Bakı metrosunda terrordan 28 il keçir

Bakı metrosunda terrordan 28 il keçirBu gün "20 Yanvar" metrostansiyasında terror aktının törədilməsindən 28 il keçir.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, 1994-cü il mart ayının 19-u saat 13:00-da "20 Yanvar" metrostansiyasında partlayış baş verib. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.

Ölənlər arasında terror hücumunun icraçısı Oktay Qurbanov və xalq artisti, bəstəkar Rafiq Babayev də olub. Partlayışdan sonra metrostansiyasının tavanının bəzi hissələrində çöküntülər əmələ gəlib.

Cinayət törətmək şübhəsiylə, terrorçu fəaliyyətlə məşğul olan separatçı "Sadval" təşkilatının üzvləri həbs olunub. İstintaqa əsasən, terror aktının təşkilatçıları və təqsirləndirənlər Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələr qurmuş və 1992-ci ilin aprel-may aylarında 30 nəfər Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçib.

İstintaq zamanı müəyyənləşdirilmişdir ki, terrorçular təlimata uyğun olaraq, "20 Yanvar" metrostansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Heydər Əliyev Sarayında və Bakı Lampa Zavodunda da partlayışlar törətməyi planlaşdırıb.

Terror aktı faktına görə, 11 nəfər məhkum edilib, onlardan ikisi ölüm cəzasına (güllələnmə), digər doqquz nəfər isə müxtəlif zamana həbs cəzasına məhkum edilib.

19 mart 1994-cü ildə baş vermiş bu terror aktı nəticəsində həlak olan insanların adları "20 Yanvar" metrostansiyanın divarına həkk olunaraq əbədiləşdirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 712   Tarix: 19 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Saxta yumurta iddiaları: Əsl və saxta yumurtanı necə ayırd etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə Çindən gətirildiyi iddia olunan saxta yumurtalarla bağlı paylaşımlar geniş müzakirə olunur. Bu iddialar əhali arasında narahatlıq yaradıb və bir çox insan bazarlarda və mağazalarda satılan yumurtaların həqiqətən təbii olub-olmadığını düşünməyə başlayıb. Xüsusilə gündəli

10:02 76
.

Heç vaxt südü mikrodalğalı sobada qızdırmayın - təhlükəli səhv

Gündəlik tələsik həyatımızda mikrodalğalı soba mətbəxdə əvəzolunmaz texnikaya çevrilib. Çay üçün suyu və ya kakao üçün südü qızdırmaq əlbəttə ki, sürətli və rahatdır. xəbər verir ki, bu adi vərdişin təhlükəli nəticələri ola bilər. Mikrodalğalı sobaya qətiyyən qoyulmamalı olan 5 növ qab. Risk nədədir?

05.03.2026 313
.

GMO məhsulları: Qida təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son illər dünyada qida sənayesində geniş müzakirə olunan mövzulardan biri də genetik modifikasiya olunmuş orqanizmlər (GMO) ilə bağlıdır. Genetik müdaxilə yolu ilə əldə edilən bu məhsulların kənd təsərrüfatında məhsuldarlığı artırdığı və bitkiləri zərərvericilərə qarşı daha davamlı etdiyi bildirilir

05.03.2026 227
.

Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliyin nə olduğunu izah etdi

Ötən gün İranın Naxçıvana dron hücumundan sonra Təhlükəsizlik Şurasının iclasını keçirən Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin istənilən əməliyyatı keçirməyə hazır olmalı olduğunu vurğulayıb. "Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatl

10:23 0
.

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı:. "Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətin

05.03.2026 300
.

Rutte: NATO İran müharibəsində iştirak etmir, amma dəstək verir

NATO rəhbəri Rutte bildirib ki, NATO müharibədə iştirak etmir, amma dəstək verir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, o, NATO müttəfiqlərinin ABŞ-İsrail müharibəsində iştirak etmədiyini, lakin "əsas dəstək təmin etdiklərini" söyləyib. "Burada gördüyümüz odur ki, NATO, bu mənada

05.03.2026 248
.

İlham Əliyev: "Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin"

"Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib. "Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin"

05.03.2026 489
.

Pəncərə yumaq üçün ən effektiv vasitə

Yaz aylarında bir çox insan pəncərələri yuyur və istəyir ki, şüşələr mümkün qədər uzun müddət təmiz və parlaq qalsın. Lakin sirkə və ya nişasta əsaslı ənənəvi vasitələr həmişə gözlənilən nəticəni vermir. Onlar şüşənin üzərində nazik bir təbəqə qoya və səthin tozu daha tez çəkməsinə səbəb ola bilər. Bunu

05.03.2026 397
.

"BU, DOĞRU YANAŞMA DEYİL, CƏNAB NAZİR!" - İqtisadçı İqtisadiyyat nazirinə səsləndi

İqtisadçı Natiq Cəfərli İqtisadiyyat naziri Mikayıl Cabbarovun son açıqlamalarına münasibət bildirib. "AzPolitika" xəbər verir ki, nazirə səslənən N.Cəfərli vergi-rüsum artırmaqla ölkə iqtisadiyyatının inkişafını gözləməyin yersiz olduğunu qeyd edib: . "Mikayıl Cabbarov: "Həyata keçirilə

05.03.2026 427
.

TOP MP3