Rusiya - Ukrayna münaqişəsi Azərbaycanda şəkərin qiymətini qaldıracaqmı? - ARAŞDIRMA

Rusiya - Ukrayna münaqişəsi Azərbaycanda şəkərin qiymətini qaldıracaqmı? - ARAŞDIRMAAzərbaycan 2021-ci ildə xarici ölkələrdən 18 min 036 ton şəkər idxal edib ki, bunun əsas hissəsi Türkiyənin (8 min 059 ton), Rusiyanın (5 min 220 ton) və Ukraynanın (4 min 012 ton) payına düşür.

Bu ilin yanvar ayında isə ölkəyə adıçəkilən dövlətlərdən 206,4 ton şəkər gətirilib. Keçən ilin yanvar ayının göstəriciləri ilə müqayisədə Türkiyədən tədarük 90,4 % və ya 9,44 ton, Rusiyadan - 99,8 % və ya 412 ton, Ukraynadan – 80 % və ya 745 ton azalıb.

Nəzərə alsaq ki, Rusiya və Ukrayna Azərbaycanın ən böyük şəkər idxalçıları sırasına daxildir, "Report" o iki ölkə arasında davam edən müharibənin Azərbaycanın şəkər təminatına nə dərəcədə təsir göstərəcəyini araşdırıb.

Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri Rəcəb Orucov bildirib ki, Azərbaycanın İmişli Şəkər Zavodunun (Azərsun Holdinqə daxildi) timsalında özünü şəkərlə tam təmin etmək gücü var:

"Ölkəmizin istehlak tələbi təxminən 250-300 min tondur. Lakin bunu yerli xammal hesabına təmin edə bilmirik. Bildiyiniz kimi, şəkər iki məhsuldan alınır: şəkər çuğunduru və şəkər qamışı. Şəkər qamışı bizə tropik ölkələrdən xam şəkər halında idxal olunur, buda İmişli Şəkər Zavodunda bütün tələblərə cavab verən şəkər tozu halına gətirilir və istehlak bazarına çıxarılır. Bundan başqa, biz istehsal etdiyimiz şəkər tozunu Gürcüstan və başqa MDB ölkələrinə ixrac edirik".

R. Orucov yarana biləcək mümkün problemlərə də toxunub:

"Təbii ki, istər Ukrayna, istərsə də Rusiyadan ölkəmizə dövri olaraq şəkərlə bağlı partiyalar idxal olunsa da, buna elə bir yüksək tələbatımız yoxdur. Qeyd etdiyim kimi, yerli istehsal tələbimizi ödəyir. Ona görə də müharibə ilə bağlı təminatımızda bir problem ola biləcəyini düşünmürəm. Təbii ki, logistika ilə bağlı problemlər qaçılmazdır. Belə ki, ölkəmizə gətirilən xam şəkərin logistika yolu məhz münaqişə zonasından keçə bilər".

Xatırladaq ki, "Azərsun Holdinq" MMC-nin Müşahidə Şurasının sədri Abdolbari Gözəl də bir müddət öncə əhalinin şəkər təminatı ilə bağlı narahatlığına səbəb olmadığını qeyd etmişdi:

"Heç bir nigarançılığa yer yoxdur. Ehtiyat anbarlarımız, imkanlarımız var. Bizdə elə böyük yüksəliş, elə böyük qiymət artımları gözlənilmir. Dünya bazarına görə, 3-5 % artım ola bilər. Amma anbarlarımızda ehtiyatlarımızın olması imkan vermir ki, hər partiya fərqli qiymətə olsun. Biz ehtiyat məhsullarımızla satışdakı məhsulları qarşılaşdırırıq və burada da Azərbaycan xalqı qazanır. Məhz apardığımız balanslaşdırma nəticəsində insanlar birdən-birə şokla qarşı-qarşıya qalmır. Bu baxımdan dövlətimizə də yardım etmiş oluruq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1116   Tarix: 19 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

16:52 37
.

Avropanın ilk milyonçusu Bolqarıstanda tapıldı - 6500 il əvvəl 1,5 kq qızılla basdırılıb

Bolqarıstanda təxminən 6500 il əvvələ aid Avropanın ən qədim qızıl xəzinələrindən biri aşkar edilib. Tapıntılar arasında təxminən 1,5 kiloqram qızıl əşyalarla birlikdə dəfn olunmuş kişinin məzarı xüsusi diqqət çəkir. Alimlər onu şərti olaraq Avropanın ilk varlılarından biri hesab edirlər. Qaynarinf

12:30 188
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

11:30 246
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

16:30 87
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

14:29 160
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

15:15 220
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

11:53 216
.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

17:10 1
.

Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd

15:30 136
.