Siqaret yenidən bahalaşacaq? - AÇIQLAMA

Siqaret yenidən bahalaşacaq? - AÇIQLAMA2021-ci ildə Azərbaycana gətirilən siqaretlərin təxminən 70 faizi Ukraynadan idxal olunub. Bu ölkədən Azərbaycana 12,093 milyon ABŞ dolları dəyərində 482,7 milyon ədəd siqaret gətirilib. Eyni dövrdə Azərbaycanda 14,351 milyard ədəd papiros və siqaret istehsal edilib ki, onun da 316,31 milyon ədədi ixrac edilib. Ukraynadan siqaret tədarükü daxili istehsalın cüzi bir hissəsini təşkil edib.

Azərbaycan Ukraynadan həm də emal edilmiş çəkməli tütün alır. Ötən il bu məhsulun cəmi idxalının dəyər ifadəsində 98,2 faizi, kəmiyyət olaraq - 96,9 faizi Ukraynanın payına düşüb. Ukraynadan 4 466,95 ton tütün alınıb.

Eyni dövrdə Azərbaycanda 4 min 237,6 ton fermentləşdirilmiş (tütün məmulatının istehsalı üçün təbii və texnoloji prosesi keçmiş tütün yarpağı) tütün istehsal edilib. Yəni daxili siqaret istehsalı əhəmiyyətli dərəcədə Ukrayna tütünündən asılı vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması səbəbindən Ukraynadan hazırda tütün almaq imkanlarımız sıfıra bərabərdir və ən azı yaxın 1-2 ayda tədarükün bərpa olunacağına dair hazırda heç bir əsas yoxdur. Bu isə daxili bazarda siqaretin təklifinə və onun qiymətlərinə təzyiq göstərəcək faktor ola bilər.

Digər tərəfdən, Nazirlər Kabinetinin qərarına əsasən aprelin 13-dən aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədəd üçün 43 manatdan 46,5 manata, eyni zamanda istehlak olunan tütün və tütün məhsullarının 1 000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırması son məhsulun qiymətində öz əksini tapacaq.

Millət vəkili Rüfət Quliyev "Report"a açıqlamasında bu mövzuda problem olduğunu təsdiqləyib:

"Həqiqətdir ki, asılılıq olmasa belə, Ukrayna və Rusiya ilə dərin iqtisadi və maliyyə münasibətləri var. Ölkəmizə işləyən siqaret fabrikləri siqaretin istehsalında lazım olan məhsulları qismən Ukraynadan və Rusiyadan alır. Təbiidir ki, hazırda baş verənlərin təsiri olacaq. Nəqliyyat, tranzit, logistika sahəsində ciddi problemlər yaşanacaq. Amma bu təsirin fəlakət olduğunu deməzdim. Bu, təbii olan məsələdir, baş verənlər tək bizə yox, bütün dünyaya təsir edir".

Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Rövşən Şərifov mövzu ilə əlaqədar bildirib ki, tütünün istehsalı və emalı ilə bağlı heç bir problem gözlənilmir:

"Biz tütünün toxumunu və lazım olan avadanlıqların ehtiyat hissələrini Amerikadan alırıq. Bu mənada, heç bir problem yaşamamalıyıq. Tütünün satışında isə indiyə qədər xarici bazarda gərginliyimiz var idi. Çünki bizdən Rusiya çox az siqaret alırdı. Həmçinin Belarus da ixracatçılarımız arasındadır. Mənə elə gəlir ki, indi proseslər Rusiyanı bizdən siqaret məhsulları almağa məhkum edəcək.

Ölkəmizdə tütün maksimum 2 min ton emal olunur. Onun da çox hissəsi anbarda qalır, heç satılmır. Yəni yerli tütün satışa yararlı deyil. Yəqin ki, bundan sonra Ukrayna bazarı digər bazarla əvəzlənəcək. Çünki orada olan zavodlar digər ölkələrdə də var. Ola bilsin, biz də həmin ölkələrdən alaq. Qiymətlərdə yəqin ki, fərq ola bilər. Çünki məhsul uzaq ölkədən gələrsə, nəqliyyat xərcləri də artacaq".

Alternativ ölkələrə gəlincə R.Şərifov bildirib:

"Siqaret çeşidləri çox genişdir. Tələbat olan siqaretlərin hansı ölkədə zavodları varsa, oradan da alına bilər. Əhalinin siqaretə olan tələbatını qarşılamaq üçün hansısa bir gərginliyin yaranmasını gözləmirəm".

Azərbaycanda siqaret istehsalı ilə məşğul olan şirkətlərdən birinin maliyyə nəzarətçisi Rüstəm Məmmədli bildirib ki, ötən illərdə biz Ukraynadan daha çox hazır məhsul idxal etdiyimiz üçün statistik rəqəmlərdə idxal payı çox görünür:

"Hazırda elektron siqaretdən başqa bütün siqaretlər yerli bazarda istehsal olunur. Konkret olaraq bizim şirkətə Rusiya və Ukrayna arasında baş verən müharibənin heç bir təsiri yoxdur. Çünki bizim müəssisə siqaret istehsalı üçün lazım olan məhsulları bu ölkələrdən gətirmir. Əsas idxalçımız Türkiyədir. Daha sonra Braziliya, Argentina və yerli bazardan lazım olan məhsulları alırıq".

R.Məmmədli siqaret qiymətlərinin artımını istisna edib:

"Tütün məhsullarında süni qiymət artımı mümkün deyil. Çünki aksiz vergisi tətbiq edilir. Maya dəyəri qalxdığı təqdirdə siqaretin qiyməti qalxa bilər. Rusiya və Ukraynadan asılılığımız olmadığı üçün konkret olaraq bizim şirkətin qiymət artımı etməsi mümkün deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1059   Tarix: 18 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İrəvanda Göy məscidin tarixinə qarşı növbəti saxtakarlıq: İran prosesə niyə qoşuldu?

Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Qeyd olunur ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Növbəti mərhələd

17:32 4
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

16:40 135
.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

11:16 240
.

Eniş anında iki paraşüt toqquşdu - Ölənlər var - Fotolar

ABŞ-nin Kaliforniya ştatında yerləşən "Skydive Elsinore" mərkəzində dəhşətli aviasiya hadisəsi baş verib. Eniş zonasına yaxınlaşarkən havada toqquşan iki təcrübəli paraşütçü ağır xəsarətlər alaraq həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 56 yaşlı Corciya Cin və 29 yaşlı Lev

10:30 231
.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə

12:02 250
.

İrana hücum üçün hər gün Trampa zəng edir

İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə

14:40 170
.

Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı

Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il

09.11.2026 421
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

17:40 1
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

11:53 223
.