"Azərbaycanda ərzaq qıtlığı yoxdur və gözlənilmir" - AÇIQLAMA

"Azərbaycanda ərzaq qıtlığı yoxdur və gözlənilmir" - AÇIQLAMAİqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yaranır. Həmin problemlərin Azərbaycanda yaşanmaması üçün Baş nazir Əli Əsədov "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" qərar imzalayıb. Sənəddə müəyyən edilib ki, siyahısı müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçiriləcək.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Report"a bildirib ki, Nazirlər Kabinetinin son qərarı daxili bazarı qorumaq, ərzaq və təminatda stabilliyi tam təmin etmək məqsədi daşıyır.

Onun sözlərinə görə, bu qərar hər hansı bir ərzaq qıtlığının olması anlamına gəlmir:

"Dünya və region bazarında bir sıra ərzaq məhsullarının qıtlığı müşahidə edilir. Bu baxımdan da ölkəmizdə preventiv tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bunu etməkdə isə məqsəd minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları üzrə həm ehtiyatlarının genişləndirilməsi, həm də bütövlükdə ərzaq təminatında stabilliyinin tam olaraq qorunub saxlanılmasına nail olmaqdır. Azərbaycan hökuməti öncədən də ərzaq təhlükəsizliyi məsələsini prioritetləşdirmişdi. Ona görə də ərzaqla təminatda hər hansı bir çətinlik müşahidə edilməmişdi. Ancaq növbəti dövrlərdə region bazarında ərzaq qıtlığı probleminin artacağını nəzərə alaraq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi olduqca vacibdir".

Deputat yeni qərarın praktiki olaraq hüquqi şəxslərin bütövlükdə ixracatının qadağan olunması deyil, tənzimlənməsi məqsədi daşıdığını deyib:

"Bu zaman İqtisadiyyat Nazirliyi tərəfindən ixrac olunacaq məhsulların ehtiyatlarına baxılacaq. Əgər həmin məhsulların ölkə daxilində ehtiyatları çoxdursa həmin məhsulların ixracatında hər hansı bir problem olmayacaq. Ancaq həmin məhsulun ixracatı bütövlükdə ehtiyatların formalaşdırılmasına mənfi təsir göstərsə bu zaman onun ölkədən çıxarılması arzuolunan hesab edilməyəcək. Həm də bu zaman bütövlükdə hökumət tərəfindən üç aylıq ehtiyatlara baxılacaq və buna təsir göstərə biləcək faktorlar nəzərə alınacaq".

V.Bayramova qeyd edib ki, fiziki şəxslər tərəfindən də məhsulların aparılması ilə bağlı hər hansı bir qadağa yoxdur:

"Hesab edirəm ki, bu qərarın qəbul edilməsi hər hansı bir ərzaq qıtlığının olması anlamına gəlmir. Məqsəd daxili bazarın qorunması, təminatın sabitliyinin təmin olunmasıdır. Hökumət əsas ərzaq məhsulları ilə təminata dair zəruri tədbirləri görür və bu tədbirlər ən zəruri qida məhsulları ilə bağlı qıtlığın olmayacağına təminat vermək iqtidarındadır. Onu da qeyd edim ki, ölkədə hər hansı zəruri ərzaq məhsulu ilə bağlı qıtlıq yoxdur və gözlənilmir. Qərar bütövlükdə vəziyyətin, xüsusən də ehtiyatların genişləndirilməsinin tənzimlənməsi və bütövlükdə proseslərin növbəti dövrlərdə də nəzarətdə olması, daxili bazarın qorunması, vətəndaşlarımızın ərzaq təminatı və təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Bu baxımdan da qərar ilin sonunadək qüvvədə olacaq. Növbəti dövrlərdə də ərzaq təminatının gücləndirilməsi, ərzaqla bağlı ehtiyatlarımızın genişləndirilməsi hökumət üçün prioritet olacaq. Azərbaycan hökuməti qabaqlayıcı tədbirlərlə dünya bazarında baş verən qiymət artımlarının, ərzaq qıtlığının daxili bazarda təsirlərini minimumlaşdırmağa çalışır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 771   Tarix: 19 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

16:52 37
.

Avropanın ilk milyonçusu Bolqarıstanda tapıldı - 6500 il əvvəl 1,5 kq qızılla basdırılıb

Bolqarıstanda təxminən 6500 il əvvələ aid Avropanın ən qədim qızıl xəzinələrindən biri aşkar edilib. Tapıntılar arasında təxminən 1,5 kiloqram qızıl əşyalarla birlikdə dəfn olunmuş kişinin məzarı xüsusi diqqət çəkir. Alimlər onu şərti olaraq Avropanın ilk varlılarından biri hesab edirlər. Qaynarinf

12:30 188
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

11:30 246
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

16:30 87
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

14:29 160
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

15:15 220
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

11:53 216
.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

17:10 1
.

Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd

15:30 136
.