Ekspert: "Ərzaq məhsullarına əlçatanlıq və fasiləsiz istehlak təmin ediləcək"

Ekspert: "Ərzaq məhsullarına əlçatanlıq və fasiləsiz istehlak təmin ediləcək""Dünya bazarlarında enerji qiymətlərinin yüksəlməsi, dəyər və logistika zəncirinin məhdudlaşması, baş verən geosiyasi reallıqlar və münaqişələr, o cümlədən pandemiya şəraitində yaranan və müvəqqəti irs buraxan müəyyən iqtisadi çətinliklər dünya ölkələri arasında ərzaq təhlükəsizliyi üçün təhdid yaradıb".

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İKTM) departament rəhbəri Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, 2021-ci ilin sonu, 2022-ci ilin əvvəlindən etibarən dünya bazarında istehsal qiymətləri indeksində müşahidə olunan artım, habelə qida və qeyri-qida məhsullarının quru və su nəqliyyatı vasitəsilə daşınmasında yaranan məhdudiyyətlər inflyasiya meyllərini daha da tətikləyib.

"Bu gün inkişaf etmiş ölkələrin faiz dərəcələrində proqnozlaşdırılan artım da sözügedən inflyasiya təzyiqinin azaldılmasına hesablanıb. 18 mart 2022-ci il Baş nazir tərəfindən imzalanan 103 nömrəli Qərar Azərbaycanın beynəlxalq iqtisadi təhdidlər fonunda ərzaq təhlükəsizliyinin tənzimləməsi faktoru kimi çıxış edə bilər. Verilən qərara əlavə edilən məhsulların ölkədən aparılması istiqamətində həyata keçiriləcək tənzimləmələr Azərbaycan vətəndaşlarının geoiqtisadi risklərdən qorunması və sığortalanması xarakterini daşıyır. Siyahı əsasında izlənilən məhsullar Azərbaycan vətəndaşının minimum istehlak səbətinə daxil edilən məhsullardır", - deyə N. Hacızadə qeyd edib.

O bildirib ki, siyahının tərkib hissəsinə idxal edilən aralıq istehlak məqsədli və son istehlak məqsədli məhsullar aiddir. Aralıq istehlakla bağlı tənzimlənmənin əsas məqsədi yerli istehsal üçün zəruri olan xammal zəncirin riskinin minimumlaşdırılması ilə birbaşa bağlıdır: "Siyahıya daxil olan məhsulların tərkib hissəsində yer alan 0102 və 0204 nomenklaturalı malların 2021-ci il üzrə ölkəyə idxalının ümumi dəyəri 47,6 milyon. ABŞ dollarıdır. Bu kod altında yerləşən məhsullar diri iri buynuzlu (keçi, qoyun, düyə, inək) heyvan məhsullarıdır. 0201 və 0204 nömrəli soyudulmuş, sümükdən ayrılmış və ayrılmamış heyvan məhsullarının ölkə ərazisində idxalı 21,7 milyon. dollar təşkil edib. Sözügedən kodlar üzrə 2021-ci ildə ölkə ərazisindən ixrac cəmi 38,4 min dolları olub".

N.Hacızadənin sözlərinə görə, 0207 (11, 12, 13 və 14 (istisna ilə birgə)) kodu altında ticarət olunan ev toyuqları ilə əlaqədar müxtəlif növ məhsulların idxalı 38,2 milyon. dollar, ixrac isə 642 min dollar təşkil edib. 0402 kodlu məhsulları özündə əhatə edən süd və qaymaq, onların müxtəlif növ məhsulları üzrə ölkə ərazisinə idxal 8,5 milyon. dollar, ixrac isə 934 min dolları olub. 0405 kodunu özündə əhatə edən kərəyağı və süd pastaları üzrə idxalın dəyəri 78,9 milyon. dollar, ixracı isə 1,3 milyon dollar təşkil edib. 0407 kod altında istehlak edilən inkubasiya üçün mayalanmış və inkubatorda yetişdirmək üçün lazım olan ev quşlarının yumurtaları üzrə idxal 10,4 milyon dollar təşkil edib. Bu kod altında 2021-ci ildə ixrac həyata keçirilməyib. 0701 kodlu kartof məhsulunun tərkibi faraş kartof istisna olmaqla, həyata keçirilən idxalı 11,1 milyon ABŞ dolları təşkil edib. Faraş kartof üzrə Azərbaycanın ixracı 2021-ci ildə 40,1 milyon dollar olub. 10, 11, 12 kod altında formalaşan qruplar Azərbaycanda sözügedən siyahı üzrə ən çox idxal edilən malların qrupuna daxildir. Bu siyahıya 270,4 milyon dollar ilə yumşaq buğda, 58 milyon dollar ilə bərk buğda başçılıq edir. Sözügedən kodlar altında 85 növdə məhsul idxal olunur ki, bunların ümumi dəyəri 446 milyon dollar olmaqla, ümumi idxalın 3,8%-ni təşkil edir. Adıçəkilən kodlar üzrə ixrac isə cəmi 17,4 milyon dolları təşkil edir. 1509 kodu daşıyan emal edilməmiş zeytun və zeytun yağları üzrə 2021-ci ildə cəmi iki məhsulun dövriyyəsi mövcuddur. Bunların ümumi dəyəri qeyd edilən il üzrə 1,6 milyon dollar, ixracı isə 231 min dollar təşkil edib.

Siyahıda yer alan əsas məhsullardan hesab edilən və vətəndaşların qida rasionunda mühüm yer tutan bitki yağları ilə əlaqədardır. Bu siyahıya xam şəkildə günəbaxan və qarğıdalı, onların fraksiyaları və onlara məxsus digər məhsullar, bitki piyləri və yağları, onların fraksiyaları daxildir. 2021-ci ilin yekunlarına əsasən, xam və digər şəkildə ölkəyə idxal olunan günəbaxan yağlarının dəyəri birgə 73,6 milyon dollar olub. Qarğıdalı yağı ilə əlaqədar isə xam və digər şəkildə idxal isə birgə 35,8 milyon dollar təşkil edib. Sözügedən yağların tərkib hissəsində yer alan xam hesab edilməyən günəbaxan yağının ixracı 9,6 mln. dollar, qarğıdalı məhsulunun ixracı isə 1,3 milyon dollar olub. Bitki yağları və onların fraksiyaları üzrə idxal 2,2 milyon ixrac isə 11,4 milyon dollar təşkil edib.

O, qeyd edib ki, bitkidən hasil olan piylər və yağlar, onların fraksiyaları qeyri-neft ixracında əsas yerlərdən birinə malikdir: "Bitki və heyvan mənşəli piylər və yağların idxalında isə əhəmiyyətli artım müşahidə edilir. Belə ki, adıçəkilən məhsul üzrə idxal 34,3 milyon dollar təşkil edib. Siyahıya müvafiq olaraq heyvan yemləri ilə əlaqədar mallar da tənzimləmə predmeti olub. Heyvan yemləri üzrə 2021-ci ildə Azərbaycana 6 rəqəmli nomenklatura əsasında, 16 müxtəlif növ mallar idxal olunub ki, onların ümumi dəyəri 90,4 milyon dolları təşkil edir. Sözügedən qrupa daxil olan soya yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantıların idxalı 2021-ci ildə 54,7 milyon dollar olub. Bu məhsul 23 qrupa daxil olan heyvan yemlərinin 60,5%-i təşkil edir".

O xatırladıb ki, 2021-ci ildə Azərbaycanda 2,6 mlrd. dolları dəyərində qida sənayesinə daxil olan mal və məhsullar istehsal edilib. Sözügedən siyahı tərkibindəki xam məhsullar həm ev təsərrüfatları, həm də emal məqsədli firmalar üçün mühüm istehlak hesab olunur. Sözügedən qərarında əsas məqsədi Azərbaycan vətəndaşlarının minimum istehlak səbətində yer alan gündəlik və ya həftəlik məhsullara asan əlçatanlığını və istehlak fasiləsizliyini təmin etməkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 750   Tarix: 19 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

16:52 37
.

Avropanın ilk milyonçusu Bolqarıstanda tapıldı - 6500 il əvvəl 1,5 kq qızılla basdırılıb

Bolqarıstanda təxminən 6500 il əvvələ aid Avropanın ən qədim qızıl xəzinələrindən biri aşkar edilib. Tapıntılar arasında təxminən 1,5 kiloqram qızıl əşyalarla birlikdə dəfn olunmuş kişinin məzarı xüsusi diqqət çəkir. Alimlər onu şərti olaraq Avropanın ilk varlılarından biri hesab edirlər. Qaynarinf

12:30 188
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

11:30 246
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

16:30 87
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

14:29 160
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

15:15 220
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

11:53 216
.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

17:10 1
.

Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd

15:30 136
.