"Bizim DÜNYAMIZ" adlı rəsm sərgisi keçirildi - FOTO

"Bizim DÜNYAMIZ" adlı rəsm sərgisi keçirildi - FOTO"Azərkitab" kitab evində autizmli İlham Qasımovun "Bizim DÜNYAMIZ" adlı fərdi rəsm sərgisi və İlhamın bu istedadının üzə cıxmasında böyük rolu olan müəlliməsi Zivər Xanlarovanın "Uşaqlara nəyi necə öyrətməli?" kitabının təqdimat mərasimi olub.

BiG.AZ xəbər verir ki, maarifləndirici xarakter daşıyan tədbiri Ümidvar Könüllülər Təşkilatının  rəhbəri Nazilə Məhərrəmli açaraq  autizm spektor pozuntusu ile bağlı indiyə qədər gördükləri işlərdən danışaraq bu sərginin də o silsilədən oldugunu vurğulayıb. Daha sonra İlhamın timsalında autizmli uşaqların inkişafında effektiv təlim üsulu olan Lovaas metodu üzrə yazılan "Uşaqlara nəyi necə öyrətməli?" kitabının müəllifi Zivər Xanlarova kitab haqqında məlumat verib. Tədbirdə  "Sağlamlığa Xidmət" ictimai birliyinin sədri Elçin Muxtarlı, Sosial Xidmətlər Agentliyinin baş mütəxəssisi Vüsal Hətəmov, ADPU nun baş müəllimi, inklüziv təhsil üzrə təlimçi Gülşən Eminova, ADA məktəbinin muəllimi, əhəmiyyətli layihələrin icraçılarından biri Sevinc Quliyeva, "Uşaqlara nəyi necə öyrətməli?" kitabının redaktoru, həmçinin bir çox kitabların tərcüməçisi, redaktoru Şəfa Hətəmova, autizmli uşaqların valideynlərini  başına toplayaraq hər zaman onlara dəstək olan, autizmli gənc rəssam Şamxal Xələflinin anası Zəhra Xələfli və digər qonaqlar cıxış edərək fikirlərini bildiriblər. 

Bədii hissədə isə musiqi istedadı olan autizmli gənc Ayxan Quluzadənin peşəkar musiqiçi Şahin Əlizadə ilə birlikdə çox maraqlı çıxışı oldu. Onlar "Kücələrə su səpmişəm", "Ovuc ici qədər xoşbəxtlik yetər" mahnılarını böyük coşqu ilə ifa ediblər.  Daha sonra valideyinləri ilə tədbirə qatılan digər autizmli gənclər də bəstəkar,müəllimə Arzu Səmədqızının müşayəti ilə onlara qoşulub. 

Öz bəstələri ilə hər zaman autizmli uşaqlara dəstək olan bəstəkar Sevinc Tofiqqızı da sərgidə iştirak edib. Sonda autizmli uşaqların valideynlərinə "Uşaqlara nəyi necə öyrətməli" kitabı hədiyyə edilib. İştirakçılar İlhamın gözəl əsərləriylə tanış olaraq, onları öz sevimli məkanlarından asmaq üçün müəyyən məbləğ ödəyib əldə ediblər. Əsərlərin satışından əldə olunan vəsait İlhamın yaradıcılıgını daha da inkişaf etdirməsi məqsədi ilə ailəsinə verilib. 

Sevindirici hal idi ki, tədbirdə iştirak edən digər uşaqlar da autizmli uşaqlarla birlikdə çox gözəl ünsiyyət qurublar. 

Qeyd edək ki, "Uşaqlara nəyi necə öyrətməli?" kitabının ilk nəşri "Sağlamlığa Xidmət" ictimai birliyinin dəstəyi ilə nəşr edilərək valideynlərə, mütəxəssislərə təmənnasız olaraq paylanılıb.

Kitab ikinci dəfə yenidən çap edilib. İkinci nəşrindən əldə olunan  gəlir isə "Ümidvar Könüllülər Təşkilatı vasitəsilə aztəminatlı ailənin autizmli uşağının ehtiyacları üçün ianə edilir.
"Bizim DÜNYAMIZ" adlı rəsm sərgisi keçirildi - FOTO"Bizim DÜNYAMIZ" adlı rəsm sərgisi keçirildi - FOTO"Bizim DÜNYAMIZ" adlı rəsm sərgisi keçirildi - FOTO"Bizim DÜNYAMIZ" adlı rəsm sərgisi keçirildi - FOTO"Bizim DÜNYAMIZ" adlı rəsm sərgisi keçirildi - FOTO"Bizim DÜNYAMIZ" adlı rəsm sərgisi keçirildi - FOTOAysel SƏFƏRZADƏ


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 799   Tarix: 08 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aİ liderləri Brüsseldə mühüm məsələləri müzakirə edir

Avropa Birliyinə üzv ölkələrin dövlət və hökumət başçıları Brüsseldə növbəti zirvə toplantısı üçün bir araya gəliblər. Toplantıda birliyin gələcək siyasəti, regional təhlükəsizlik və genişlənmə prosesi ilə bağlı bir sıra vacib məsələlərin müzakirəsi nəzərdə tutulur. BİG.AZ DW-yə istinadən xəbər veri

16:43 108
.

Paylaşmazdan əvvəl düşünün: İnternet heç nəyi unutmur

"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri "delete" düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində internet belə işləmir. Bir məlumat internetə yerləşdirildikdən sonra o, təkcə sizin profilinizdə deyil, müxtəlif serverlərdə, ehtiya

14:27 147
.

Azərbaycan öz güclü əlaqələri ilə regional və qlobal səhnədə mühüm iştirakçıya çevrilib

İslam İnkişaf Bankı maliyyələşdirməni İslam prinsiplərinin əsasında aparılan beynəlxalq maliyyə-kredit qurumlarından biridir. Üzvləri müsəlman ölkələridir. Bankın məqsədi üzv ölkələrin (onun təsisçiliyində və üzvlüyündə təmsil olunan müsəlman ölkələr) və fərdi müsəlman cəmiyyətlərinin iqtisadi inkişafını

12:34 148
.

Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR

Bu ilin ilk dörd ayı ərzində 28 631 doğulan körpə qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstərici azalaraq 9.4-dən 8.5-ə düşüb. Doğulan körpələrin 53.6 faizi oğlan uşaqları

13:30 186
.

İndoneziyada etiraz aksiyası zamanı onlarla şəxs saxlanılıb

İndoneziyanın paytaxtı Jakartada baş verən etiraz aksiyası iğtişaşlarla nəticələnib. Məlumata görə, təhlükəsizlik qüvvələri asayişin pozulması və məhkəmə qərarının icrasına mane olmaqda şübhəli bilinən 69 nəfəri saxlayıb. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, etirazlar yerli hakimiyyətin məşhu

17:07 85
.

İsveçrə İran və ABŞ arasında cümə günü danışıqların planlaşdırıldığını bildirib

İsveçrə hökuməti cümə axşamı bildirib ki, Tehran və Vaşinqton arasında atəşkəs sazişinin imzalanmasından sonra ABŞ və İran arasında ilkin danışıqların cümə günü İsveçrədəki Buergenstok dağ kurortunda keçirilməsi planlaşdırılır. "Hazırda ABŞ və İran, vasitəçilər Pakistan və Qətər və digər iştira

15:34 129
.

Azərbaycan əhalisinin sayı artıb

Ölkə əhalisinin sayı 2026-cı il may ayının 1-i vəziyyətinə görə, 7 987 nəfər və ya 0.1 faiz artıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Belə ki, əhalinin sayı 10 milyon 270 min 338 nəfərə çatıb. Ölkə əhalisinin 54.3 faizini şəhər, 45.7 faizini kənd sakinləri, 49.8 faizin

12:30 170
.

İƏT rəsmisi: "Süni intellekt insan münasibətlərini əvəz etməməlidir"

"Süni intellekt texnologiyalarının sürətli inkişafı bəşəriyyət üçün misilsiz imkanlar yaratsa da, bu proses insan hüquqlarının qorunmasına əsaslanan etik və hüquqi çərçivə daxilində həyata keçirilməlidir". -ın məlumatına görə, bunu "Süni İntellekt Dövründə İnsan Hüquqları: İmkanlar, Risklə

16:30 112
.

Prezident: "İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır"

"İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır, lakin biz birmənalı olaraq səylərimizi davam etdirəcəyik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında söyləyib. "Xaric

12:45 149
.

TOP MP3