Odessada ölən azərbaycanlıların nəşi ölkəmizə gətirilmir: "Ailənin maddi imkanı çatmır"

Odessada ölən azərbaycanlıların nəşi ölkəmizə gətirilmir: "Ailənin maddi imkanı çatmır"Ukraynanın Odessa şəhərində həlak olan dörd azərbaycanlının cənazəsinin ölkəmizə gətirilməsi hələ də mümkün olmayıb. Əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın meyitləri hazırda Moldovada morqda saxlanılır.

Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov Modern.az-a bildirib ki, cənazələrin gətirilməməsi sənəd problemi ilə əlaqədardır.

"Meyitlər Azərbaycana gətirilməli idi, ancaq sənəd işlərində hələ də problem var. Cənazələrin gətirilməsi üçün böyük məbləğdə pul lazımdır. Ailələrin buna gücü çatmır. Dövlət tərəfindən onlara dəstək verilməsini gözləyirlər", - deyə A.Məmmədov vurğulayıb.

Xatırladaq ki, fevralın 27-də Odessa ərazisində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutub. Hadisə nəticəsində 4 nəfər həyatını itirib, üç nəfər isə yaralanıb.

Həlak olan şəxslər İsmayılov Rəhim Əli oğlu, İsmayılov Qabil Rəhim oğlu, İsmayılov Nemət Əli oğlu və Salmanov Camal Mirzənəsir oğlu, yaralılar isə İsmayılov Süleyman Nemət oğlu, Tağıyev Tacir Rövşən oğlu və Tağıyev Niyazi Rövşən oğludur.

Vəfat edənlərdən ikisi - Rəhim və Nemət İsmayılovlar qardaşdır. Qabil isə Rəhim İsmayılovun oğludur. Onlar əslən Kəlbəcərin Təkəqaya kəndindəndirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1037   Tarix: 14 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tort alarkən bunlara diqqət edin: Sağlamlığınız üçün vacib məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Tort alarkən yalnız onun görünüşünə və üzərindəki bəzəklərə diqqət yetirmək kifayət etmir. Məhsulun hazırlanma və saxlanma şəraiti, son istifadə müddəti, tərkibindəki məhsullar, krem və içliyin keyfiyyəti də sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə isti havalarda düzgün saxlanılmayan kreml

14:59 184
.

"Uşağın gələcəyini onun qiymətləri deyil, şəxsiyyət kimi formalaşması müəyyən edir" - Təranə Paşayeva ilə MÜSAHİBƏ

Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva: "Uşağı dinləmək, anlamaq və onunla sağlam ünsiyyət qurmaq ən mühüm psixoloji ehtiyacdır". Müasir dünyada uşaqların və gənclərin psixoloji sağlamlığı cəmiyyətin qarşısında duran mühüm məsələlərdən biridir. İnformasiya texnologiyalarının sürətl

10:30 161
.

Elcan Rəsulovun 30 il əvvəlki FOTOsu

Tanınmış aktyor Elcan Rəsulov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o şəxsi instaqram hesabında 30 il əvvəl çəkilən fotosunu izləyiciləri ilə bölüşüb. Aktyor arxiv görüntüsünə "30 ilin şəkli" şərhini yazıb. Onun uşaqlıq şəkili sosial şəbəkə istifadəçilərinin böyük marağın

01.09.2026 473
.

İran liderləri dəlidir - Vens

İran rejiminin liderləri tamamilə dəlidirlər. xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib. "İran rəhbərləri kifayət qədər strateji düşüncəyə malik deyillər. Mənim üçün qəribə olan odur ki, onlar bəzən neft və qazın sərbəst axınının qarşısını almaq üçün öz müttəfiqlərinə bel

01.09.2026 247
.

Dənizin altında fizika qanunlarına meydan oxuyan ölçmə: Balina səslərinin sirri açıldı

Zolaqlı balinaların çıxardığı səsləri araşdıran tədqiqatçılar dəniz suyunda səs sürətinin bəzən 100 m/s, bəzən isə 300 m/s ölçüldüyünü müəyyən ediblər. Ətraflı təhlil isə fizika qanunlarının dəyişmədiyini, qeyri-adi nəticənin dalğaların birləşməsindən yaranan effektin ölçməyə təsir etməsi ilə bağlı olduğun

01.09.2026 245
.

Qaraciyərdən ürəyə: İçalatın faydası və riskləri nələrdir?

"Heyvanların daxili orqanlarından istifadə əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Bir tikə qaraciyər qida dəyəri baxımından bir kiloqram ən bahalı file ətdən belə daha zəngin ola bilər. Qaraciyər yalnız dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşus

11:11 151
.

Bakıda "cin çıxaran" qadın saxlanıldı - Cinayət işi açıldı

Paytaxt sakini polisə müraciət edərək sosial şəbəkələrin birində dələduzluqla üzləşdiyini bildirib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə özünü ekstrasens-parapsixoloq kimi təqdim edən şəxsin paylaşdığı elanı görərək ona müraciət edib. Elan sahibi zərərçəkəni övladındakı "cini çıxaracağı"

12:44 157
.

Sabah 32° isti olacaq

Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21 isti, gündü

13:54 95
.

Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri sentyabrın 1-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, "Manas" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanı

01.09.2026 233
.