Deputat: "Azərbaycan ərzaq təhlükəsizliyinin təminatında öndə gedən ölkələrdən biridir"

Deputat: "Azərbaycan ərzaq təhlükəsizliyinin təminatında öndə gedən ölkələrdən biridir""Ərzaq təhlükəsizliyinin təmini hər bir ölkə üçün prioritet məsələlərdən biridir. Buna görə də vətəndaşlarının daimi şəkildə ərzaq məhsulları ilə təminin düşünən ölkələr zamanında addımlar atır, köklü işlər həyata keçirirlər. Təbii ki, Azərbaycan bu məsələdə ön sıralarda gedən ölkələrdən biridir".

Bunu "Report"a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, ölkəmizin ərzaq məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi strateji məqsəd kimi qarşıya qoyulub və bu istiqamətdə davamlı addımlar atılır: "Məlum olduğu kimi BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan Azərbaycanda ərzaq məhsullarına olan daxili tələbatın sırf yerli istehsal hesabına ödənilməsinin səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu məqamda xüsusi olaraq vurğulamağı özümə borc bilirəm ki, ərzaq təhlükəsizliynin təmini məsələsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məhz dövlət başçısının siyasi iradəsi əsasında Azərbaycanda ərzaq təminatının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib".

V.İskəndərovun sözlərinə görə, etibarlı ərzaq təminatına nail olunması üçün həm normativ-hüquqi baza davamlı şəkildə möhkəmləndirilir, həm də buna paralel olaraq praktiki müstəvidə də genişmiqyaslı tədbirlər həyata keçirilir: "Təsadüfi deyil ki, regionların, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilən müvafiq Dövlət proqramları çərçivəsində görülən işlər aqrar sektorda ərzaq məhsulları istehsalının artırılmasına geniş imkanlar açıb. Hazırda da aqrar sektorda istehsal imkanlarının artırılması, o cümlədən ölkə üzrə ərzaq təminatının möhkəmləndirilməsi məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilir".

Deputat qeyd edib ki, bununla yanaşı bəzən bizdən aslı olmayan qlobal proseslər də ərzaq təhlüksizliyi məsələsini daha aktual şəkildə ortaya çıxarır: "Bəlli olduğu kimi iqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır. Həmçinin qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yaranır. Məhz bu kontekstdə əlavə addımların atılması zərurəti yaranır. Buna görə də Nazirlər Kabineti baş verən proseslərin Azərbaycan Respublikasında əhalinin əsas ərzaq malları ilə təchizatına və ölkənin ərzaq təhlükəsizliyinə potensial mənfi təsirlərinin qarşısının alınması məqsədilə müvafiq qərar qəbul edib. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq qəbul edilən "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" Qərara əsasən Nazirlər Kabineti müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçirilməsini müəyyən edir. Hesab edirəm ki, bu zamanında və tam doğru şəkildə atılmış bir addımdır".

"Bu, bir daha onu sübut edir ki, Azərbaycan dövləti vətəndaşlarının sağlamlığını, etibarlı və davalı şəkildə ərzaqla təminatını hər zaman ön sırada tutur. Son qərar isə ondan xəbər verir ki, dövlətin müvafiq qurumları, o cümlədən Nazirlər Kabineti hər hansı bir fövqəladə duruma uyğun olaraq çevik addımlar atmaqda geçikmirlər", - deputat əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 742   Tarix: 20 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

16:52 37
.

Avropanın ilk milyonçusu Bolqarıstanda tapıldı - 6500 il əvvəl 1,5 kq qızılla basdırılıb

Bolqarıstanda təxminən 6500 il əvvələ aid Avropanın ən qədim qızıl xəzinələrindən biri aşkar edilib. Tapıntılar arasında təxminən 1,5 kiloqram qızıl əşyalarla birlikdə dəfn olunmuş kişinin məzarı xüsusi diqqət çəkir. Alimlər onu şərti olaraq Avropanın ilk varlılarından biri hesab edirlər. Qaynarinf

12:30 188
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

11:30 246
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

16:30 87
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

14:29 160
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

15:15 220
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

11:53 216
.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

17:10 1
.

Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd

15:30 136
.