Ordumuzdan ermənilərə xəbərdarlıq: "Burada yaşamaq istəyirsinizsə, qanunlarımıza riayət edin" – FOTO
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri erməni dilində səsgücləndiricilər vasitəsilə Qarabağ ermənilərinə, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan erməni quldur dəstələrinin qalıqlarına xəbərdarlıqla müraciət edib.
"Caliber"in hərbi dairələrdəki məlumatlı mənbələrə istinadən bildirir ki, xəbərdarlıq mətni aşağıdakı kimidir:
"Erməni milliyətli vətəndaşlara müraciət! Siz Azərbaycan Respublikasının ərazisindəsiniz! Burada istənilən fəaliyyət Azərbaycan qanunları əsasında tənzimlənir. Rəsmi icazə olmadan etdiyiniz hər bir şey qanunsuzdur. Hazırda apardığınız mühəndis işləri qanunsuzdur.
Müharibəyə hazırlaşmayın və bizim ərazimizdə sərhəd qurmağa çalışmayın! Əgər burada yaşamaq istəyirsinizsə, Azərbaycan qanunlarına riayət edin!
Təhlükəsizliyiniz üçün işi dayandırın və dərhal ərazini tərk edin. Əks halda sizə qarşı güc tətbiq olunacaq. İtkilərinizə görə məsuliyyət sizin üzərinizə düşəcək. Özünüzü və ailənizi təhlükəyə atmayın! Ərazini tərk edin! Ərazini tərk edin!".
Həmçinin Azərbaycan Silahlı Qüvvələri Xocalı rayonunun Pirlər kəndində yaşayan mülki Qarabağ ermənilərinə xəbərdarlıq edib ki, Azərbaycan hakimiyyətinin rəsmi icazəsi olmadan hər hansı kənd təsərrüfatı işlərinin aparılması qanunsuzdur və onlar müvafiq icazə alana qədər iş görülən ərazini tərk etməlidirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1076 Tarix: 26 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEstoniyada yeni prezident seçildi
Estoniya parlamentinin bu gün keçirilən növbədənkənar iclasında ədliyyə kansleri Yulle Madize ölkənin yeni prezidenti seçilib. TASS-a istinadən xəbər verir ki, 101 deputatdan 71-i onun lehinə səs verib. Qalib gəlmək üçün səslərin üçdəikisini toplamaq və ya minimum 68 parlament üzvünün dəstəyini qazanma
02.09.2026 130 Odlu silahdan yaralanan çoban öldü
Hacıqabul sakini ov tüfəngindən açılan atəş nəticəsində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Udulu kəndində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü İxtiyar Səmədovun meyiti yaşadığı evdə aşkar edilib. İlkin məlumata görə, adıçəkilən şəxs ov tüfəngindən aldığı xəsarə
02.09.2026 180 Sabah 32° isti olacaq
Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21 isti, gündü
02.09.2026 173 45 yaşlı kriminal avtoritet İsraildə güllələnib
"Qafqaz mafiyası"nın başçısı İsraildə güllələnib. xəbər verir ki, bu barədə Telegram kanalı Mash məlumat yayıb. Məlumata görə, yaşlı kişi qiyafəsində olan şəxs Qeysəriyyə şəhərindəki "Ajenda" kafesinin yaxınlığında 45 yaşlı Yanis Yuşvayevə pusqu qurub. Bildirilib ki, hücum edən şəx
02.09.2026 223 Almaniya Rusiyanın Baş Konsulluğunu bağlayır
Almaniya Rusiyaya qarşı yeni qərarlar qəbul edib. xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb. Bildirilib ki, Almaniya sentyabrın 18-dən etibarən Bonn şəhərindəki Rusiya Baş Konsulluğunun fəaliyyətinə xitam verəcək. Həmçinin Berlində yerləşən Rus Evi ilə bağlı müqavilənin ləğv olunacağ
02.09.2026 146 ABŞ İraqa 800 milyon dollarlıq helikopter və silah satacaq
ABŞ Dövlət Departamenti İraqa 800 milyon dollar dəyərində yerli istehsal olan helikopterlərin, həmçinin onlara aid silah və ehtiyat hissələrinin satılmasına rəsmi razılıq verib. -ya istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub. Söhbət "Bell Helicopter" şirkətini
02.09.2026 151 Daşqına baxmayaraq su basan kilsədə evləndilər - Video
Filippində bir cütlük daşqınlardan sonra su basmış kilsədə toy edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "The Telegraph" yayıb. Məlumata görə, Leyan Leza Qalanq və Gilbert Çiko cütlüyü Manilanın şimalında yerləşən katolik kilsələrdən birində toy təşkil etmək qərarına gəlib
02.09.2026 125 Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Prezident İlham Əliyev "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin mətnini təqdim edir:
02.09.2026 171 Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
"Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları"ı təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Qaydalar "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Qanunu
02.09.2026 237