Türkiyədə dünyanın ən hündür asma körpüsü açıldı - FOTO
Bu gün Çanaqqala Zəfərinin 107-ci ildönümü münasibətilə Türkiyədə keçirilən tədbirlər çərçivəsində "1915 Çanaqqala" körpüsünün açılışı olub.
"Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Türkiyənin dövlət rəsmiləri ilə yanaşı xarici qonaqlar, o cümlədən Cənubi Koreyanın Baş naziri Kim Bu Gyom da iştirak edib.
Tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dörd il əvvəl təməli atılan və inşası nəzərdə tutulan tarixdən bir il əvvəl başa çatan körpünün tikintisində beş mindən artıq canlı və 740 iş qüvvəsinin iştirak etdiyini bildirib.
Prezident R.T.Ərdoğan hakimiyyəti dövrü ərzində həyata keçirilən irimiqyaslı layihələr və onların Türkiyə üçün əhəmiyyətindən danışıb.
Sonra körpünün rəsmi açılışı olub.
Türkiyənin Çanaqqala vilayətinin Lapseki və Gelibolu rayonları arasında inşa edilən "1915 Çanaqqala" körpüsü Çanaqqala boğazının ilk, Mərmərə bölgəsinin isə beşinci asma körpüsü olacaq.
Dünyanın iki dayaq nöqtəsinə görə ən uzun orta aşırımlı körpüsü olan "1915 Çanaqqala" 1052 sensorla izlənəcək ki, bu da dünyadakı körpülər arasında bir ilkdir. Bundan əlavə, türk bayrağını təmsil edən qırmızı-ağ rəngli 334 metrlik dayaqları olan bu tikili dünyanın ən hündür asma körpüsüdür.
Mərmərə və Egey bölgələrindəki limanları, dəmir yolu və hava nəqliyyatı sistemlərini quru nəqliyyat layihələrinə inteqrasiya edən körpü, Türkiyənin dünya nəqliyyat və logistika sektorları baxımından strateji mövqeyinə mühüm infrastruktur dəstəyi verəcək.
"1915 Çanaqqala" körpüsünün turizm və nəqliyyat sektorları baxımından da böyük əhəmiyyət kəsb etməklə yanaşı, bölgə iqtisadiyyatına əhəmiyyətli töhfə verəcəyi gözlənilir.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1486 Tarix: 18 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq
İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi
16:40 135 Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu
Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir
09.11.2026 317 Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda
09.11.2026 395 İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə
12:02 250 Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl
14:30 164 Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır
Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg
16:20 142 Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd
15:30 161 Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Hindistanın Bihar ştatının qanunverici məclisinin deputatı Anant Sinqh qızının toyuna 400 min nəfərədək qonaq dəvət etməyə hazırlaşır. Mərasim noyabrın 25-nə planlaşdırılıb. NDTV-yə istinadən xəbər verir ki, deputatın qızı Şivanqi Rişikeş Kumarla ailə quracaq. Toy Sinqhin doğma kəndində keçiriləcək v
12:00 217 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb
11:16 240