"Ailədə hamı mənim əleyhimə idi"- FOTO

"Ailədə hamı mənim əleyhimə idi"- FOTOÖlkəmizdə 800-ə yaxın iş yeri qadınlar üçün qadağandır. Daha onlarla peşədən isə qızlar cəmiyyətdə hökm sürən stereotiplərə görə qaçırlar. Buna baxmayaraq, ildən-ilə daha çox azərbaycanlı qadın "kişi"lərin sferasında peyda olur və orada uğur qazanır.

BiG.AZ xəbər verir ki, media.az Beynəlxalq Qadınlar Günündə stereotipləri qıraraq sevimli, lakin qadın sənətindən uzaq seçim edən qızlarla söhbət edib.

Onlardan biri futbolçu Aysun Seydiyevadır.

Aysun Seydiyeva uşaq vaxtı həyətdə oğlanlarla top qovmağı çox sevən şıltaq qız olub. Hazırda o, Azərbaycanın qadınlardan ibarət futbol yığmasının və Türkiyənin "Çaykur Rizəspor" klubunun üzvüdür. Aysun Seydiyeva ilə həyat yoldaşı - millinin müdafiəçisi Amin Seydiyev, eləcə də yaxınları fəxr edir. Lakin bu, heç də həmişə belə olmayıb.

Yolun əvvəlində valideynləri və qardaşı ona dəstək verməyib və yeddi yaşından sözün əsl mənasında qaçaraq məşqlərə gedib.

"Ailədə hamı mənim idmanla məşğul olmağımın əleyhinə idi. Anam hesab edirdi ki, mən oxumalıyam və mənasız, keçici həvəslərə vaxt itirməməliyəm", - deyə o bildirib.

Futbolçu "Neftçi" İdman-Sağlamlıq Mərkəzində məşq edib və məşqçilərdən biri onun bacarığını görüb. O, iddialı qızın U-13 gənclər liqasına daxil olmasına kömək edib. Futbolçu oğlanlar arasında Aysun Seydiyeva Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Siyasət Əsgərovun diqqətini çəkib.

"Sınaq müddətini başa vurduqdan sonra 13 yaşımda mən milli komandaya qatıldım. Yalnız bu zaman ailə üzvlərim məni dəstəkləməyə başladı", - deyə o bildirib.

Onun sözlərinə görə, oynadığı komanda intensiv məşq edir və əla nəticələr göstərir. Buna baxmayaraq, sözügedən idman növündə qadınları ciddi qəbul etmirlər.

"Təsəvvür edin, mən hələ də "futbol qızların yeri deyil" ifadəsini eşidirəm. Bu sözləri eşitmək məşqdə maneələri keçməkdən daha çətindir", - deyə A.Seydiyeva qeyd edib.

O hesab edir ki, kişilər bu cür münasibəti yalnız müstəqil və heç kimdən asılı olmayan qızların qorxusundan göstərirlər. Lakin məhz "zərif" cinsin güclü ruhu çətinliklərə tab gətirməyə yardım edir.
"Ailədə hamı mənim əleyhimə idi"- FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1098   Tarix: 08 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür

Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb. "Qafqazinfo"nun məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməs

13:48 204
.

ABŞ İranda Larak adasına zərbə endirdi - Səbəbi açıqlandı

ABŞ İranın Hörmüz boğazını minalamasının qarşısını almaq məqsədilə Larak adasına zərbə endirib. xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Komandanlığın açıqlamasında bildirilib ki, "ABŞ qüvvələri Hörmüz boğazında qaçılmaz təhlükə yaradan İran İslam İnqilabı Keşikçilər

11:36 144
.

Hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı - Sərəncam

Vətəndaşların 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması həyata keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən 2008-c

14:12 170
.

Odlu silahdan yaralanan çoban öldü

Hacıqabul sakini ov tüfəngindən açılan atəş nəticəsində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Udulu kəndində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü İxtiyar Səmədovun meyiti yaşadığı evdə aşkar edilib. İlkin məlumata görə, adıçəkilən şəxs ov tüfəngindən aldığı xəsarə

17:29 69
.

Kolumbiya ordusunun xüsusi əməliyyatı: Onlarla silahlı qruplaşma üzvü öldürüldü

Kolumbiya ordusu ləğv edilmiş "Kolumbiya İnqilabçı Silahlı Qüvvələri" (FARC) təşkilatının keçmiş üzvləri tərəfindən yaradılan silahlı qruplaşmalardan birinin düşərgəsinə aviazərbələr endirib. xəbər verir ki, bu barədə ölkə Prezidenti Abelardo de la Esprielya sosial şəbəkə hesabında məluma

0
.

Tramp: "İranın razılaşma imzalaması heç vecinə də deyil"

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Truth Social-da paylaşım edərək İranın razılaşma imzalamasına "əhəmiyyət vermədiyini" iddia edib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, o, paylaşımda bildirib ki, "Hörmüz boğazına demək olar ki, tam nəzarət etdiyimiz və iqtisadiyyatlarını

11:23 226
.

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sentyabrın 3-də başa çatacaq

Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi 3 sentyabr saat 18:00-da başa çatacaq. Bu barədə BİG.AZ-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Qeyd edilib ki, bu günədək 124 mindən artıq uşağın birinc

10:51 158
.

Goranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO

Gecə saatlarında Goranboy rayonunda sursat anbarında yanğından sonra Nizami və Xoylu kəndlərinin sakinləri təxliyə olunublar. xəbər verir ki, bu barədə "Report"a Goranboy Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, ümumilikdə təxliyə olunanların sayı 5 min nəfər təşkil edir

11:50 498
.

Nepalda ölənlərin sayı 1114-ə çatıb

Nepalda baş verən dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı 114 nəfərə çatıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Təşkilatı (NDRRMA) çərşənbə günü səhər yaydığı yeniləmədə bildirib. Bazar günü dövlət televiziyası CCTV-nin verdiy

09:25 220
.