Şirin qidalar yeməyin acı fəsadları - Qlikasiya nədir, əlamətlər

Şirin qidalar yeməyin acı fəsadları - Qlikasiya nədir, əlamətlərBiG.AZ həkim nutrioloq Amaliya Rəhimovanın yazısını təqdim edir.

Orqanizm üçün karbohidratların əhəmiyyəti çox böyükdür. Karbohidratlar təbiətdə geniş yayılmışdır və bioloji aləmin ¾ -nü təşkil edir. Rasionun böyük bir hissəsi (60-70%) məhz karbohidratlardan ibarətdir.

Onlar sadə və mürəkkəb şəkərlərə bölünərək, orqanizmdə müxtəlif funksiyalar icra edirlər. Karbohidratlar (K/h) bir neçə qrupa ayırd edilir: monosaxaridlər (qlükoza, qalaktoza, fruktoza); disaxaridlər (saxaroza, maltoza, laktoza); polisaxaridlər (mürəkkəb şəkərlər-nişasta, amilopektin, qlikogen, pektin, liflər, sellüloza).

Qlükoza bir çox metabolik proseslərdə iştirak edir, lakin ən önəmli funksiyası - enerji təminatıdır; bir çox zülalların fəaliyyəti karbohidratla birləşmiş formada mümkündür (fermentlər, daşıyıcı zülallar, hormonlar); lipidlər, aminturşular, nukleotidlərin sintezi üçün vacib olan bir çox üzvi birləşmələr karbohidratların metabolizmi zamanı əmələ gəlir;

karbohidrat törəməsi olan qlükuronidlər ksenobiotiklərin və endogen toksinlərin detoksiyasında iştirak edir. Karbohidratlar əvəzolunmaz komponent sayılmır; onların defisiti zamanı yaranmış hipoqlikemiyanı kompensasiya etmək üçün zülal və yağlardan istifadə olunur, lakin bu, orqanizm üçün qeyri-effektiv yoldur.

Praktik sağlam insanda düzgün qidalanma zamanı orqanizmə daxil olan şəkər ilk növbədə enerji sintezinə qoşulur; digər bir hissəsi rezerv qlikogen şəklində qaraciyərdə toplanır. Lakin keçən əsrin sonundan başlayan və hazırda çox böyük vüsət almış karbohidrat bumu, yəni qida rasionunda əsasən karbohidratların (xüsusən də tez mənimsənilib insulin şıçrayışına səbəb olan sadə şəkərlərin) ifrat qəbulu bir çox patologiyaların, o cümlədən, geriyədönməz proseslərin inkişafına səbəb olmuşdur.

Problem kimi orta və yaşlı insanlarda daha çox müşahidə olunsa da, uşaq qidalanmasında da mühüm aqressiv faktora çevrilmişdir. Belə ki, uşaqlar tərəfindən aramsız reklam sayəsində çox geniş istehlak olunan hazır qablaşmış məhsulların hamısının tərkibində şəkər mövcuddur və müasir uşaq artıq səhər yeməyi zamanı gündəlik şəkər normasını almış olur. Bəs yanlış qidalanma sayəsində yaranmış şəkər artıqlığı nə kimi fəsadlar törədə bilər?

Məlumdur ki, biokimyəvi reaksiyaların getməsi, adətən, müəyyən fermentlərin iştirakı ilə baş verir. Hiperqlikemiya zamanı (karbohidratların həddən artıq qəbulu: çörək; unlu-şəkərli şirniyyatlar, şirin içkilər; yaxud şəkərli diabet xəstəliyi olduqda) sərbəst şəkərlər orqanizmin istənilən zülalı ilə birləşərək onların funksiyasını pozur;

mürəkkəb biokimyəvi reaksiya nəticəsində orqanizm üçün çox toksik olan qlikasiya məhsulları (AGE) əmələ gəlir ki, bunların hüceyrədə toplanması tədricən hüceyrənin funksiya pozulmasına, sonda isə məhvinə səbəb olur. Bu məhsulların diabet və qocalmanın, Bexterev xəstəliyi, Parkinson xəstəliyi, dağınıq skleroz, artroz, digər degenerativ xəstəliklərin patogenezində rolu sübut olunmuşdur.

Orqanizmin mühüm əhəmiyyətli zülallarının qlikasiya nəticəsində yaranan funksiya pozulmasına aiddir:

• damar divarı zülalının zədələnməsi damarların elastikliyin azalması (rigidliyinə) və qan dövranı pozulmalarına səbəb olur.

• kollagen zülalının zədələnməsi nəticəsində kollagen liflərinin elastikliyi zəifləyir ki, bu da dəri qocalmasına, bağ və vətərlərin boşalmasına, qığırdaq degenerasiyasına səbəb olur

• eritrosit membranları elastikliyini itirdiyindən hüceyrə formasını dəyişə bilmir və öz ölçüsündən kiçik kapilyar mənfəzindən keçə bilmir.

• göz bülluru zülalının zədələnməsi nəticəsində katarakta inkişaf edir.

• qlikasiyaya uğramış qan zərdabının albumin transport və detoksikasiya funksiyasını, bilirubin və uzunzəncirli yağ turşularını birləşdirmək qabiliyyətini itirir.

• immunoqlobulinlər öz xassələrini itirdiyindən orqanizmin müdafiə funksiyası zəifləyir.

• böyrəklərin yumaqcıq aparatının zədələnməsi membranların qalınlaşmasına və onların keçiriciliyinin dəyişməsinə gətirib çıxarır

• sinir lifləri qişalarının, o cümlədən, mielinin zədələnməsi sinir impulslarının ötürülməsini
əngəlləyir.

• insulinin qlikasiyası onun reseptorlara qarşı həssaslığını azaldır.

• immun hüceyrəsinin reseptoru ilə birləşərək iltihab prosesinə təkan verir.

• DNT və nukleotidlərin qlikozilləşməsi mutasiyalara səbəb olur.

• azot monooksidin sintezini inhibə edərək damar genişlənməsini əngəlləyir.

• xolesterinin oksidləşməsini sürətləndirir.

AGE orqanizmdə yaranmaqla yanaşı xaricdən də daxil olur, belə ki, yüksək temperaturda sobada və ya yağda qızardılmış qidalar (toyuq, kartof...) AGE ilə zəngin olur. Belə qidaların müntəzəm istifadəsi, karbohidrat qəbulu ilə birlikdə yuxarıda qeyd olunan hallara, erkən qocalmaya, xroniki xəstəliklərə səbəb olur. Şəkər tək sağlamlığın itirilməsi deyil, həmçinin, gözəlliyə də xeyli xələl gətirir, belə ki, dəri karkası olan, onun elastikliyini təmin edən kollagen və elastin kimi zülalların zədələnməsi dərinin erkən sallanmasına və qırışmasına səbəb olur. /medicina.az


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2428   Tarix: 10 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

14:00 187
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17.10.2026 864
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27.10.2026 873
.

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml

30.10.2026 809
.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır

01.11.2026 568
.

Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər

Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri

04.11.2026 562
.

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb

08.10.2026 1054
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18.10.2026 936
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27.10.2026 920
.