"Gizlənirəm…Oğlum dedi həyatımızı məhv etdin" - Efirdə müharibəni pisləyən Marina
Martın 14-də Rusiyanın "Birinci" kanalında efirə gedən "Vremya-Zaman" proqramının canlı efirində Ukraynadakı müharibəyə etiraz plakatı qaldıran jurnalist Marina Ovsyannikova hazırda dostlarının yanında gizlənir.
BiG.AZ azpost.info-ya istinadən bildirir ki, bu barədə jurnalist Almaniyanın "Der Spiegel" qəzetinə bildirib. O deyib ki, öz yaxınlarına və özünə görə ehtiyat edir.
Bununla yanaşı Marina vətəni tərk etmək barədə düşünmədiyini bildirib: "Dostlarımın yanındayam, gizlənirəm. Biz hamımız Rusiyada qalacağıq. Anam hələ də şokdadır. Oğlum məni danladı ki, bütün ailə üzvlərinin həyatını məhv etdin. Amma o indi ən çətin yaş dövründədir. Biz bir-birimizə danışırıq. Amma mənəvi cəhətdən çox ağırdır. Mən iki cəbhə arasında qalmışam. Ailəm məni lazımi qaydada dəstəkləmir"-deyə redaktor vurğulayıb.
Marina atdığı addıma necə hazırlaşdığını da deyib: "Mənim istirahət günüm idi. Hər şeyi hazırladım, kağız və marker aldım, mətbəxdə plakatı hazırladım, videoroliki çəkdim. Öz planlarımı hə ailəm, nə də həmkarlarımla müzakirə etməmişəm".
TV belə ciddi vəzifə tutan Ovsyannikovadan heç kim şübhələnməyib. Hər kəs öz işi ilə məşğul olarkən Marina efir studiyasına çıxıb və plakatı qaldırıb.
"Studiyanı nəzərdən keçirdim, kameraların harada durduğuna baxdım, necə hərəkət edəcəyini gördüm. Ona uyun harada dura biləcəyimi təxmin etdim. Zəhmətimin boşa çıxacağından, heç kimin məni görməyəcəyindən çox qorxurdum. Sonra studiyanın yanında keçik çəkən polisin yanından keçərək tez studiyaya qaçdım. O sadəcə reaksiya verməyə imkan tapa bilmədi. Mən plakatı əlimdə tutaraq moderatorun arxasında durdum. Bundan sonra iş yerimə qayıdaraq gözləməyə başladım. Rəhbərlik gəldi-hamı təəccüblə soruşurdu-"Bunu sən eləmisən?!" Heç kim buna inanmaq istəmirdi"-deyə M.Ovsyannikova bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 922 Tarix: 20 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabiq məmur doğum günündə vəfat etdi
Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir
16:52 37 Avropanın ilk milyonçusu Bolqarıstanda tapıldı - 6500 il əvvəl 1,5 kq qızılla basdırılıb
Bolqarıstanda təxminən 6500 il əvvələ aid Avropanın ən qədim qızıl xəzinələrindən biri aşkar edilib. Tapıntılar arasında təxminən 1,5 kiloqram qızıl əşyalarla birlikdə dəfn olunmuş kişinin məzarı xüsusi diqqət çəkir. Alimlər onu şərti olaraq Avropanın ilk varlılarından biri hesab edirlər. Qaynarinf
12:30 188 Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb
11:30 246 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy
16:30 87 Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?
İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi
14:29 160 Aktyor Aslan Fətullayev vəfat etdi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər
15:15 220 Bu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
11:53 216 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl
17:10 1 Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd
15:30 136