Embarqoya baxmayaraq, bəzi Avropa ölkələri Rusiyaya SİLAH SATIB

Embarqoya baxmayaraq, bəzi Avropa ölkələri Rusiyaya SİLAH SATIB2015-2020-ci illərdə Fransa, Almaniya, İtaliya, Avstriya, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Finlandiya və Slovakiyadan Rusiyaya 346 milyon avro dəyərində raket, bomba, silah, döyüş gəmiləri və döyüş maşınları satılıb.

Bu barədə Fransanın "Mediapart" internet saytı "Investigate Europe" adlı təşkilatın araşdırmasına istinadən xəbər yayıb.

Bu silah satışı və tədarükü 2014-cü ildən Krımın Rusiya tərəfindən qanunsuz ilhaqı səbəbindən Avropa İttifaqının Rusiyaya silah embarqosuna baxmayaraq həyata keçirilib.

Bu ölkələr arasında ən çox silah satan ölkə 152 milyon avro ilə Fransa olub. Fransa Rusiyaya kimyəvi silah satışını dayandırıb.

Almaniya 121,8 milyon avro ilə Avropa ölkələri arasında Rusiyaya ən çox silah satan ikinci ölkədir.

İtaliya həmçinin Rusiyaya "İveco" şirkətinin istehsalı olan 22,5 milyon dəyərində döyüş maşını ixrac edib. İtaliyanın LA7 telekanalının məlumatına görə, maşınlar bu ayın əvvəlində Ukraynada gedən müharibədə görünüb. İtaliya hökuməti Aİ-nin silah embarqosuna görə bu avtomobilləri mülki şirkətlərə satıb.

Digər Avropa ölkələri Fransa, Almaniya və İtaliyadan daha az dəyərli silah ixrac edib. Bunlardan bəziləri davamlı olaraq silah ixrac edib, digərləri isə 2015-ci ildə bir neçə silah tədarük etdikdən sonra ixracı dayandırıb.

Avstriya 2015-2019-cu illər ərzində Rusiyaya müntəzəm olaraq atıcı silah göndərir. Bolqarıstan 2016 və 2018-ci illərdə 16,5 milyon dəyərində döyüş gəmisi, Finlandiya, İspaniya, Slovakiya və Xorvatiya isə yalnız bir dəfə silah tədarük edib.

Araşdırma xəbərləri ilə gündəmə gələn "Disclose" media qurumunun xəbərinə görə, Fransa 2015-2020-ci illərdə Rusiya ordusunu ən son texnologiyalı hərbi texnika ilə təchiz edərək, bununla Rusiya quru və hava qüvvələrini modernləşdirib.

Fransa 2015-ci ildən bəri Rusiyaya 76 döyüş texnikası tədarük edib. Bu avadanlıqların dəyərinin 152 milyon avro olduğu bildirilir.

Fransanın 2020-ci ilə qədər Rusiyaya silah və döyüş təyyarələri satıb təhvil verdiyi və bunların Ukraynadakı müharibədə istifadə edildiyi iddia edilib.

Bu satışların Avropa İttifaqının (AB) 2014-cü il avqustun 1-dən etibarən Rusiyaya tətbiq etdiyi silah embarqosuna baxmayaraq həyata keçirildiyi vurğulanıb. Açıqlama ilə bağlı danışan Aİ Komissiyası ittifaqa üzv ölkələrin 2008-ci ildə qəbul edilmiş ortaq mövqeyə hörmət etməli olduğunu və bir ölkəyə çatdırılan silahların müharibədə istifadə edildiyi təqdirdə bu tədarüklərin dayandırılmasının lazım olduğunu bildirib.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 803   Tarix: 19 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

16:52 37
.

Avropanın ilk milyonçusu Bolqarıstanda tapıldı - 6500 il əvvəl 1,5 kq qızılla basdırılıb

Bolqarıstanda təxminən 6500 il əvvələ aid Avropanın ən qədim qızıl xəzinələrindən biri aşkar edilib. Tapıntılar arasında təxminən 1,5 kiloqram qızıl əşyalarla birlikdə dəfn olunmuş kişinin məzarı xüsusi diqqət çəkir. Alimlər onu şərti olaraq Avropanın ilk varlılarından biri hesab edirlər. Qaynarinf

12:30 188
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

11:30 246
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

16:30 87
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

14:29 160
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

15:15 220
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

11:53 216
.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

17:10 1
.

Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd

15:30 136
.