Rus generallarının SİRLİ ÖLÜMÜ: Putin niyə onları ön cəbhəyə qoyub?
Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci ümumqoşun ordusunun komandanı, general-leytenant Andrey Mordviç məhv edilib və bununla da Ukraynada öldürülən rus generalların sayının 6-ya çatdığı bildirilir. Müharibə başlayandan bu yana öldürülən generalların rus ordusu üçün önəmli adlar olduğu vurğulanır. Amma maraqlıdır ki, Rusiyadan hələlik heç bir təsdiq və ya təkzib gəlməyib.
"Milliyet"in məlumatına görə, bununla bağlı ixtisas sahəsi psixoloji müharibə və kəşfiyyat olan türkiyəli təqaüdçü polkovnik Coşqun Başbuğ deyib ki, normalda nizamlı müharibələrdə hərbi taktika, təşkilatda qərargah, xüsusən də ümumi və yaxın heyət arxa planda olur. Onun sözlərinə görə, orduda generalın zərərsizləşdirilməsi psixoloji məğlubiyyətə səbəb əsas yaradır və bu, döyüşən tərəf üçün böyük maneədir:
"Fikrimcə, Rusiya ordusu çox ciddi fiasko yaşayır. Təchizatdan tutmuş taktikaya, təşkilatlanma və əməliyyat planına qədər böyük səhvlər var. Digər tərəfdən, 8 generalın Putin tərəfindən işdən çıxarılması və kəşfiyyat rəhbərinin ev dustaqlığında saxlanması barədə də iddialar var. Rusiya prosesin belə olacağını düşünmədi, hərbi tədbirlərdə bəzi səhvlərə yol verdi. Ən böyük səhv isə ordunun müharibəyə hazır olmaması idi. Kağızdan olan pələngi aslana bənzədib Putini aldatdılar, indi də o, bu səhvin bədəlini ödəyir".
Polkovnik qeyd edib ki, Ukrayna xüsusi xidmətinin Rusiya xüsusi xidmətinə qalib gəlməsi çətindir və müharibədə hazırkı mənzərə Qərbdən ciddi kəşfiyyat dəstəyi olmasa ortaya çıxmaz:
"Böyük Britaniya, ABŞ və hətta İsrailin pərdəarxasında sıx kəşfiyyat dəstəyinin olduğu açıq-aydın görünür. Çünki onların peyki, texnologiyası var. Hətta Kadırovun ilk qoşunları da həmin hava desantında məhv edilib. Kadırov da Rusiyaya üz tutaraq, "İndiki məqamda əməliyyat necə oldu, içəridə satqın var" - deyərək hesab istədi. Ona görə də belə bir əməliyyat ilə generalların da zərərsizləşdirilməsi ehtimalı var. Rusiya xüsusi xidmət orqanları bu sahədə çox çalışsa da, uğursuzluğa düçar olub. İndi iş elə bir məqama çatıb ki, sona qədər getməlidirlər. İtkilərə baxmayaraq buradan geri dönmək həm daxildə, həm də siyasi gələcəyi anlamında Putin üçün böyük riskdir. Buna görə də Putin, "Nəticə nə olursa olsun, məqsədə çatacağıq", - deyir. Yəni onun dərdi "İtkilərimiz oldu, amma Ukraynanı da aldıq", - deyə bilməkdir".
Coşqun Başbuğ vurğulayıb ki, Rusiya ordusu Ukraynadan qat-qat güclü və təchizatlıdır:
"Onların mübarizə əzmi və iradəsinə baxanda Ukrayna çox irəlidədir. Çünki onlar vətənini qoruyur, Rusiya isə işğalçıdır. Yəni Putinin işi asan deyil. Digər tərəfdən müharibə ilə bağlı məsələ masada həll edilməzsə, daha qanlı bir prosesə giriləcəyi aydındır"./Sfera.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1111 Tarix: 19 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabiq məmur doğum günündə vəfat etdi
Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir
16:52 37 Avropanın ilk milyonçusu Bolqarıstanda tapıldı - 6500 il əvvəl 1,5 kq qızılla basdırılıb
Bolqarıstanda təxminən 6500 il əvvələ aid Avropanın ən qədim qızıl xəzinələrindən biri aşkar edilib. Tapıntılar arasında təxminən 1,5 kiloqram qızıl əşyalarla birlikdə dəfn olunmuş kişinin məzarı xüsusi diqqət çəkir. Alimlər onu şərti olaraq Avropanın ilk varlılarından biri hesab edirlər. Qaynarinf
12:30 188 Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb
11:30 246 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy
16:30 87 Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?
İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi
14:29 160 Aktyor Aslan Fətullayev vəfat etdi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər
15:15 220 Bu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
11:53 216 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl
17:10 1 Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd
15:30 136