkiyə NATO büdcəsinə ən yüksək töhfə verən 10 üzvdən biri olub. Bütün bunların fonunda yenə də qardaş ölkənin adı çəkilmir.

NATO ilə sıx münasibətlərə malik Azərbaycan üçün də yeni baş katibin kimliyi böyük önəm kəsb edir. Nəzərə alaq ki, NATO və Azərbaycan 1994-cü ildən Alyansın "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində əməkdaşlıq edirlər. Bu çərçivədə ölkəmiz NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında və digər proqramlarında fəal iştirak edir. Eyni zamanda, Azərbaycanın NATO təlimlərində və ikitərəfli əsasda Türkiyə ilə keçirilən təlimlərdə fəal iştirakı da vurğulanmalıdır. Bu gün Azərbaycan həm də NATO-ya üzv 4 ölkənin etibarlı təbii qaz təchizatçısıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 759   Tarix: 19 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses

10.11.2026 210
.

Prezident və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10.11.2026 256
.

Rusiya 4 nəhəng şirkəti cərimələdi - SƏBƏB

Rusiyada "Apple", "Google", "Telegram" və "Wikipedia"a 26,3 milyon rubl cərimə kəsilib. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib. Məhkəməni

10.11.2026 192
.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

10.11.2026 238
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

10.11.2026 204
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10.11.2026 233
.

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı

10.11.2026 209
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 222
.

NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir

NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü

10.11.2026 194
.