Azərbaycanlı tələbə Eynşteynin oxuduğu universitetdə təhsil alacaq

Azərbaycanlı tələbə Eynşteynin oxuduğu universitetdə təhsil alacaqAzərbaycanlı tələbə dünyanın ən yaxşı universitetləri siyahısında 7-ci yerdə olan ETH Zurich (Zürix Federal Texnologiya Universiteti) universitetində təhsil alacaq.

Lent.az xəbər verir ki, orta təhsilini Bakıda - Məktəb Lisey Kompleksində alan Rüfət Əsədli Qurbanəli oğlu bu məktəbi 2019-cu ildə Fərqlənmə diplomu ilə bitirib. Respublika Fənn Olimpiadalarında da yüksək mərhələlərə kimi aktiv iştirak edib.

Eyni ildə Çexiyanın paytaxtı Praqada yerləşən Çarls universitetinə İqtisadiyyat və Maliyyə ixtisası üzrə qəbul olub. Universitetdəki ilk ilin sonunda orta qiymətlərinə görə 5000 nəfərlik fakültədə ən yaxşı 10%-ə daxil olub. İkinci ilin sonunda isə 5000 nəfərin arasında ilk 1%-də yer alıb.

Rüfət Əsədli bildirib ki, bu illərdə məktəb və universitet dərslərindən əlavə rəsm və rəqslə də məşğul olub. Rəsm sahəsində Belorusiya (Minsk) və Amerikaya (Vaşinqton, Prezident Parkı) rəsm festivallarına və olimpiadalarına dəvət alıb, yer tutub. Daha sonra isə Gənclərin Beynəlxalq İncəsənət Fondu tərəfindən Afrikaya dəvət olunan dünyada 20 ən yaxşı gənc rəssamdan biri olub. Eyni zamanda Lüksemburq, Hollandiya və Belçikaya da dəvət alıb. Rəqs sahəsində isə 10-dan çox bal rəqsləri üzrə ölkədaxili yarışlarda iştirak edib.

R. Əsədli bildirib ki, universitetin ikinci ilində Paşa Sığorta ASC-də 5 ay müddətinə təcrübə proqramı keçib. 5 aylıq müddətin son dövrlərini şirkətin rəsmi əməkdaş kimi başa vurub.

O, növbəti və daha böyük uğuru barəsində aşağıdakıları bildirib:

"Universitetin son ilində isə artıq magistr təhsilimi almaq üçün universitetlərin sənəd qəbulu prosesinə mən də başladım. Belə ki, mənim üçün də prioritet olan ETH Zurich (Zürix Federal Texnologiya Universiteti) universitetinə sənəd göndərdim. Bu universitet Nobel mükafatçıları (A. Eynşteyn və s.) yetişdirməklə yanaşı, dünya sıralamasında da 7-ci yerdədir. Artıq bir neçə həftə əvvəl cavablar açıqlandı və mən Statistika və Data Elmləri sahəsində bu universitetə qəbul aldım. Zürixdə keçirəcəyim bu müddətdə uçan aparatların, xüsusilə dronların, süni intellekt tərəfindən neyron şəbəkələrinin köməyi ilə aşkar olunması sahəsinə fokuslanacağam və tezisim də eyni adlı konseptlə bağlı olacaq."

Rüfət deyir ki, onun əsas məqsədi və arzusu ölkəmizdə də rəğbət görən PUA-lar üzrə ixtisaslaşmaqdır: "Bu idea barədə daha əvvəl də düşünməyimə baxmayaraq, artıq bu sahəni özümə araşdırma mövzusu kimi seçməyimdə Vətən Müharibəsinin də öz rolu olmuşdur. Başda Səlcuq Bayraktarın memarı olduğu məşhur "Bayraktar TB-2" PUA-ları hərb doktrinasında yeni bir səhifə açmışdı və başlıca olaraq bizim şanlı qələbəmizdə misilsiz rol oynamışdı. Lakin, məni ən çox heyrətləndirən texnologiyanın bu həddə çata biləcəyi və bir millətə hansı səviyyədə kömək edə biləcəyi gerçəyi oldu. Məhz buna görə də mən də texnologiyanın, xüsusilə PUA-ların və müdafiə sistemlərinin potensialını daha dərindən araşdırmağı arzulayır və planlayıram. Hətta çox istərdim ki, bu sahəni onun novator bilicisindən öyrənmək üçün yaxın gələcəkdə Səlcuq bəy və onun komandası ilə də əməkdaşlıq edim.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1589   Tarix: 17 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İrəvanda Göy məscidin tarixinə qarşı növbəti saxtakarlıq: İran prosesə niyə qoşuldu?

Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Qeyd olunur ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Növbəti mərhələd

17:32 4
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

16:40 135
.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

11:16 240
.

Eniş anında iki paraşüt toqquşdu - Ölənlər var - Fotolar

ABŞ-nin Kaliforniya ştatında yerləşən "Skydive Elsinore" mərkəzində dəhşətli aviasiya hadisəsi baş verib. Eniş zonasına yaxınlaşarkən havada toqquşan iki təcrübəli paraşütçü ağır xəsarətlər alaraq həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 56 yaşlı Corciya Cin və 29 yaşlı Lev

10:30 231
.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə

12:02 250
.

İrana hücum üçün hər gün Trampa zəng edir

İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə

14:40 170
.

Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı

Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il

09.11.2026 421
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

17:40 1
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

11:53 223
.