Dələduzlardan necə qorunaq? - Bankdan AÇIQLAMA

Dələduzlardan necə qorunaq? - Bankdan AÇIQLAMASon dövrlər bankların adından istifadə edərək dələduzluq etməyə çalışan şəxslərin sayı çoxalıb. Bəs bununla bağlı mübarizəni banklar necə aparır? Hansı tədbirlər görülür?

Mövzuyla bağlı "Kapital Bank"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov BiG.AZ-a açıqlama verib.

O bildirib ki, "Kapital Bank" dələduzlarla bağlı mübarizəyə uzun zamandır başlayıb:

"Bizim müştəri seqmentinin bir hissəsi həssas əhali kateqoriyasına aiddir. Təqaüdçülər, əlillik müavinətləri alanlar, xüsusən yaşlı insanlar çox zaman texnologiyadan, kartdan istifadədən bir az kənar olurlar. Bu da onların yaşları ilə əlaqədardır. Biz bununla bağlı 2017-ci ildə "yaşlı insanların maarifləndirilməsi" ilə bağlı sosial layihə hazırladıq. Daha sonra yaşlı insanlara treninqlər keçirdik, kartdan ən sadə istifadə qaydalarını öyrətdik. Bu gün də biz təlimlərimizi davam etdiririk. Artıq həmin insanlara bankomat yox, post-terminallardan, nağdsız ödənişlərdən istifadəni təbliğ edirik. Əvvəllər pensiya verilən vaxt bankomatların qarşısında uzun növbələr olardı. İndi isə o növbələr azalıb, çünki biz onlara post-terminaldan istifadəni təşviq edirik: pulu kartdan çıxarmaq əvəzinə, ödənişləri post-terminal vasitəsilə etsinlər.

Bu barədə dövlətin də böyük dəstəyi oldu ki, bu strategiyanı, nağdsız ödənişlərin təşviqini həyata keçirdi. Bizim mobil tətbiqimiz var. Ölkə üzrə digər tətbiqlər arasında birinci yerdədir.

Dələduzluqla bağlı əhalini diqqətli olmağa çağırırıq. Heç bir bank işçisi zəng edib kart sahibindən kart məlumatlarını, təhlükəsizlik kodlarını istəyə bilməz. Əgər sizə zəng edən həqiqətən bank əməkdaşıdırsa, o sizin nömrənizi, müştəri kodunuzu gördüyü kimi, sistemdə digər məlumatları da görə bilir. Bu səbəbdən həmin insanlara aldanmayın. Kartın 16 rəqəmli kodunu, istifadə müddətini, kartın arxasında olan CVC kodunu, telefona gələn "3D-Secure" kodunu heç kimə deməyin. Təbii ki, ən əsası isə kartı heç kimə vermədən özünüzdə saxlayın. İnsanlar pul kisələrinə necə münasibət göstərirlərsə, eyni münasibəti də kartlarına göstərməlidirlər".

Aysel SƏFƏRZADƏ


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 736   Tarix: 26 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Futbolun lideri müəyyən olundu: Messi və Ronaldo müqayisəsi belə BİTDİ

Teleaparıcı Pirs Morqan Kriştiano Ronaldo ilə Lionel Messi arasında kimin daha yaxşı olması ilə bağlı mübahisənin 41 yaşlı portuqaliyalının xeyrinə həll olunduğunu bildirib. xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib. Teleaparıcı Messi və Ronaldonun milli komandalarda vurduqlar

02.09.2026 168
.

Sentyabrın 5-dən 21-dək Perseid meteor yağışı olacaq

Sentyabrın 5-21-də Perseid meteor yağışı aktiv olacaq. Meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən məlumata görə, sentyabr Perseid meteorları çox sürətlidir. Onların atmosferə daxilolma sürəti təxminə

02.09.2026 127
.

Maşını sığortaladı, qəza oldu, pulunu ala bilmədi - "Atəşgah"la müştəri arasında QALMAQAL

"Atəşgah" sığorta şirkəti ilə bağlı redaksiyamıza şikayət daxil olub. Şikayətçi, nəqliyyat eksperti Adil Nəbiyev Bizim.Media-ya müraciətində qeyd edib ki, avtomobilini sığortalayarkən onun xüsusi təyinatlı təlim avtomobili olduğunu sənədlərdə açıq şəkildə göstərib. Lakin qəza baş verdikdə

02.09.2026 152
.

Kolumbiya ordusunun xüsusi əməliyyatı: Onlarla silahlı qruplaşma üzvü öldürüldü

Kolumbiya ordusu ləğv edilmiş "Kolumbiya İnqilabçı Silahlı Qüvvələri" (FARC) təşkilatının keçmiş üzvləri tərəfindən yaradılan silahlı qruplaşmalardan birinin düşərgəsinə aviazərbələr endirib. xəbər verir ki, bu barədə ölkə Prezidenti Abelardo de la Esprielya sosial şəbəkə hesabında məluma

02.09.2026 142
.

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp noyabr ayında Çində keçiriləcək APEC sammitində görüşə bilərlər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd edək ki, Rusiya prezidenti və amerikalı həmkarı sonuncu dəfə 2025-ci ilin avqust ayında Alyaskanı

02.09.2026 140
.

Məryəm Üzərlinin makiyajsız halı - Foto

Məşhur aktrisa Məryəm Üzərli sosail media hesabında paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa makiyajsız fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Məryəm sonuncu dəfə həmkarı Halit Ergençlə "İmrozda bahar" filminə çəkilib

02.09.2026 286
.

Daşqına baxmayaraq su basan kilsədə evləndilər - Video

Filippində bir cütlük daşqınlardan sonra su basmış kilsədə toy edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "The Telegraph" yayıb. Məlumata görə, Leyan Leza Qalanq və Gilbert Çiko cütlüyü Manilanın şimalında yerləşən katolik kilsələrdən birində toy təşkil etmək qərarına gəlib

02.09.2026 125
.

"Çudo peçka"nın sahibi, Röyanın eks-qaynatası azadlığa çıxdı - 9 il sonra ..!

Xalq artisti Röyanın eks-qaynatası, məşhur "Çudo peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilov 9 il sonra azadlığa çıxıb. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Ülviyyə Alovlu məlumat yayıb. Çingiz Cəlilov "Bank Standard"ın ovaxtkı İdarə Heyətinin sədri Səli

02.09.2026 379
.

Prezident qəbul keçirdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Dmitri Şlapaçenko etimadnaməsini dövlət başçısına təqdim edib. Ölkəmizlə BMT arasında əlaqələr

02.09.2026 194
.