Əsrlər keçsə də, unudulmaz Xocalı - Haqq nazilər, amma üzülməz - Elmira Süleymanova

Əsrlər keçsə də, unudulmaz Xocalı - Haqq nazilər, amma üzülməz - Elmira Süleymanova"Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir" - Heydər Əliyev

Ərazilərini genişləndirmək məqsədilə ermənilər torpaqlarımıza təcavüzlər etmiş, dinc əhalimizə qarşı soyqırımlar törətmişlər. Belə qanlı hadisələr azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1946-1953-cü və 1988-ci ildə baş vermişdir.

Sovet dövlətinin süqutu ərəfəsində, siyasi böhrandan istifadə edərək, müstəqilliyimizə qayıtdığımızın ikinci ilində azqınlaşmış ermənilər böyük dağıntılarla, əsrin faciəsi olan Xocalı soyqırımını, eləcə də həmin ildə Daşaltı, Qaradağlı, Malıbəyli, Kərkicahan, Umudlu, Ağdaban, Ballıqaya, Tuğ, Axullu, Xocavənd, Nəbilər, Meşəli, Quşçular, irili-kiçikli başqa qəsəbə və kəndlərimizi xarabazalıqlara döndərmiş, əhalisini görünməmiş qəddarlıqla qırğına məruz qoymuşlar.

Demək olar ki, elə 1992-93-cü illərdə cənnətməkan olan torpaqlarımız Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhər və rayonlarını ermənilər zəbt etmiş və 30 ilə yaxın dövrdə işğal altında saxlamışlar.

Beləliklə, bir il əzində məhsuldar, abad torpaqlarımızın 20%-i işğal olunmuş, etnik təmizləmə siyasəti nəticəsində əzəli Azərbaycan torpaqları, indiki Ermənistanın ərazisindəki, ata-baba yurdlarından 300000-dən, habelə zəbt olunmuş torpaqlarımızdan 750 mindən çox, yəni bir milyondan artıq soydaşlarımız silah gücünə didərgin düşmüş (qovulmuş), bədnam ermənilərdən fərqli olaraq, dünyaya səpələnməmiş, öz xalqına pənah gətirərək, 30 ilə yaxın dövrdə ölkəmizin 60 rayonunda yerləşərək, ağır qaçqın və məcburi köçkün ömrü yaşamışlar.

Bir il ərzində bu gədər torpaqlarımızın zəbt olunmasının səbəbinə nəzər salsaq, bu da müstəqilliyimizin bərpa olunduğu 1991-ci ildə hakimiyyəti zəbt etmiş dövlət idarəçiliyində səriştəsi olmayan, ölkənin iqtisadiyyatını, büdcəsini bərbad günə qoymuş, (Dünya Bankının həmin ilin hesabatında Azərbaycanda yoxsulluğun dərəcəsi 85% göstərilmiş, deməli işsizliyin də səviyyəsi bu civarda olmuşdur), hələ formalaşmamış nizamlı ordunun, nə mütəxəssislər yetişdirməyə, nə də heç bir silah-sürsatla təmin etməyə qadir olmayan, xalqın vəziyyətindən xəbəri olmayan, əslində əhali yoxsulluq, rəzalət içində yaşasa da, hakimiyyət bölgüsü, özlərinin varlanması uğrunda vuruşan, hərc-mərclik, xaos dövründən, böhran vəziyyətindən istifadə edən qonşu Ermənistan torpaqlarımızı zəbt edə bildi.

Erməni barbarları zəbt olunmuş torpaqları yerlə yeksan etdi, 900 yaşayış məntəqəsini, 150 min yaşayış evi, 160 körpü, 6 min sənayə və kənd təsərrüfatı müəssisəsi, 693 məktəb, 855 uşaq baxçası, 473 tarixi abidə və müzeylər, 67 məscid, 927 kitabxana, 695 xəstəxana və tibb müəssisəsi, sayı hesaba gəlməyən inzibati və yaşayış binalarını darmadağın etmişlər.

Azad olunmuş, ermənilər tərəfindən bu viran edilmiş torpaqları gördükdə, bir çox ölkələrin rəsmiləri, dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələri, din, mədəniyyət, incəsənət xadimləri, turistlər, səyyar qrupları, cavanlar və qocalar dəhşətə gəlir, bu dağıntıları Yaponiyanın atom bombası ilə dağıdılmış Xirosima şəhərinə, habelə Rusiyanın 2-ci dünya müharibəsində faşistlər tərəfindən dağıdılmış Stalınqrad şəhərinə bənzədirlər.

Lakin erməni barbarlarının vəhşiliklərinin bir xüsusiyyətlərindən hələ xəbərdar deyillər ki, bu binalar yalnız silahlarla dağıdılmış deyil, həm də bombardmandan sonra sökülüb xarici bazarlarda tikinti materialları kimi satılmışdır ki, bu da dünyada bir çox müharibələr təcrübəsində görünməmiş erməni vəhşiliklərindən yalnız biridir.

Xalqımıza vurulan milyarlarla dollar zərərlə yanaşı, erməni təcavüzünün ən dəhşətlisi ölçüyəgəlməyən insan tələfatıdır: on minlərlə dinc əhali, silahsız, günahsız soydaşlarımız, bir çoxu ağılasığmaz işgəncələrlə qətlə yetirilmiş, ömürlük əlilliyə məruz qalmış, əsir-girov götürülmüş, ailə üzvlərini, əzizlərini itirməklərinin əzabları da nəzərə alınmalıdır.

XX-ci əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı da bu dövrə təsadüf etmişdir.

1992-ci ilin fevral ayınnın 25-dən 26-na keçən gecənin şahidllərinin söylədiyi kimi, Xocalının dinc əhalisi yuxudaikən (bu da erməni quldurlarının dinc əhalini qırğına məruz qoymasının bir dəstxəttidir), atışmalar səsinə oyandıqda, Xocalının hər tərəfdən güclü projektorlarla işıqlandırmasından vahimələnərək, evlərini tərk etdikdə, erməni gülləsinə tuş gəlmişlər, balasını bağrına basmış anaları, köməksiz qocaları, əlilliyi olanları amansızcasına güllələyirdilər.

İnsanlıq simasını itirmiş vəhşilər qəddarlıqla, işgəncələrlə öldürməkdən həzz alırdılar.

Elə bu gecənin qurbanlarının sayı da adamı dəhşətə gətirir:

613 nəfər, bunlardan 63 uşaq, 106 qadın, 70 qoca, 3 diri yandırılmış şəxs, hər iki valideynini itirmiş 25 uşaq, 11 müəyyən edilməmiş insan, 8 tam məhv edilmiş ailə, 487 yaralı, 150 itkin, 1275 nəfər işqəncələrə məruz qalmış və girov götürülmüşlər.

30 ildir bu rəqəmləri təkrar edirik və hər bir rəqəmin arxasında bunların qohumları, kiminsə valideyni, qardaşı, bacısı, övladı, əzizinin gözləri qabağında güllələnməsi, işgəncələrlə öldürülməsi nəzərə alınsa, bu rəqəmlər arxasında fiziki və psixoloji sarsıntılar keçirmiş insanların taleyi durur.
Lakin o zaman xain, satqın, qorxaq hakimiyyət bu rəqəmləri həm öz xalqımızdan, həm də beynəlxlaq ictimaiyətdən gizlətmiş, 2-3 nəfərin öldüyünü bildirmişdi. Yalnız Milli qəhrəman Çingiz Mustafayevin video çəkilişlərindən sonra bu faciənin reallıqları məlum oldu.
Dünya gördü ki, Xocalı hadisəsi sözün əsl mənasında soyqırım, qətliam, insanlığa qarşı cinayət idi.

Məlumdur ki, ilk dəfə olaraq insanlığa qarşı cinayət kimi 1945 ildə II-ci Dünya müharibəsindən sonra Nürnberq Hərbi Tribunalı müharibə cinayətlərini tövsif etmişdir.

Nürnberq prosesinin sənədlərində genosid sözü işlənməsə də, demək olar ki, praktiki olaraq əsas mahiyyəti, yəni "milli və irqi əlamətlərə görə mülki əhalinin kütləvi məhv edilməsi" ifadəsi özünə yer tapmışdır.

BMT-nin Baş Assambleyasının 1946 il tarixli qətnaməsində genosid cinayəti bəşəriyyətə qarşı yönəlmiş cinayət kimi qiymətləndirilmişdır.

1948-ci il tarixli BMT-nin "Genosid cinayətinin qarşısının alınması və bu cinayətə görə cəza haqqında" Konvensiyasında birmənalı göstərilir ki, "Genosid, hər hansı milli, etnik, irqi və ya dini qrupun tam və qismən məhv edilməsi, həmçinin belə qrupların üzvlərinin öldürülməsi, ciddi bədən və əqli xəsarətin yetirilməsi, tam və ya qismən fiziki məhvi nəzərdə tutan şəraitin yaradılması, uşaq doğumunun qarşısının alınmasına yönələn tədbirlər, uşaqların zorla bir qrupdan digərinə verilməsi, həm də insanlığa qarşı beynəlxalq cinayət kimi tanınır".

BMT-yə üzv olan dövlətlərin tanıdığı genosidin bu tərifində göstərilən bütün əlamətləri Xocalı qətliamında movcuddur, lakin göz görəsi bu faktı nə BMT, nə də müvafiq səlahiyyətli beynəlxalq qurumlar, sanki lal, kor, kar olaraq, Xocalı soyqırımına ədalətli münasibət göstərmədilər, genosid kimi tanınmadı.
Xocalı soyqırıımına qətliam kimi ilk siyasi qiyməti milli liderimiz Heydər Əliyev vermişdir və dinc əhaliyə qarşı belə qəddar halların təkrarlanmaması üçün "faciənin əsl beynəlxalq hüquqi siyasi" qiymət verilməsi, onun ideoloqlarının, təşkilatçılarının və icracılarının layiqincə cəzalandırılması, bütövlüklə insanlığa qarşı yönəlmiş belə aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərt olduğunu göstərmiş və azərbaycanlılara qarşı təcavüz və terror, etnik təmizləmə, dinc əhalinin milli əlamətinə görə qırğına məruz qoyulmasını dünya birlyinə tanıtdırmağı, dövlətimizin əsas prioritetləri kimi müəyyənləşdirmişdir.

Məhz 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmış Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis tərəfindən "Xocalı soyqırımı haqqında" qərar qəbul olundu, BMT-yə və dünya birliyinə Xocalı faciəsinin mahiyyəti açıqlandı, və təcavüzkar dövlət olan Ermənistana qarşı ciddi, təsirli tədbirlər görməyə çağırıldı.

Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi" haqqında 1997-ci il tarixli sərəncamı ilə ölkəmizin bütün ərazisində hər il fevralın 26-da saat 17:00-da Xocalı soyqırmı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, xalqımız milli həmrəylik göstərərək, sükut dəqiqəsinə əməl edir.

Ermənistanın etnik təmizləmə, azərbaycanlılara qarşı törətdikləri təcavüzləri, dinc əhaliyə qarşı soyqırımları, o cümlədən Xocalı qətliamını dünyaya tanıtmaq məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müntəzəm olaraq geniş spektrli fəaliyyətinin davamı olaraq, Fondun vitse-prezidenti, İslam Konfransı gənclər Forumunun baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası, müxtəlif ölkələrin minlərlə gənclərinin cəlb edilməsi ilə geniş maarifləndirmə tədbirləri həyata keçirilir, və Azərbaycanın həqiqətləri dünyaya yayılır.

Minalardan təmizlənmiş azad olunmuş ərazilərə minlərlə müxtəlif ölkələrin dövlət, siyasi, elm, mədəniyyət, incəsət xadimləri, geniş tərkibli səyyahlar, turistlər, jurnalistlər bələdçilərin müşahidəsi ilə Zəfər rəmzimiz, mədəniyyət və incəsənət mərkəzi olan Şuşaya, habelə Ağdama, Füzuliyə, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilana, həmçinin ağır zərbələr almış Tərtərə və başqa rayonlara gedərək, bu ərazilərin gözəl təbiətini, eyni zamanda erməni barbarlarnın vəhşiliklərinin, dinc əhalini qırğınlara məruz qoyduqlarının, minlərlə dağıdılmış inzibati və yaşayış, elm, təhsil, mədəniyyət, dini ibadətgahlarını öz gözləri ilə görməsi, foto və video çəkilişlər ilə öz xalqlarına, dövlərlərinə, hökümətlərinə, habelə səlahiyyətli beynəlxalq qurumlara tanıtdırması ilə, erməni barbarlarına nifrət hissi oyadırlar, bu da müvafiq qərarların qəbul etməsinə xidmət edəcəkdir.

44 günlük Vətən müharibəsində Müzəffər Prezidentimiz, silahlı güvvələrin Ali Baş Komandanı, istedadlı sərkərdə, böyük strateq və diplomat cənab İlham Əliyevin rəhbərliyi ilə, xalqımızla, Ordumuzla birliyi nəticəsində, Zəfər çalaraq, 30 ilə qədər erməni işğalında qalmış torpaqlarımızın azad olunması və bu ərazilərə yüz minlərlə didərgin düşmüş, ağır qaçqın, məcburi köçkün ömrü yaşamış soydaşlarımızın doğma yurdlarına qayıtması üçün "böyük qayıdışı" reallaşdırdı. Eyni zamanda gərgin, davamlı, ardıcıl böyük diplomat kimi fəaliyyəti nəticəsində cənab İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatının rəhbəri kimi, eləcə də çoxsaylı dövlət başçılarının sammitində, Beynəlxalq qurumlarda, konfranslarda qətiyyətli faktlarla əsaslanmış, məntiqi çıxışları ilə erməni tərəfinin yalanlarını, şər-böhtanlarını ifşa etməklə, hətta Ermənistanın kapıtulyasıya aktını, Rusiya-Azərbaycan-Ermənistanın 10 noyabr 2020 il tarixli üçtərəfli Bəyanatını imzaladığından, ordusu darmadağın olandan sonra da, reallıqları, həqiqətləri dərk etmədən, xəstə təxəyyülün məhsulu olan müharibə, revanş kimi iddialarını, eyni zamanda Azərbaycan həqiqətlərini, sülhsevər siyasətini və əməkdaşlıq təkliflərini beynəlxalq qurumlara, dünya ictimaiyyətinə çatdırması nəticəsində xalqımıza olan hörmətin, etibarın daha da artmasına nail olmuşdur.

Eyni zamanda yüksək templə, surətlə, müasir texnika və texnologiyalar əsasında azad olunmuş ərazilərdə öz gücü ilə geniş bərpa quruculuq işlərinin aparılması, inzibati, sosial xidmət, xəstəxana, məktəb binalarının, məscidlərin, kitabxanaların, muzeylərin, abidələrin bərpası, ağıllı şəhərlər və kəndlərin tikilməsi, min kilometrlərlə yolları, gözəl, əzamətli Zəfər yolunu və hava limanlarının, o cümlədən 8 ay ərzində tikilmiş və istismara verilmiş Qarabağın hava qapısı adlanan Füzuli hava limanını, gördükcə heyran qalırlar və öz ölkələrində gördüklərini göstərdikcə, bütün xaricdən gələn qonaqlar Müzəffər Prezidentimizin rəhbərliyi ilə xalqımızın yaradıcılıq qüvvəsini, sülhsevər, tolerant və multikultural dəyərlərə sadiq olduğunu dünyaya çatdırırlar.

Xocalı soyqırımının tanınması da bir reallığa çevriləcəkdir.

Xocalı qətliamının dünyada tanıdılması üçün bir çox ölkələrdə davamlı sistemli kampaniyaların, silsilə tədbirlərin, geniş maarifləndirmə işinin keçirilməsi nəticəsində artıq bu faciəni genosid aktı kimi İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, Pakistan, Meksika, Çexiya, Peru, Honduras, Panama, Sudan və b. dövlətlərin parlamentləri müvafiq sənədləri ilə Xocalıda törədilmiş dinc əhalinin qırğına məruz qalmasını genosid kimi tanımışlar.

Bosniya və Herseqovina, Rumıniya, Serbiya, İordaniya, ABŞ-nın 20 dən çox Ştatları da artıq Xocalı hadisəsini genosid aktı kimi tanımışlar və bu proses davam edir. Yaxın gələcəkdə belə qərara qələn dövlətlərin sayının xeyli artması da bir reallıq kimi görünür.

Xocalı genosidinin tanınması heç vaxt gec deyil.

BMT-nin konvensiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət məcəlləsində də göstərildiyi kimi, sülh və bəşəriyyət əleyhinə müharibə cinayətlərinin və onları törədən şəxslərin cəzalandırlmasına iddia müddəti şamil edilmir və bu Konvensiya iştirakçılarının razılığı ilə belə cinayətlərə hər vaxt Beynəlxalq tribunalda baxıla bilər.

BMT Beynəlxalq ədalət məhkəməsinin Azərbaycan və Ermənistanın qarşılıqlı şikayətlərinə baxılması bu məhkəmədə 2021-ci il 14-19 oktyabr tarixlərində dinləmələrin nəticəsində Azərbaycanın Ermənistan tərəfindən mülki və etnik zəmində azərbaycanlılara qarşı nifrət, silsilə ayrıseçkilik siyasəti və hərəkətləri ilə insan hüquqlarının fundamental haqlarının pozulması ilə, bu da "İrqi ayrıseçkiliyin bütün formalarının ləğv olunması haqqında" beynəlxalq konvensiyanın müvafiq maddələrinin kobud şəkildə pozulması ilə bağlı iddiası təmin edilərək, Ermənistan tərəfinə müvafiq təcili tədbirlər görməyi tapşırıb.

Beynəlxalq ədalət məhkəməsi Ermənistanın tələb etdiyi, heç bir hüquqi əsası və məntiqi olmayan iddianı təmin etməmişdir. Bu tələblərin biri Azərbaycanda saxlanılan müharibə məhbuslarının dərhal geri qaytarılması idi, halbuki bunlar yalnız müharibə bitəndən sonra Azərbaycan ərazisində terror törədən erməni hərbçiləri idi.

Başqa tələbləri, Bakıdakı Hərbi Qənimətlər parkının dərhal bağlanmasından ibarət idi ki, heç bir hüquqi əsası olmadığından məhkəmə Ermənistanın bu tələbini də rədd etmişdir. Eyni zamanda Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair Ermənistanın daha bir əsassız iddiası da təmin olunmamışdır.

Bu da Azərbaycan tərəfinin məhkəməyə təkzibolunmaz, beynəlxalq hüquqa əsaslandırılmış dəlillərin təqdim olunmasının nəticəsi idi.
Beləliklə döyüş meydanında informasiya cəbhəsində məğlub olmuş Ermənistan Beynəlxalq ədalət məhkəməsində də məğlubiyyətə uğramışdır.

Faktlar, sənədlər, sübutlar əsasında Xocalı hadisəsinin də genosid aktı kimi Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən ədalət naminə tanınması Xocalının adını dünyanın Xolokost, Serebrenitsa, Xatın, Ruanda və başqa dünyanın tanıdığı genosidlər sırasında çəkilməsi ilə nəticələnərdi.

Haqq nazilər, amma üzülməz. Bəlkə bunların da yaxın gələcəkdə şahidi olacağıq.

Prezident İlham Əliyev belə demişdir: "Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər".

Xalqımız Vətən uğrunda canlarını qurban vermiş, şəhidlik zirvəsini fəth etmiş, habelə dövlətimizə qarşı terror, müharibə qurbanlarının əziz xatirəsini hər zaman yaşadacaq, tariximizin ağır, lakin şərəfli səhifələrini dünyaya tanıdacaqdır.

Ədalət naminə Xocalı qətliamı genosid kimi tanınmalı, onu planlaşdıran, təşkil edən, iştirakçıları olan cinayətkarlar, vəzifəsindən asılı olmayaraq, layiqlı cəzasını almalıdırlar.

Elmira Süleymanova
Azərbaycan Ağsaqqallar
Şurasının Sədr müavini, Professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 641   Tarix: 25 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.